Əsas Səhifə > Hadisə, Manşet > Dələduzluğun qurbanı olan vətəndaş müstəntiqdən Ramil Usubova şikayət etdi

Dələduzluğun qurbanı olan vətəndaş müstəntiqdən Ramil Usubova şikayət etdi


16-02-2015, 09:33
Dələduzluğun qurbanı olan vətəndaş müstəntiqdən Ramil Usubova şikayət etdi
DİA.AZ: - Ucar rayonu Füzuli küçəsi ev 14 sakini Hüseynov Fəzail İsmayıl oğlu şikayətçidir. Dələduzluğun qurbanı olduğunu deyən narazı vətəndaş DİA.AZ vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək köməklik istəyir. Həmin müraciətin mətnini dia-az.life olaraq təqdim edirik:

“Bu şikayət məktubum vasitəsi ilə bütün aidiyyatı orqanlardan, vicdanlı şəxslərdən xahiş edirəm vəzifə səlahiyyətlərindən, bizim savadsızlığımızdan və düşdüyümüz vəziyyətdən sui-istifadə edib bizim ailəni aldadıb küllü miqdarda pulunu almış vəzifəli şəxs və dələduz barədə tədbir görəsiniz. Belə ki, Bakı şəhəri Nizami Rayon Polis Şöbəsinin müstəntiqi Abbas Hüseynov vəzifə səlahiyyətləindən və bizim savadsızlığımızdan sui-istifadə edib 6000(altı min) manat pulumuzu almışdır.

Həmçinin müqavilə bağladığımız özünü vəkil kimi təqdim edən Mingəçevir şəhər sakini Rəsulov Yaşar Rəsul oğlu da savadsızlığımızdan və düşdüyümüz vəziyyətdən sui istifadə edərək bizdən hissə -hissə olmaqla müxtəlif vaxtlarda 6000 manata qədər pulumuzu aldadıb almışdır. Müstəntiq Abbas Hüseynov və Yaşar Rəsulov bunu ona görə etmişdilər ki, həbsdə olan və Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılan oğlum İsmayıl Hüseynovun əməlini həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edəcəklər.

Ancaq 7 aydır maddədə heç bir dəyişiklik olmamışdır. Sonradan bizə tanış adamlar dedi ki, onlar sizi aldadıblar və ona görə də hər dəfə müxtəlif bəhanələrlə sizi başdan edirlər. Mən özünü vəkil kimi təqdim edən Yaşar Rəsulova zəng edib pulumuzu qaytarılmasını dəfələrlə desəm də, hər dəfə mənə yalandan söz verib aldadır ki, guya müstənti Abbas Hüseynovun əməlləri barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bu barədə materiallar göndərlb pulumuz geri qaytarılacaq və müstəntiq barəsində qanunu tədbir görüləcək.

Qeyd edim ki, bu barədə şkayət ərizəmz əsasında Nizami Rayon Prokurorluğunda izahatımız alındı, ancaq heç bir qanunu tədbir görülməmişdr, müstəntiqin əməlinin üstü ört-basdır edilir. Nizami RPİ-nin müstəntiqi Abbas Hüseynovun və vəkil Yaşar Rəsulovun bu hərəkətləri cinayət əməlidir bunu təsdiq edən subutlar və şahidlər var ki, artıq bu barədə şikayət ərizəsi ilə Prezident cənab İlham Əliyev başda olmaqla bütün aidiyyatı orqanların rəhbərlərinə o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə də müraciət etmişəm. Ancaq mənə deyirlər ki, müstəntiq arxalı adamdır onun barəsində heç bir tədbir görülməyəcək.

Biz isə ümidimizi üzməmişik, ona görə ki Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı var ki, korrupsiya faktları ciddi araşdırılır və qanunu tədbirlər görülür. Müstəntiq Abbas Hüseynov və özünü vəkil kimi təqdim edən Yaşar Rəsulovun qanunsuz əməlləri nəticəsində ailəmiz borca-xərcə düşüb, yoxsul vəziyyətdəyik adi bir çörəyə möhtac şəkildə yaşayırıq.Bunu Allah götürməz. Mənim oğlum İsmayıl dəyəri 200 manat əşyanı götürübsə, 7 aydır həbsdədir, bəs vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizdən 6000 manat rüşvət almış müstəntiq Abbas Hüseynovun cəzası nədir? Özünü vəlil kimi təqdim edib 6000 manata qədər pulumuzu aldadıb almış Yaşar Rəsulovun cəzası nədir? Bəyəm qanun bizim kimi avam insanlar üçündür? Belə insanların qarşısında qanunlar acizdir? Qeyd edim ki, vəkil kimi özünü təqdim edən Yaşar Rəsulov müxtəlif vaxtlarda gah izahatların dəyişdrilməsi üçün, gah cinayət predmeti kimi tanınan bıçaqdakı əl-barmaq izlərinin ekspert rəyinin dəyişdirilməsi adı ilə 6000 manata qədər pul almışdır ki, bunu təsdiq edən şahdlər var. Şikayət ərizəmiz əsasında aparılacaq araşdırmada bütün subutlarımızı təqdim edəcəyk.

Mən dia-az.life vasitəsi ilə də Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Zakir Qaralovdan , Daxili İşlər Naziri cənab Ramil Usubovdan , Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevdən və digər aidiyyatı orqanların rəhbərlərindən çox-çox xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz Nzami Rayon Prokurorluğu bu cinayət əməlinin üstünü ört-basdır edir. Vəzifə səlahiyyətlərindən və bizim savadsızlığımızdan sui-istifadə edib pulumuzu almış müstəntiq Abbas Hüseynovun və özünü vəkil kimi təqdim edən Yaşar Rəsulovun barəsində ciddi tədbirlər görməyinizi xahiş edirəm”.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinlənməyə hazırıq...

Dələduzluğun qurbanı olan vətəndaş müstəntiqdən Ramil Usubova şikayət etdi
Geri qayıt