Əsas Səhifə > Hadisə, Manşet > Ucarda rəhbərsizlik və məmur özbaşınalığı sakinləri cana doyurub

Ucarda rəhbərsizlik və məmur özbaşınalığı sakinləri cana doyurub


12-07-2014, 14:07
Ucarda rəhbərsizlik və məmur özbaşınalığı sakinləri cana doyurub
DİA.AZ: - Son günlər fəaliyyətindən narazılıqlar edilən icra başçılarından biri də Ucar rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovdur. Bu barədə DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, vəzifədən gedəcəyini bilən icra başçısı Yaşar Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib.

İş adamları, büdcə təşkilatlarında çalışanlar, müəllimlər, bələdiyyə sədrləri başçının rayondakı məmurların özbaşınalıqlarına göz yummasından narazıdırlar. dia-az.life-ın eketron üvnanına daxil olan məlumatda bildirilir: “Görünür, vəzifədən gedəcəyini başa düşdüyü üçün başçı əsas vəzifələrini həyata keçirmək istəmir. Kəndlərin sakinləri sosial problemlər məngənəsində çabalasa da, icra başçısı Yaşar Məmmədov heç nə olmamış kimi öz işində-gücündədir. Ən çox bu şəraitdən yararlananlar isə bələdiyyə sədrləridir. Belə ki, onlar icra başçısına güvənərək, bildiyini edir. Hətta bu günlərdə Qazyan bələdiyyəsinin başçıya güvənən bələdiyyə sədri narazı kənd sakinlərindən birini kabinetindəcə döyüb”. Sakinlər iddia edir ki, bütün bunlar məhz icra başçısının işini yarıtmamasının nəticəsidir: “Əgər başçı rayona rəhbərlik etsəydi, məmurlar bu qədər qudurmazdı”.

Ümumiyyətlə, bu gün təkcə bir kənddə deyil, Ucarın əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər deyəsən qarşıdan gələn növbəti qışı da qazsız keçirməli olacaqlar. Hazırda rayonda elə bir vəziyyət yaranıb ki, bir zamanlar Ucarı bütün respublikada, eləcə də keçmiş ittifaq miqyasında məşhur edən meyvə növləri sakinlərin yadına belə düşmür. İcra başçısı Yaşar Məmmədov təyinatının ilk günlərindən icra hakimiyyətində keçirilmiş bütün iclaslarda yaxın zamanlarda Ucar rayonunun bütün kəndlərinin təbii qazla təchiz olunacağına söz verib. Onun populist çıxışlarına aldanan rayon camaatı artıq neçə ildir, odun və yanacaq sarıdan da əziyyət çəkir. Bütün bunlar onu göstərir ki, bəzi icra başçıları onlara edilən etimadı doğrultmadığından yaxın vaxtlarda vəzifələrinə əlvida deyə bilərlər.

Geri qayıt