Əsas Səhifə > Hadisə, Manşet > Elmar Vəliyevlə Mikayıl Cabbarov aralarındakı hüsumata son qoya biləcəklərmi
Elmar Vəliyevlə Mikayıl Cabbarov aralarındakı hüsumata son qoya biləcəklərmi8-09-2014, 12:07 |
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Gəncə Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Gəncə müəllimlərinin konfransı keçiriləcək. Amma bu konfransı maraqlı edən məqamlar var. DİA.AZ xatırladır ki, buna qədər təhsil naziri Mikayıl Cabbarovla Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin arasında ciddi ədavətin olduğunu diqqətinizə çatdırmışdıq. Vəziyyət hətta o həddə qədər çatdı ki, Mikayıl Cabbarovun göstərişi ilə Elmar Vəliyevin əleyhinə orta məktəb direktorlarından «donoslar» da alındı. Həmin «izahatlar»da məktəb direktorları icra başçısından şikayətlənərək bildirirdilər ki, Elmar Vəliyev onlardan hər ay pul tələb etdiyindən fəaliyyətlərini doğru-düzgün qura bilmirlər. İndi isə belə bir ədavətin olduğu şəraitdə Mikayıl Cabbarov məlum konfransda iştirak etməsi üçün özünün ən etibarlı adamı olan təhsil nazirinin müavini Ceyhun Bayramovu da Gəcəyə yollayıb. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, nazir müavininə Gəncədəki münasibətdən də başçı ilə nazir arasındakı intriqa aşkar şəkildə duyulur. Onu da bildirək ki, Elmar Vəliyev Gəncədəki uşaq bağçalarından birinin nazirin atasının adına özəlləşdirilməsini də etirazla qarşılamışdı ki, bu da tərəflər arasındakı ədavəti daha da qızışdıran faktor kimi nəzərə çarpmaqdadır. dia-az.life-a Gəncədən verilən son məlumata görə, Ceyhun Bayramovun iştirak edəcəyi tədbirdən sonra yerli rəhbərliklə TN arasında dialoq da gözlənilir: «Yəni Mikayıl Cabbarov əsas adamını təsadüfi olaraq Gəncəyə yollamayıb». Ehtimal olunur ki, başçı ilə nazirə aradakı hüsumata son qoymaları üçün elə «yuxarılardan» təlimat verilib. Geri qayıt |