Əsas Səhifə > Hadisə, Manşet > Beyləqanlı məmur “Ginnesin rekordlar kitabı”na düşəcək:
Beyləqanlı məmur “Ginnesin rekordlar kitabı”na düşəcək:26-11-2015, 09:18 |
Dövlət başçısı İlham Əliyevin çoxsaylı irad və tənqidlərinə baxmayaraq ölkədə məmur özbaşınalığı sərhəd tanımır. Həyata keçirilən cəza tədbirlərinə baxmayaraq bu gün də vəzifə səlahiyyətlərindən istifadə edərək özü və övladları üçün var-dövlət qazanmağı həyatının bir nömrəli məqsədi sayan məmurlarımız kifayət qədərdir. Elə bu yazımızda da həmin məmurlardan biri haqda söhbət açacaq, onun ilk baxışdan çox xırda görünən vəzifədə özünə necə cah-cəlal qurmasının təfərrüatlarına işıq salmağa çalışacağıq. Gəlin tanış olaq: yazımızın “qəhrəmanı” Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevdir. Savash.org bildirir ki, 23 ildən artıqdır ki Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən bu şəxs sözün həqiqi mənasında oliqarx məmura çevrilib. Bu gün Beyləqanda ən böyük ticarət obyekti məhz Ələmşah Məmmədquliyevə məxsusdur. İdarə müdiri dövlət büdcəsindən oğurladığı yüz min manatlar sayəsində Beyləqanda, Bakıda mülklərə sahibdir. Məlumatı göndərən şəxs bildirir ki, Ə.Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib.Həttta idarə müdiri rayonda elə bir rəy formalaşdırmağa çalışır ki, guya oğlunun adına olan mal-mülk, obyektlər onun öz zəhməti hesabına əldə olunub. Amma Beyləqanda hər kəs uşaqdan böyüyə kimi hamı yaxşı bilir ki, Bəylər Məmmədquliyev atasının köməyi olmasa 50 il işləsə belə heç nə qazana bilməz. Bu gün Bəylər Məmmədquliyevin adına olan kiçik müəsissənin fəaliyyəti və əldə etdiyi qazancın 99 faizi atası Ələmşah Məmmədquliyevin hesabınadır. İdarə müdiri oğlunun rəhbərlik etdiyi kiçik müəsissəyə kanalların çəkilməsi, təmizlənməsi və tikinti işləri tenderlərini verir. Bu tenderlər əsasən Beyləqan Suvarma Sistemləri İdarəsi və Meliorasiya İdarəsi hesabına udulur. Meliorasiya idarəsinin müdiri Nadir Əliyev Ə.Məmmədquliyevin ən yaxın adamıdır. Çünki Nadir Əliyevi bu vəzifəyə Ə.Məmmədquliyev gətirib. Bu gün Melorasiya idarəsi drenlərin təmzilənməsi işləri üçün bütün müqavilələri Bəylər Məmmədquliyevin şirkəti ilə bağlayır. Ata Məmmədquliyev oğlunun şirkətinə bir neçə ekskvator, yük avtomobili və digər texnikalar alıb. Alınan texnikaların sayəsində B.Məmmədquliyevin şirkəti melirotaiv işlərlə məşğuldur. Amma görülən işlərin əksəriyyəti yenə də kağız üzərində qurulur. Çünki Nadir Əliyev ata Məmmdəquliyevin sözündən çıxa bilməz. Və həyata keçirilən işlərdən əldə edilən qazanc bölünür. Beyləqanlı məmur “Ginnesin rekordlar kitabı”na düşəcək: 625 manatlıq maaşla “möcüzə yaratdı”Mənbə qeyd edir ki, Ələmşah Məmmədquliyev dövlət idarəsinin hesabına əldə etdiyi qazanclar sayəsində oğluna dəyəri 50 min manat olan xarici avtomobil, eyni zamanda Bakı şəhərində mənzil alıb. Mənbəmiz iddia edir ki, övladları üçün qayğıkeş ata rolunu məharətlə icra edən idarə rəisi qızını Bakıdakı lal-karlar üçün xüsusi internətdə işə düzəldib. Məlumatda həmçinin iddia olunur ki, Ələmşah Məmmədquliyevin qızının diplomu saxtadır, amma bu onun işləməsinə nədənsə maneçilik törətmir. Qeyd edək ki, idarə rəisinin övladına saxta diplomu necə əldə etməsi ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə bununla bağlı ayrıca yazımız olacaq. Savash.org-a daxil olan məlumata görə, bir neçə gün öncə idarə rəisi övladına daha bir bahalı maşın hədiyyə edib. Ümumiyyətlə isə Ələmşah Məmmədquliyevin komfort həyatı xoşladığı bildirilir. Belə ki, o və oğlu Bəylər mütəmadi olaraq türkiyənin kurort mərkəzləri olan Bodrum və Antalyada dincəlməyi xoşlayırlar. Mənbəmiz daha sonra iddia edir ki, Ələmşah Məmmədquliyevin təqaüd yaşı çoxdan çatsa da vəzifəsindən bərk-bərk yapışıb. Belə ki, o yaxın ətrafına vəzifəsində qalmaq üçün hər il “yuxarlılara” küllü miqdarda rüşvət verdiyini deyir. Bundan başqa onun RTS qəsbəsindəki avtomobillərin təmiri və restoran - çayxana tipli obyekti də var. Təkcə bu obyektin tikilməsi üçün idarə müdiri 200 min manatdan çox xərc çəkib. Ancaq ən maraqlı məqam Beyləqan şəhərində Mərkəzi Xəstəxananın yaxınlığında Ələmşah Məmmədquliyevin qiyməti yüz min manatlarla ölçülən dəbədbəli imarət tikməsidir. Məlumatda deyilir ki, Beyləqanda heç bir məmur bu cür bahalı bir ev tikməyib. Amma Ələmşah Məmmədquliyev dövlətdən qazandığı pullara heç də simiclik etmir. Əldə etdiyi vəsaitləri oğlu Bəylərin əli ilə çox səxavətlə xərcləyir. Rayonda tikilən imarəti Bəylərin tikdirdiyini deyən idarə müdiri əslində özündən başqa heç kəsi aldatmır, hətta özü belə dediyinə inanmır. İdarə müdirinin tikdirdiyi imarətdə hazırda təmir işlərinin getdiyi bildirilir. Bu imarətə indiyə qədər 400 min manat xərc çəkildiyi deyilir. Bundan sonra isə ən azı 250-300 min xərcə ehtiyyac var. Yəni, bu o deməkdir ki, kiçik bir məmur özü üçün tikdirdiyi villaya 100 müəllimin 50 illik əmək haqqısını xərcləyib. Aylıq əmək haqqı 625 manat olan Ələmşah Məmmədquliyevin 700 min manatlıq bir ev tikdirməsi isə hər şeyə aydınlıq gətirir. Gərək 67 yaşlı bu məmur 120 il yeməyə, işməyə, yalnız işləyə ki, belə bir imarət tikdirə bilsin. dia-az.life olaraq Ələmşah Məmmədquliyevin tikdirdiyi imarətin fotolarını oxucularımzı təqdim edirik. Geri qayıt |