Əsas Səhifə > Hadisə, Manşet > İbrahimov qardaşları üçün siyasi əhəmiyyət kəsb edən «Xəzər Adaları» layihəsi iflasa uğrayır

İbrahimov qardaşları üçün siyasi əhəmiyyət kəsb edən «Xəzər Adaları» layihəsi iflasa uğrayır


4-03-2015, 10:11
İbrahimov qardaşları üçün siyasi əhəmiyyət kəsb edən «Xəzər Adaları» layihəsi iflasa uğrayır
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, dünyadakı neft böhranının «vurduğu» layihələrdən biri də «Xəzər Adaları»dır. Yayılan xəbərlərdən aydın olur ki, «Avesta» Konserninin icraçısı olduğu bu layihənin inşaat işləri tamamən dayandırılıb və vəziyyət o həddə çatıb ki, hətta konsernin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli fəhlələrin maaşlarını belə verməkdə çətinlik çəkir.

Onu da bildirək ki, bu barədə ilk olaraq oxucuları məhz DİA.AZ məlumatlandırmışdı. İndi isə redaksiyamıza konserndəki qaynaqlardan yeni informasiyalar daxil olub.

Bilgili qaynaqdan DİA.AZ-a ötürülən xəbərdə qeyd olunur ki, yaranmış vəziyyətin gərginliyini gözəl dərk edən Hacı İbrahim Nehrəmli yeni investor axtarışlarının puça uğraması səbəbindən əməlli-başlı depressiyaya qapılıb:

İbrahimov qardaşları üçün siyasi əhəmiyyət kəsb edən «Xəzər Adaları» layihəsi iflasa uğrayır

«Təbii ki, «Xəzər Adaları»nın inşaatında yaranmış problemin «yuxarılar»dan gizlədilməsi qət edilib. Amma Hacı İbrahim Nehrəmli onu da yaxşı başa düşür ki, bu, uzun çəkməyəcək. Nəhayətdə real vəziyyətlə bağlı bilgilər «yuxarılara» çatdırılacaq. Ona görə də fəhlələri hətta maaşsız, quru vədlər hesabına işlətməyə, adada işlərin getməsi barədə görüntü yaratmağa üstünlük verən Hacı İbrahim indi də işçilərin hədəfinə çevrilib».

Mənbə dia-az.life-a bildirir ki, artıq son üç ayda bir manat da pul almayan fəhlələr rəhbərliyin vədlərinə də inanmır: «Ola bilsin ki, fəhlələr ümumiyyətlə, işdən imtina edib, aksiya keçirsinlər. Hələlik Hacı İbrahim onları qəpik-quruş, «yolpulu» hesabına yerlərində saxlamağa çalışır. Amma vəziyyət beləcə uzun davam edə bilməz».

Geri qayıt