Əsas Səhifə > Hadisə, Manşet > Bakıda ancaq vəhabilərin işləyə biləcəyi iş yerləri peyda olmaqdadır
Bakıda ancaq vəhabilərin işləyə biləcəyi iş yerləri peyda olmaqdadır27-10-2014, 10:55 |
DİA.AZ: - Azərbaycanda dini müstəvidə ciddi problemin olduğu bir faktdır. Hər halda, bu gözlənilən idi də. Böyük güclərin hər zaman diqqət mərkəzində və hədəfində olan Azərbaycan bir siyasi məkan olaraq bütün dövrlərdə cəlbedici olub. Elə son olaraq Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev də bu problemə xüsusi diqqəti ayırmaqla, əslində dövlətin daha da sərt addımlar atmalı olduğunu açıqlamış oldu. Yəni görünəni odur ki, rəsmi Bakının radikal dini təriqətlərə qarşı reaksiyası kifayət qədər sərt tonda olacaq. «Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir» deyən Ramiz Mehdiyev bununla əsas hədəfin məhz vəhabilər olacağını nümayiş etdirdi, Bu isə bu gün Azərbaycanda kifayət qədər ciddi təşkilatlanmış vəhabilərə qarşı dövlətin hərəkətlənəcəyindən xəbər verir. DİA.AZ-a bu yöndən daxil olan informasiyalarda qeyd olunur ki, artıq təkcə Bakıda sayları 30 minə çatan və respublika üzrə sayları 70 mindən artıq olduğu deyilən vəhabilər dəfələrlə ayrı-ayrı yerlərdə əzələ nümayişinə qalxıblar ki, bu da dövlətin nəzərlərindən yayınmayıb. Mənbə elə bir neçə ay əvvəl vəhabilrin Sabirabad rayonuna yürüşünü xatırladaraq bildirir ki, bununla yanaşı, hər cümə günü ayrı-ayrı məscidlərdə böyük toplantı keçirərək öz kütləvilikləri ilə də ictimai narahatçılığa səbəb olan vəhabilərin bundan sonra məscidlərdə toplaşmalarının qarşısı belə alına bilər. dia-az.life-ı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, bu gün hətta elə iş yerləri var ki, orda ancaq vəhabilər çalışa bilər. Qeyd edək ki, mənbəmiz həmin iş yerlərinin də siyahısını redaksiyamıza təqdim edib və DİA.AZ olaraq bu yöndə geniş araşdırma materialı hazırlayırıq…. Geri qayıt |