Əsas Səhifə > Hadisə, Manşet > Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...

Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...


8-01-2016, 09:09
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
DİA.AZ: - Yevlax şəhər Cəlil Məmmədquluzadə küçəsi 4 saylı evin sakini Sadıqova Ülviyyə Telman qızı DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Həmin məktubu təqdim edirik:

“Mən Sadıqova Ülviyyə Telman qızı Yevlax şəhər Mərkəzi xəstəxanasında 2 ilə yaxın (2009-2011-ci illər) səhv diaqnoz və müalicələr nəticəsində sağlamlığımı itirdim.Mənim həyatda qalmağım,yaşamağım üçün yeganə şans qaraciyər transplantasiyası idi.Ailəmiz kasıb ailə olduğundan bu əməliyyatı maddi tərəfdən təmin edə bilmirdi.Bütün dövlət qurumlarına rəsmi müraciət edib kömək istəyirdik.2014-cü ilin yanvar ayının sonlarında Xəzər televiziyası vasitəsi ilə Azərbaycanın qeyrətli oğullarından kömək istədik.Nəhayət səsimizə səs verdilər.18.03.2014-cü ildə Azərbaycanın Qeyrətli,Xeyirxah,Mərhəmətli şəxslərinin maddi dəstəyi ilə qaraciyər transplantasiyası əməliyyatı edildim və yenidən həyata qaytarıldım. Həyatda qalmağımı Allaha və Qeyrətli Azərbaycan oğullarına borcluyam.Qeyrətli Azərbaycan oğullarının külli miqdarda maddi dəstəyi (100 000 usd) ilə əməliyat olunsam da Yevlax şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əməliyyatdan nə öncə nədə ki əməliyyatdan sonra heç bir kömək edilməyib.Azərbaycanın qeyrətli,mərhəmətli xeyriyyəçi insanlarına öz səmimi minnətdarlığımı bildirirəm.

16.09.2013-cü ildə Bakıda xəstəxanada Ağır yataq xəstəsi olduğum dövrdə Yevlax rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru Qəhrəman Məmmədov tərəfindən qanuna və insanlığa sığmayan şəkildə işdən azad edilmişəm.Hətta Q.Məmmədov mənim adımdan saxta ərizə tərtib edib imza qardaşımın imzasına bənzədib.Lakin ərizənin yazılma tarixində mən Bakı şəhərində 1 saylı kliniki tibbi mərkəzində stasionar müalicədə olmuşam.İşdən azad edilməyim də xəstəxanada olduğum dövrə təsadüf edir.Mən xəstə olduğum dövürdə ailəmizin imkansız olması səbəbindən mənim sağalmayacağımı,xəstəlikdən öləcəyimi düşünüb,mənim xəbərim olmadan adımdan saxta ərizə yazıb mənim imzam olmadan məni işdən azad edib ştatımı başqasına satıblar".

Daha sonra dia-az.life-a ünvanlanan müraciətdə deyilir: "Mən bununla bağlı müraciət etdikdə Yevlax İcra Hakimiyyəti,Təhsil şöbəsi,TYM-nin rəbər şəxsləri məni qanunsuz saxta yola çıxardıldığım iş yerimə bərpa etmirlər.Buda təbii haldır.Çünki Yevlax şəhər İcra Hakimiyyəti,Təhsil Şöbəsi,Texniki Yaradıcılıq Mərkəzi Azərbaycan Respublikasının qanunları ilə işləmir.Yevlax rayonunun adlarını çəkdiyim dövlət idarələri onların rəhbərliyi tərəfindən hazırlanmış “qanunlarla” idarə olunur.Bütün sənədlərdə mənim xəstəliyim ilə əlaqədar işdən çıxardıldığım göstərilir.Hansı ki,Əmək Məcəlləsində “xəstəlik ilə əlaqədar işdən azad edilməyə” aid maddə yoxdur.Yevlax rayon icra Hakimiyyəti və aidiyyəti qurumlar öz cinayətlərin ört basdır etmək üçün bizə təziqlər edirlər.bunun subutu var.Halal yolla qazandığımız ruzinin kəsilməsi üçün əllərindən gələni edirlər.Mən işdən qanunsuz azad olunmağımla bağlı bu Dövlət idarələrinə müraciət etdikdə Prezident Aparatı,Prezident Administrasiyası,Təhsil Nazirliyi kimi idarəedici orqanları aldatmağa nail olublarsa biz vətəndaşın yerli məmurların əlindən nələr çəkdiyin yəqin etmək sizin üçün çətin olmaz. Mən Allahın və bu millətin şərəfli qeyrətli oğulları sayəsində həyata qaytarıldım.Həyatım bahalı dərmanlardan asılıdır.Ailəmiz bu dərmanları təmin etmək üçün beş banka kredit ödəyir.Mən də ailəmizə dəstək durmaq öz ayaqlarım üzərində durmaq üçün işləmək istəyirəm.

Sizdən xahişim bu məsələni ictimailəşdirmək və aidiyyəti dövlət qurumlarının bu saxtakarlığa qarşı hərəkətə keçməsini təmin etmənizi xahiş edirəm.pulsuz Hüquqi yardıma ehtiyacımız var.Çox Xahiş edirəm bu məsələni diqqətinizdə saxlayın.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm".

Lazımi əsas sənədlərin və rəsmi cavabların surətin müraciətimə əlavə edirəm

Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...
Yevlaxda 1-ci qrup əlilə qarşı insanlığa sığmayan münasibət...

dia-az.life olaraq qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt