Əsas Səhifə > Hadisə, Manşet > Hacı İbrahim Nehrəmli Fazil Məmmədovu borclu çıxarmağa çalışır...
Hacı İbrahim Nehrəmli Fazil Məmmədovu borclu çıxarmağa çalışır...24-07-2015, 10:38 |
“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib. dia-az.life "Report"a istinadən xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır. Vergi borcunun məbləği açıqlanmır. “Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib. Geri qayıt |