Əsas Səhifə > Hadisə, Manşet > “Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq

“Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq


20-02-2015, 11:03
“Unibank” vətəndaşlara necə fırlldaq gəlir – Bankın dələduzluğunun qurbanı olan vətəndaşdan xəbərdarlıq
DİA.AZ: - Ucar rayonu N.Nərimanov küçəsi döngə 2 ev 6 sakini müəllimə Rəsulova Məkanət Əli qızı tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. DİA.AZ-a yazan narazı vətəndaş deyir:

“Unibank”da saxtakarlıqla bizim ailənin pulu mənimsənilmişdir. Belə ki, “Unibank”ın əməkdaşları işlədiyim məktəbə gəlib bankı reklam etmək məqsədi ilə mənə “platin kart”ı verdilər. Buna görə 2012-ci il tarixdə 500 manat pul kredit götürdüm və vaxtlı-vaxtında ödənişlər etdiyim, aktiv müştəri olduğum üçün kartıma təkrar qoyulmuş 2000 manat kredit pulu 2013-cü il tarixdə götürdüm.

Hər ay ardıcıl olaraq 100 manat pulu vaxtlı-vaxtında “Unibank”a ödəyirdim. İstifadəmdə olan mobil telefonuma “Unibank” tərəfindən hər ayın 2 -si tarixində mesajlar gəlir və ödəməli olduğum pulun, qalmış borcumun məbləği qeyd edilirdi. 02.09.2014-cü il tarixli mesajda yazılıb ki, cəmi 1649 manat borcunuz qalıb, 03 fevral 2014-cü il tarixdə isə mesajda qeyd edilib ki, 1683 manat borcunuz qalıb. Elə bu rəqəmlər bizi birdən ayıltdı ki, “Unibank” əslində bizi aldadıb saxtakarlıq yolu ilə pulumuzu mənimsəyir.

Sonradan hesabladıq ki, biz “Unibank”a olan bütün borclarımız 2014-cü ilin Oktyabr ayında ödəyib qurtarmışıq. Sadəcə olaraq mən hər ay 100 manat ödəməklə səhv etmişəm. Çünki elə ay olub ki, mən 60 manat ödəməli olsam da, 100 manat ödəmişəm. Bundan istifadə edən Unibank saxtakarlıq edib mənə heç bir xəbərdarlıq etmədən mənə əlavə pul ödətdiriblər.

Mən bu barədə “Unibank”a zəng edib bildirdikdə məni borclu çıxartdılar, qabaqdan gəlmişdik etdilər. Necə olur pulu artıqlaması ilə ödəyərkən borcumun sentyabr ayında 1683 manat qaldığı göstərilir və 5 ay hər dəfə 100 manat ödədiyim halda 02.02.2015-ci il tarixdə “Unibank” tərəfindən telefonuma mesaj göndərilib borcumun 1683 manat qaldığı qeyd olunur. Bunun adı saxtakarlıq və soyğunçuluqdur”.

Daha sonar narazı Ucar sakini dia-az.life-a yazır: “Mən uzun illərdir ki, müəllimə işləyirəm, həyat yoldaşım ağır xəstədir 1-ci qrup əlildir. Həm onun müalicəsi, həm də bərbad vəziyyətdə olan evimizin təmiri üçün bu pulu “Unibank”dan götürmüşdük. Bu boyda açıq-aşkar saxtakarlıq edirlər sonrada qabaqdan gəlmişlik edib adamı borclu çıxardırlar.

Bu haqsızlıqdır. Mən bu qanunsuzluq barədə Prezidentə, Maliyyə Nazirinə, İqdisadiyyat Nazirliyinə və Mərkəzi Bankın sədrinə şikayət edəcəyəm. dia-az.life vasitəsi ilə isə vətəndaşlara müraciət edib xəbərdarlıq edirəm ki, fırıldaqçılıqla, saxtakarllıqla məşğul olan “Unibank”dan götürdüyünüz kredit pulunun ödənişində diqqətli olun ki, bizim kimi aldanmayasınız”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…


Geri qayıt