Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Bakının ən çox narazılıq yaradan rəhbərləri...
Bakının ən çox narazılıq yaradan rəhbərləri...5-12-2015, 12:04 |
DİA.AZ: - "Söz" Analitik Araşdırma Bürosu (SAAB) paytaxt Bakını idarə edənlər arasında ən reytinqsiz (narazılıq yaradan) icra başçılarının səfinin müəyyən edilməsi məqsədilə sorğu keçirib. Qurumdan DİA.AZ-a verilən məlumatdan aydın olur ki, Bakının bütün rayonlarını əhatə edən sorğu zamanı 3000 respondentin rəyi nəzərə alınıb. Beləliklə SAAB sorğuya qatılanların rəyini açıqlayır. 1. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev... Respondent rəylərinə görə, Bakıda ən çox narazılıq yaradan icra başçısı Sabunçu RİH rəhbəri Adil Vəliyevdir. Belə ki, sorğuya qatılanların böyük əksəriyyəti 74,6%-i belə bir qənaəti irəli sürüb. 2. Binəqəd rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov... Respondentlərə görə, paytaxt sakinləri üçün 2-ci ən çox arzuolunmaz rayon rəhbəri Binəqədi RİH başçısı Xaləddin İsgəndərovdur. Sorğuya qatılanların 61,2%-i bu qənaətdə olduğunu açıqlayıb. 3. Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev... SAAB-ın sorğusunda narazılıq icra başçıları sırasında ilk üçlüyü tamamlayan "mənfi qəhrəmanlar"dan növbətisi Yasamal RİH başçısı İbrahim Mehdiyevdir. Sorğu iştirakçılarının 54%-i belə düşündüyünü açıqlayıb. Qurumdan həmçinin dia-az.life-a daxil olan məlumatda qeyd olunur ki, 2001-ci ildən fəaliyyət göstərən SAAB tarixində ən çox respondentin qatıldığı sorğu məhz məlumatını yaydığımızdır. Geri qayıt |