Əsas Səhifə > Hadisə, Manşet > «Sədərək» ticarət mərkəzinin sahibkarları vəhabilərin əlindən boğaza yığılıblar

«Sədərək» ticarət mərkəzinin sahibkarları vəhabilərin əlindən boğaza yığılıblar


5-02-2015, 11:02
«Sədərək» ticarət mərkəzinin sahibkarları vəhabilərin əlindən boğaza yığılıblar
DİA.AZ: - Hələ keçən ilin mart ayında "Sədərək" və "Binə" ticarət mərkəzlərində vəhabi və nurçuların olması barədə məsələ qaldıran və bu barədə sərt danışan bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadənin həmin məşhur ittihamı qulaqlardan çəkilməsə də, problem hələ də olduğu kimi qalmaqdadır.

Xatırladaq ki, Şeyxin qardaşı fikrini aşağıdakı kimi ifadə etmişdi: “İndi "Sədərək" və "Binə" ticarət mərkəzləri vəhhabilər və nurçularla doludur. Bu ticarət mərkəzlərində digər sektalardan olan adamlar da var, ancaq daha çox nurçu və vəhabilərdir. Hələ 10-12 il əvvəl evlərdə qeydiyyatda alınan dini sektaların nümayəndələri də var ki, onlar indi hələ də bizə ziyan verirlər. Bütün bunlar faktdır və bunu gizlətmək lazım deyil. Bunlara qarşı Şeyx mübarizə aparır, ancaq xalqın da dəstəyi olmalıdır, mətbuat bunu geniş formada yazmalıdır, telekanallarda isə bununla bağlı məlumatlar getməlidir».

DİA.AZ-a daxil olan məlumatda da açıq şəkildə Şeyxin qardaşının qaldırdığı və əslində hamını narahat edən bu problemdən danışılır. Özünü «Sədərək» Ticart Mərkəzində dükanı olan sahibkarlardan biri kimi təqdim edən şəxs dia-az.life-a anonim olaraq müraciət ünvanlayıb.

Redaksiyamıza daxil olan müraciətdə deyilir: «Bu gün konkret olaraq «Sədərək» Ticarət Mərkəzi vəhabilərin əlindədir. Onlar burada açıq şəbəkə yaradıblar. Heç alverdə maraqları yoxdur. Ubaradan toplaşma yeri kimi və vaxtlarını keçirmək üçün istifadə edirlər.

«Sədərək»dəki məscid də onlarındır. Bundan əlavə, onlarla dükan var ki, həmin vəhabilər dükanlarında gizli toplantılar təşkil edirlər.

Bəlkə də kimsənin xəbəri yoxdur və elə Azərbaycan oğulları məhz həmin dükanlardakı toplantılardan sonra Suriyaya, Əfqanıstana göndərilir. Hər cür maddi və texniki imkanları var. İstədikləri vaxt internet vasitəsilə dünyanın istənilən nöqtəsindəki vəhabilərlə də əlaqə yaradırlar».

Daha sonra dia-az.life-a müraciətində narahat sahibkar yazır: «Onların biznes maraqlarının olmamasına dəfələrlə şahidlik etmişik. Dükanlarını hətta alverin ən qızğın vaxtında da bağlı saxlaya bilirlər. Hər zaman da pulları olur və istədikləri qədər onlara mal gəlir.

Öyrənmişik ki, onlara mallar əsasən Dubaydan və özü də təmənnasız göndərilir. Ona görə də vəhabilər «Sədərək»də çox vaxt alverimizi də öldürürlər, qiymətləri aşağı salırlar. Çünki maya qoymayıblar. Batası pulları da yoxdur».

Bu iddialarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt