Əsas Səhifə > Hadisə, Manşet > Rayon icra hakimiyyəti başçıları hansı prinsiplərlə vəzifələrindən alınır

Rayon icra hakimiyyəti başçıları hansı prinsiplərlə vəzifələrindən alınır


23-10-2014, 11:33
Rayon icra hakimiyyəti başçıları hansı prinsiplərlə vəzifələrindən alınır
DİA.AZ: - Bir neçə gün əvvəl prezident Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysovu görəvindən azad etdi. Bildirək ki, buna qədər də bir neçə rayonda başçı dəyişikliyi baş vermişdi. Və bu dəyişikliklərlə bağlı DİA.AZ olaraq hələ əvvəlindən məlumat vermişdik.

Və təsadüfi deyildi ki, Nazim Vesyovun görəvdən alınacağı xəbərini elə prezidentin sərəncamı verilən gün oxuculara ilk olaraq çatdıran da bizlər olduq. Çünki belə bir qərarın veriləcəyi gözlənilən idi.

Prezident İlham Əliyev dəfələrlə özünün iş prinsiplərini nümayiş etdirib və çıxışlarında dəfələrlə vurğulayıb ki, yerlərdə narazılıq yaradan icra başçıları vəzifə başında saxlanmayacaqlar.

Elə dia-az.life-a danışan məlumatlı mənbə də icra başçılarının vəzifələrindən alınmasında hansı şərtin rol oynadığını açıqlayarkən eyni fikirləri söyləyib: «Bəzən narazı qalan vətəndaşlar elə güman edirlər ki, hansısa icra başçısı «toxunulmaz» statusuna malikdir. Belə bir şey yoxdur. Sadəcə olaraq «yuxarılar» da icra başçılarının fəaliyyətini təftiş edir, onların barəsində səslənən iddiaları araşdırırlar. Hər halda, bu gün kiminsə barəsində məqsədli olaraq da kampaniya aparıla bilər. Yəni şikayətlər var deyənə, dərhal qərar verilə bilməz».

Mənbə bildirir ki, bu gün daha bir neçə rayonun icra başçısının da fəaliyyəti araşdırılır: «Bunun üçün dövlətin müxtəlif mexanizmləri mövcuddur. Hesablama Palatası, Maliyyə Nazirliyi və digər uyğun dövlət qurumlarının yoxlamaları, habelə vətəndaş iddiaları verilən qərarlarda mühüm rol oynayır».

Mənbə dia-az.life-a onu da əlavə etdi ki, hazırda daha 8 rayonun icra hakimiyyəti başçısı ilə bağlı xüsusi araşdırma gedir. Onların kimliyi ilə bağlı geniş bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin…

Geri qayıt