Əsas Səhifə > Hadisə, Manşet > İcra hakimiyyəti başçılarının toplantısı nədən ertələnib - Rayon rəhbərləri barədə sərt qərarlar gəlir

İcra hakimiyyəti başçılarının toplantısı nədən ertələnib - Rayon rəhbərləri barədə sərt qərarlar gəlir


10-10-2014, 11:39
İcra hakimiyyəti başçılarının toplantısı nədən ertələnib - Rayon rəhbərləri barədə sərt qərarlar gəlir
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, icra hakimiyyəti başçılarının toplantısı gözlənilir. Amma bu toplantı baş tutmadı. Bununla bağlı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbədən yeni informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, icra hakimiyəti başçılarının toplantısı ideyası var və sadəcə olaraq hansı tarixdə keçiriləcəyi bəlli deyil.

Onu da xatırladaq ki, toplantıda bir neçə rayonun icra başçısının sərt formada cəzalandırılacağı da söylənilirdi.

dia-az.life-a danışan qaynağın iddialarına görə, həmin toplantıda 4 rayonun rəhbəri vəzifəsindən azad ediləcək: «Burada məqsəd heç də şou deyil. Sadəcə olaraq həmin rayonların rəhbərləri özlərinə qarşı yetərincə ictimai nifrət yaradıblar. Bu məsələ «yuxarıların» təlimatı ilə araşdırılıb. Barələrində ən çox şikayət olunan icra başçıları müəyyənləşdirilib və həmin toplantıda da başlıca məqsəd məhz belə icra başçılarının ictimaiyyətin gözləri qarşısında cəzalandırılmasıdır».

İddialara görə, hazırda vəzifə başında olan icra başçılarından biri barəsində hətta cinayət işi də açıla bilər.

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt