Əsas Səhifə > Hadisə, Manşet > Tovuzda böyük yeyintinin tüstüsü göz çıxarır...

Tovuzda böyük yeyintinin tüstüsü göz çıxarır...


2-10-2015, 09:08
Tovuzda böyük yeyintinin tüstüsü göz çıxarır...
DİA.AZ: Rayondakı qaynaqların dia-az.life verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən Tovuz rayonunda aparılan yoxlamalar rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanovu çətin duruma salıb. İndi o düşdüyü vəziyyətdən necə çıxmağın yollarını axtarır. Məsələ burasındadır ki, M.Salmanov uzun müddət ayrılan büdcə vəsaitlərini sağa-sola xərcləyib dağıtmaqla məşğul olan məmurlara kifayət qədər şərait yaradıb. Bu da səbəbsiz olmayıb. Xüsusilə, kənd icra nümayəndəliklərinə, Gənclər və İdman İdarəsinə, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinə, o cümlədən abadlıq işlərinə ayrılan dövlət vəsaitinin xərclənməsi zamanı böyük israfçılığa yol verilib. Büdcə vəsaitinin təyinatı üzrə düzgün xərclənməsi təmin edilməyib və yol verilən saxtakarlıqlara göz yumulub. Təbii ki, M. Salmanov həmin əməliyyatlar zamanı öz şəxsi maraqlarını hər şeydən üstün tutub.

DİA.AZ bildirilir ki, istinasız olaraq, Tovuzda bütün idarə və təşkilatların fəaliyyətinə birbaşa M. Salmanov tərəfindən nəzarət olunub. Hər ay büdcə təşkilatlarının rəhbərlərinə, onlar üçün ayrılmış dövlət vəsaitlərini ala bilməsi üçün maliyyə idarəsinin rəisi təyin olunmuş məbləğdə “rüsum” tutduqdan sonra razılıq verib. O zaman M.Salmanovun rayonda fəaliyyət göstərən büdcə təşkilatlarında işə qəbul məsələsini öz nəzarətinə götürməsi hazırda onun baş ağrısına çevrilib. Tovuzun maliyyə rəisi müəssisə rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bir adam da götürülməsin. Bir sözlə, büdcə təşkilatlarında “ölü canların” siyahısına bələd olan M.Salmanov hazırda bir zaman himayə etdiyi məsələlərin baş ağrısını çəkir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov M.Salmanovun əməllərindən xəbərdar olsa da, məlum səbəblərdən idarə rəisinə “gözün üstə qaşın var” deməyib. Bir zamanlar icra basçısının təhrikinə yox deməyən rayonun “Qəmlosu” kimi tanınan şöbə müdiri isə hazırda icra başçısı T. Zeynalovun dəstəyindən kənarda qalıb. Ona deyilib ki, öz “işlərini” get özün təmizlə. İndi Tovuzda Maliyyə Nazirliyinin apardığı yoxlamaların nəticələri maraqla gözlənilir. Əli hər yerdən üzülən M. Salmanovun aqibəti necə olacağını yaxın gələcək göstərəcək.

Geri qayıt