Əsas Səhifə > Hadisə, Manşet > Nazirliyin qoçuları xırda sahibkarlara da divan tutur
Nazirliyin qoçuları xırda sahibkarlara da divan tutur2-02-2016, 09:17 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Zərdab rayonu Gödəkqobu kəndi sakini Seyidova Sima Osman qızının şikayəti yerli vergi sisteminin işçilərindəndir. Narazı vətəndaşın DİA.AZ-a ünvanladığı müraciətində. qeyd olunur: "Mən Zərdab rayonu Gödəkqobu kəndi sakini Seyidova Sima Osman qızı qanunu sahibkarlıq fəaliyyəti ilə məşğul olmağıma 9 saylı ərazi vergilər idarəsinin saxtakar əməkdaşları mane olurlar.Kiçik dükanımda cəmi 1000 manatlıq satdıq malıma görə hər ay vaxtlı-vaxtında dövlət vergisini və Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta pulu keçirməyimə baxmayaraq məni hər iki idarə qanunsuz olaraq cərimə edib. Bu qanunsuzluq faktı obyektiv araşdırlıarsa mənə qarşı saxtakarlığın olması tam subut olunacaq.Vergi ödəməyimi və sosial sığortaya görə pul ödəməyimi təsdiq edən qəbzlər var ki, araşdırma aparılan zaman təqdim edəcəyəm.Sahibkarlara qrşı edilən qanunsuzluqlara son qoyulması üçün hörmətli Prezident cənab İlham Əliyevin apardığı islahatlar təqdirə layiq bir haldır". Daha sonra dia-az.life-a müraciət edən narazı vətəndaş yazır: "Ancaq 9 saylı ərazi vergilər idarəsi və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Ramil Əliyev öz maddi maraqlarını təmin etmək üçün saxtakarlıqla sahibkarları cərimə etdirirlər ki, bu özbaşınalıqlara son qoyulmalı onların barələrində qanunu tədbirlər görülməlidir. Sahibkarlıq fəaliyyətimi bu saxtakar məmurların qanunsuz əməllərinə görə dayandırmaq məcburiyyətində qalmışam ki, nəticədə ailəm acından məhv olacaq". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |