Əsas Səhifə > Hadisə, Manşet > Zakir Həsənov bir savaş tədarükündə olan nazir kimi dəyişikliklərə hazırlaşır
Zakir Həsənov bir savaş tədarükündə olan nazir kimi dəyişikliklərə hazırlaşır13-08-2014, 11:37 |
DİA.AZ: - Cəbhə xəttindəki son gərginliklərin fonunda keçmiş müdafiə naziri Səfər Əbiyevdən fərqli olaraq özünə kifayət qədər ciddi reputasiya qazanan və hətta xeyli sayda şəhid verməyimizə baxmayaraq, reytinq yığmağa müvəffəq olan müdafiə naziri Zakir Həsənov bu dividentlərindən nazirlikdaxili təmizləmələrdə istifadə etməyi düşünür. Bununla bağlı DİA.AZ-a olduqca ilginc məlumatlar ötürülüb. Qeyd edək ki, Səfər Əbiyevin dövründən fərqli olaraq bu dəfə iqtidarlı-müxalifətli Azərbaycan cəmiyyəti cəbhədə verdiyimiz şəhidləri az qala sevinclə qarşıladılar. Hətta bir qarış torpaq azad etməməyimizin fonunda belə bu sayda şəhidin verilməsinin «ordu morqa dönməsin, əsgərlərimiz ölməsin» şüarları ilə qarşılanmaması artıq vəziyyətin kifayət qədər dəyişməsindən xəbər verir. Yəni artıq millət də bu torpaq uğrunda şəhidliyi toy bayram kimi qəbul edir ki, bunda həm də yeni müdafiə naziri Zakir Həsənovun daha çox səmimiyyətə söykənən fəaliyyətinin də payı yetərincədir. Məlumatlı mənbələrdən dia-az.life-a ötürülən informasiyada bildirilir ki, Zakir Həsənov yaranmış situasiyadan istifadə etməyi də düşünür: «Məlumdur ki, Müdafiə Nazirliyində kadr islahatları tam olaraq başa çatdırılmayıb. Və artıq Zakir Həsənov bir savaş tədarükündə olan nazir kimi «yuxarıların» da yeni dəyişikliklərə xeyir-duasını almağa müvəffəq olub». Mənbəmiz iddia edir ki, yaxın günlərdə nazirliyin çox ciddi fiqurlarının da «vurulacağı» növbəti təmizləmə dalğasına start veriləcək. Geri qayıt |