Əsas Səhifə > Hadisə, Manşet > Arzu Rəhimovdan Prezident Administrasiyası rəhbərinə şikayət olundu
Arzu Rəhimovdan Prezident Administrasiyası rəhbərinə şikayət olundu3-12-2015, 10:03 |
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovla bağlı Orezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayət ünvanlanıb. DİA.AZ bildirir ki, müraciət müəllifi olan polkovnik-leytenant Ağa Fəttahov Arzu Rəhimova qarşı çox sərt ittihamlar səsələndirir. dia-az.life olaraq həmin müraciəti təqdim edirik: "Hörmətli Ramiz müəllim! Mənim Sizə müraciətim ondan ibarətdir ki, SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bu qurumu uçuruma aparıb. Mən dəfələrlə KİV vasitəsilə həm Ali Baş Komandana, həm də Baş Prokurora və MTN-nin rəisinə müraciət eləmişəm. Ramiz müəllim, əgər SHXÇDX uçuruma gedirsə, onda ordunun döyüş potensialı zəifləyir, ona görə də bu barədə mütləq Ali Baş Komandan xəbərdar olmalıdır. Hərbi Komissarlıq Müdafiə Nazirliyi tərkibindən ayrılıb SHXÇDX yarandı və bu qurumun rəisi Arzu Rəhimov təyin olundu. Həmin ərəfədə biz zabitlərin seçimi var idi ki, MN tərkibindən qabaq, A.Rəhimov bizə bildirdi ki, qalıb bu qurumda qulluq edin və bir yerdə bu qurumu yüksək səviyyəyə çatdıraq. Biz də razılaşdıq. 1 ay keçdikdən sonra A.Rəhimov 800-1000-ə yaxın peşəkar mülki vətəndaşları işdən heç bir səbəbi olmadan azad elədi. Demək olar ki, SHXÇDX-ni "paralizovat" elədi. A.Rəhimovun gəlişindən 6 ay sonra, yəni 2012-ci il avqustun 3-də müşavirədə 14 nəfər peşəkar zabitləri ayağa qaldırıb və bildirdi ki, Siz yaş dövrü ilə əlaqədar təqaüdə çıxırsız. Təqaüdə çıxarılan zabitlərin 80 % Ulu Öndərimizin məktəbini qurtaran, Əfqanıstanda və Qarabağda döyüşən zabitlər idi. Hərbi Nizamnaməyə uyğun əgər zabit polkovnik vəzifəsindədirsə və polkovnik rütbəsini çoxdan almalıdırsa, onu o vaxt təqaüdə göndərirlər ki, o tutduğu vəzifəni icra eləyə bilmir. Dövlət bizi oxutdurub, Hərbi Ali savad verib ki, biz onun keşiyində duraq, özü də müharibə gedən ölkədə, bu işə peşəkar zabitləri təqaüdə göndərir. Bizdən sonra bizim yerimizə qeyri-peşəkar zabitləri götürür. Hansılar ki, vaxtilə MN və Sərhəd Qoşunlarından qovulmuş zabitlərdir. Bunun da nəticəsində axırıncı dəfə yayda MN təlim keçirərək SHXÇDX bu təlimdə özümü acınacaqlı səviyyədə göstərdi. Bəs Ali Baş Komandan müharibə elan eləsə, onda necə olacaq? Sizin əlinizdə səlahiyyət var ki, bu faktları yoxlaya bilərsiz. Ramiz müəllim, mən iki dəfə Arzu Rəhimova müraciət elədim ki, geri qaytarsın, mənim peşəkar zabit kimi evdə oturan vaxtım deyil, o isə qəbul eləmədi. Əgər yoxlasız bizdən sonra bütün qeyri-qanunsuz hərbi nizamnaməyə uyğun olmayan zabitləri götürüb. Çünki, onlardan ötrü xahiş eləyənlər var, kimisi Milli Məclisdən, kimisi Prakuraturadan, kimisi başqa orqandan. Biz isə peşəkar zabitlərin göydə Allahdan, yerdə isə Ali Baş Komandandan başqa heç kimimiz yoxdur. Mən bu yaxınlarda mətbuat konfransı keçirtmişdim. Sizdən xahiş edirəm, həmin mətbuat konfransına baxasız, youtube-də var. “Polkovnik mətbuat konfransı keçirərək generala sərt ittihamlar səsləndirdi”. Mən Arzu Rəhimov barədə məsələ qaldırandan sonra mənə bir neçə dəfə anonim şəraitdə yaxınlaşanlar olub. Birinci dəfə yaxınlaşan mənə dedi ki, Arzu Rəhimv SHXÇDX idarələrinin təmirinə ayrılan pulları şişirdilmiş formada göstərib. Məsələn: 1) Sumqayıt şəhərinin şöbəsinə 3 mln. manat, 2) Nizami Bakı idarəsinin tikilməsinə 3 mln. manat, 3) Ağsu rayonunun Miqrasiya İdarəsinin balansında olan binanı qeyri-qanunsuz SHXÇÜDX balansına keçirilib və onun təmirinə 7 mln. manat pul xərclənib. İkinci dəfə anonim yaxınlaşan şəxs bildirdi ki, bəs vaxtilə Hərbi Komissarlığından SHXÇÜDX-da keçən bütün şəxs heyətin adına kartlara pul keçirilmişdi. Arzu Rəhimov bu pulları mənimsəmişdir. Kartlardan pullar çıxarılmışdır. Həmçinin, Arzu Rəhimov göstəriş verib ki, bütün şöbələr, şöbə rəislərinin hesabına təmir olsun. Özü isə həmin şöbələrə ayrılmış pulu mənimsəyib. Həmçinin, həmin anonim şəxs bildirdi ki, Arzu Rəhimov bu yaxınlarda "Ukrayna" dairəsinin yanında dəyəri 3 milyon manat olan villa alıb. Arzu Rəhimovun şəxsi işinə baxsan, orda artıq hər şeyi aydındır. 1989-cu ildə Sovet ordusundan iki halda tərxis oluna bilərdin. Ya xəstəliklə, ya da zabit şərəfini pozduğuna görə. Bu da onu göstərir ki, hələ vaxtilə mənə keçmiş mərhum hərbi komissar Mirsalam demişdir ki, bəs Arzu Rəhimovu Sovet ordusundan 61 statya ilə qovulub. Azərbaycana gələndən sonra saxta peçatla 59 statya vurdurub. Ramiz müəllim, bu dövlətin quruculuğunda Sizin böyük əməyiniz var. Siz Ulu Öndərimizin ən yaxın silahdaşı olmusuz. İndi də Ali komandanın yanındasız. Ramiz müəllim, mən bir daha Dövlətin marağın tutub Sizə müraciət edirəm. Arzu Rəhimov bu qurumu uçuruma aparıb. Səbəb nədir ki, bütün peşəkar zabitləri və mülki vətəndaşları bu qurumdan uzaqlaşdırırsan. Mən burdan sual edirəm ona: Sən ümumiyyətlə, kimə qulluq eləyirsən, ay Arzu Rəhimov? Cənab PA rəhbəri! Sizin əlinizdə səlahiyyət var ki, bütün bu faktları yoxlayasız. Öz göstərdiyim bütün faktlara tam məsuliyyətlə cavabdehəm". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |