Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Prezident İsmət Abbasovu açıq şəkildə ittiham etdi - Bir neçə rayonun icra başçısı da hədəfdədir
Prezident İsmət Abbasovu açıq şəkildə ittiham etdi - Bir neçə rayonun icra başçısı da hədəfdədir28-01-2015, 11:06 |
DİA.AZ: - Məlum olduğu kimi Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məmurları da sərt formada tənqid edib. Dövlət başçısı kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: «İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır». Onu da bildirək ki, əslində bununla prezident İlham Əliyev həm də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovu, habelə kənd rayonlarının böyük əksəriyyətinin rəhbərlərini də açıq şəkildə ittiham etmiş oldu. «Əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır» deyən prezident bu gün baş nazirin müavini postunu tutan İsmət Abbasovun ünvanına net şəkildə ittiham səsləndirməsilə həm də bir sıra məqamlarla bağlı da mesajlarını ötürmüş oldu. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, prezidentin bu çıxışı səbəbsiz olmamaqla yanaşı, həm də gözlənilən bir prosesin start düyməsinin basılması kimi qəbul edilməlidir: «Söhbət ayrılan subsidiyaların mənimsənilməsindən gedir. Bununla bağlı İsmət Abbasovun, habelə 20-dən artıq rayonun icra başçısının başı ağrıya bilər». Mənbə dia-az.life-a açıqlamasında onu da iddia edir ki, artıq bir neçə rayon icra hakimiyyətinin fəaliyyəti bu yöndən araşdırılır. Əlavə məlumatları bizdən alacaqsınız. Portalımızı izləməkdə davam edin… Geri qayıt |