Əsas Səhifə > Hadisə, Manşet > Hakimiyyət “toxunulmaz” hesab olunan məmurlardan daha biri ilə yollarını ayırır

Hakimiyyət “toxunulmaz” hesab olunan məmurlardan daha biri ilə yollarını ayırır


17-02-2015, 09:38
Hakimiyyət “toxunulmaz” hesab olunan məmurlardan daha biri ilə yollarını ayırır
DİA.AZ: - Daha bir “toxunulmaz” statusu qazanmış məmur görəvdən alına bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə 18 ildir eyni postu tutan "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" ETT Birliyinin sədri Şakir Musayev vəzifəsindən azad ediləcək.

Artıq bu barədə qərarın verildiyini deyən qaynağın bilgisinə görə, Şakir Musayev fəaliyyətini AMEA-da davam etdirəcək. Qeyd edək ki, Birlik sədri həm də çox ciddi oliqarx məmur kimi də tanınır. Belə ki, onun hektarlarla daş karxanası ərazisinə nəzarət etdiyi, həm də “aqlay bazarı”nda ciddi çövqe tutduğu da iddia olunur.

dia-az.life bildirir ki, Musayev Şakir Məzlum oğlu 15 mart 1957-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1980-cı ildə müalicə-profilaktika fakultəsini bitirərək həkim, 1997-ci ildə isə M.Rəsulzadə adına BDU-nin hüquq fakultəsini bitirərək hüquqşünas ixtisaslarını almışdır.

1983-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" ETT Birliyində işləyir. Əvvəlcə Birliyin tibbi kriminalistika şöbəsində məhkəmə tibb eksperti-kriminalist, 1991-1992-ci illərdə təşkilati-metodik, 1992-1994-cü illərdə məhkəmə-tibbi kriminalistika şöbələrində müdir, 1994-1997-ci illərdə Baş direktorun ekspertiza işləri üzrə müavini və 1997-ci ildən hal-hazıra kimi Birliyin Baş direktoru vəzifəsində çalışır. 1994-cü ildən Ə.Əliyev adına Az.DHTİ-nun "Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya" kafedrasına rəhbərlik edir. Respublika məhkəmə tibbi ekspertləri və patoloq anatomların elmi cəmiyyətinin və atestatsiya komissiyasının sədridir. 1992-ci ildən ali dərəcəli məhkəmə-tibb ekspertidir. Səhiyyə Nazirliyinin Baş məhkəmə-tibb ekspertidir, məhkəmə-tibb ekspertləri və patoloq anatomlar elmi cəmiyyətinin sədridir.

1991-ci ildə Moskva şəhərində Məhkəmə Təbabəti Elmi-Tədqiqat İnstitutunda "Şəxsiyyətin identifikasiyasına" dair namizədlik, 1997-ci ildə isə doktorluq üzrə tədqiqat işlərini müdafiə edərək "Məhkəmə təbabəti" ixtisası üzrə müvafiq olaraq tibb elmləri namizədi və tibb elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1999-cu ildə AAK-nın rəyasət heyətinin birbaşa qərarı ilə professor elmi adı almışdır.

Şakir Musayevin 21 kitabı (6 dərslik), 25 metodik tövsiyəsi, ümumilikdə digər məqalə, tezis, ixtira və səmərələşdirici təklifləri daxil olmaqla, 250 və yaxın elmi əsərləri çapdan çıxmışdır. Həmin elmi əsərlərdən (kitablardan) bəziləri aşağıda göstərilir.

Geri qayıt