Əsas Səhifə > Hadisə, Manşet > Fətullah Gülənin Bakıdakı redaksiyası fəaliyyətini dayandırma qərarı verdi
Fətullah Gülənin Bakıdakı redaksiyası fəaliyyətini dayandırma qərarı verdi25-12-2014, 10:49 |
DİA.AZ: - Qardaş Türkiyədə fətullahçı mediaya basqılardan dərhal sonra belə bir xəbər yayıldı ki, «Zaman» qəzetinin Azərbaycandakı uzantısı olan «Zaman Baku»nun rəhbəri də durumun kritikliyini, habelə hər an hədəfə çevrilə biləcəyini təxmin edərək Azərbaycanı tərk edib. Lakin sonradan bu xəbərlər özünü doğrultmadı. Hətta redaksiyadan verilən açıqlamada qeyd olundu ki, «Zaman Baku»nun Türkiyədəki «Zaman» qəzeti ilə hansısa hüquqi bağlantısı belə yoxdur və hətta «Zaman Baku»nun təsisçisi Azərbaycan vətəndaşıdır. Təbii ki, bunlar həqiqətdir. Amma vəziyyət heç də «Zaman Baku»nun rəsmilərinin ifadə etdiyi şəkildə deyil. Bu, DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyanın mahiyyətindən anlaşılır. Belə ki, redaksiyamızı bilgiləndirən qaynağın iddialarına görə, artıq «Zaman Baku» qəzeti fəaliyyətini dayandırma qərarını verib və yaxın günlərdə bu qərarın icrası reallaşacaq. Mənbə dia-az.life-a bildirib ki, «Zaman Baku»nun redaksiya heyətinin maaşları və maaş kəsirləri də ilin sonuna qədər ödənəcək: «Bununla bağlı problem olmayacaq. Yetərincə maliyyə vəsaiti var. Artıq işçilərə də deyilib ki, özlərinə yeni iş yeri tapsınlar». Mənbə bildirir ki, «Zaman Baku»nun belə bir qərarı verməsi təbii ki, Türkiyədə Gülən tərəfdarlarına məlum basqı ilə birbaşa bağlıdır: «Çox güman rəsmi Bakı Türkiyə hakimiyyətinin xahişi ilə bu qəzetin fəaliyyətinə müdaxilə edə bilər. Buna görə də, redaksiya bəri başdan özü bu addımı atır». Mənbə onu da iddia edir ki, «Zaman» qəzetinin Qazaxıstan və Qırğızıstandakı uzantıları da artıq fəaliyyətlərini dayandırma qərarını verib. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |