Əsas Səhifə > Hadisə, Manşet > Oğlu Mikayıl Cabbarovla dost olan rektorun əməlinə Maliyyə Nazirliyi düzgün diaqnoz qoyacaqmı?

Oğlu Mikayıl Cabbarovla dost olan rektorun əməlinə Maliyyə Nazirliyi düzgün diaqnoz qoyacaqmı?


8-04-2015, 09:47
Oğlu Mikayıl Cabbarovla dost olan rektorun əməlinə Maliyyə Nazirliyi düzgün diaqnoz qoyacaqmı?
DİA.AZ: - Dünən redaksiyamıza Gəncə Texnologiya Universitetində baş verən maliyyə pozuntuları ilə bağlı faktların və digər ittihamların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq həmin materialı birinci hissəsini təqdim etmişdik. Onu da bildirək ki, iddialarda Texnologiya Universitetində rektoru Akif Süleymanova qarşı ciddi ittihamlar səsləndirili.

(ƏVVƏLİ BURADA)

Həmin ittihamların 2-ci hissəsini təqdim edirik:

“Akif Süleymanovun hegemonluq etməyinin səbəbi himayədarının güclü olmasıdır. Onun oğlu Təhsil Naziri Mikayıl Cabbarovun yaxın dostudur. Ona keçmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müdiri işlədiyi vaxtda maşın bağışlayıb. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tələbə yoldaşıdır. Ona görə də narahat olmur.

Akif Süleymanovu GDU-nun rektoru Yusif Yusifov da dəstəkləyir, çünki Gəncə Dövlət universitetinin rektorunun qardaşı Maliyyə Nazirıiyində məmur işləyir. Belə ki, Yusif Yusifovun qardaşı Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır, Texnologiya Universitetindəki maliyyə komissiyasına Gəncə Dövlət universtetinin rektorunun qardaşı Cavanşir Yusifov təziq göstərir.

Diqqətinizə çatdırım ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovla, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov yaxın dostdurlar. Hal -hazırda Texnologiya Universitetində maliyyə nazirliyinin komissiyası olduğundan Yusif Yusifov qardaşına Texnologiya Universitetinin rektorunu tapşırıb ki “Texnologiya Universitetində maliyyə komissiyası var, onlara bildir ki Akif Süleymanovun işi ilə ciddi məşğul olmasınlar”.

Texnologiya universitetində bir neçə müəllim tərəfindən komissiyanın gedişi izlənilir. Əgər Akif Süleymanovu və digər universitetin rəhbər şəxsləri korrupsiya idarəsinə pul yeyintisi haqqında məlumat verməsə, maliyyə nazirliyinin inspektoru Mayis müəllimdən və digər inspektorlarından Korrupsiya idarəsinə şikayət edəcəklər...

Hətta Texnologiya Universitetinin bir neçə müəllimi prezidentə məktub hazırlayıb. Hələlik Maliyyə komissiyasının nəticəsini gözləyirlər”... (Ardı var)

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt