Əsas Səhifə > Hadisə, Manşet > Qazaxda məmur özbaşınalığı narazılıq yaradır...
Qazaxda məmur özbaşınalığı narazılıq yaradır...25-01-2016, 09:39 |
DİA.AZ: - DİA.AZ-a Qazax rayon icra hakimiyyətinin şöbə müdiri Gündüz adlı şəxsin özbaşınalıqları ilə bağlı şikayət daxil olub. Bir qurup Qazax rayon sakinləri redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirir ki, şöbə müdiri o qədər əndazəsini aşıb ki, rayonun mərkəzində yerləşən, sakinlərin istirahət yeri olan Heydər Əliyev parkında ağacları kəsdirərək özünə obyekt tikdirib. Sakinlərdia-az.life-a yazırlar: "Yerli əhalinin haqlı narazılıqlarına baxmayaraq, məhv edilən ağacların yeri təmizlətdirib yerynə tikinti matrealları daşıtdıran icra hakimiyyətinin şöbə müdiri Gündüz, sakinlərə bu sahəni rayonun rəhbərində 45 min manata aldığını deyir". Sakinlər dia-az.life-a bildirirlər ki, rayon ümumiyyətlə başsız qalıb kim nə istəıyir onu da edir. Rayonda baş verən hadisələr dözülməz hala gəlib çatıb. Rayon sakinləri şikayət məktubunda onuda bildirirlər ki, Qazaxda sosial vəziyyət o qədər ağırdı ki, xaos və özbaşınalıqlar baş qaldılrıb. Rayondakı məmurlar sakinləri açıq, aşkar ölkə başçısına qarşı qaldırırlar. Vəziyyəti bu həddə çatdıranların cəzalanmasını istəyən rayon sakinləri, etdikləri mraciətdə ölkə başçısı İlham Əliyevdən də kömək istəyirlər. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |