Əsas Səhifə > Hadisə, Manşet > Generalın yarıtmaz kadr siyasəti nəticədə nazirin özünü hədəfə gətirdi
Generalın yarıtmaz kadr siyasəti nəticədə nazirin özünü hədəfə gətirdi21-04-2015, 10:34 |
DİA.AZ: - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (VCİAD) baş verən olginc olaylarla bağlı keçən günlərdə sizləri məlumatlandırmışdıq... Əvvəlki yazı BURADA DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, VCİAD rəhbəri Vidadi Məmmədovun yürütdüyü kadr siyasətinin daxildə böyük etirazla qarşılanması “yuxarıların” da diqqətini cəlb edib. Məlumatlı mənbə bildirir ki, bununla bağlı hətta Vergilər Naziri Fazil Məmmədovdan da hesab sorulub. Mənbənin iddia etdikləri: “Məlumdur ki, VCİAD-də son günlər bir sıra peşəkar kadrlar işlərindən atılır və yaxud da işdən çıxarılacaqları ilə bağlı xəbərdarlıqlar alıblar. Hər halda bu günə kimi istənilən bir dövlət qurumunda peşəkarlara münasibət fərqli olub. Yəni hansısa peşəkarın vəzifəsinə həmin qurumun rəhbərinin yaxını, qohumu heç bir zaman təyin olunmayıb. Qohumluq qohumluqdur, amma iş də yürüdülməlidir. Amma bu gün VCİAD-da vəziyyət tamam fərqlidir. Elə bir situasiya yaranıb ki, Vidadi Məmmədov yaxın bildiyi şəxsləri peşəkarların yerinə təyin edir. Bunun birbaşa ziyanı isə Vergilər Nazirliyinin iş sisteminə, nəticədə isə Azərbaycan dövlətinə dəyir”. Mənbə dia-az.life-a bildirir ki, bu səbəbdən də Vidadi Məmmədovun şıltaqlıqları kimi qəbul edilməli olan son kadr siyasəti ilə bağlı nazirdən hesab sorulub: “Yəqin ki, yaxın günlərdə böyük səs-küy qopacaq. Şünki neçə müddətdir ki, VCİAD içindən qaynayır”. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |