“CƏMİYYƏT RADİKAL ÇAĞIRIŞLARA CAVAB VERMİR”
Tarix: 13-04-2012, 12:57 | Çap et
"CƏMİYYƏT RADİKAL İSLAHAT İSTƏYİR”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Parlament komitəsində “Siyasi partiyalar haqqında” qanuna edilən son dəyişiklikləri necə dəyərləndirirsiniz? Bu dəyişiklikləri mütərəqqi hesab etmək olarmı? - Qanuna edilən dəyişiklikləri mütərəqqi hesab edirəm. Fikrimcə, bu Azərbaycanda siyasi islahatların genişləndirilməsi istiqamətində atılan addımdır. Prezident İlham Əliyev də parlamentdəki çıxışında ölkədə siyasi sistemin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Avronestin sonuncu iclasında da bildirib ki, ölkənin siyasi sistemi gücləndirilməli, siyasi partiyaların inkişafı üçün müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, bu düzəlişlərin edilməsində əsas məqsəd siyasi sistemin gücləndirilməsidir. Siyasi sistemin gücləndirilməsi isə yalnız partiyaların inkişafından keçir. Bu düzəlişlərlə bağlı bizim təkliflərimiz də olub və tənqidi yanaşdığımız məqamlar da mövcuddur.
Siyasi partiyalar arasında vəsaitin bölüşdürülməsi məsələsi elə həll olunmalıdır ki, narazılıqlar yaranmasın. Əlbəttə, istənilən halda narazı qalanlar olacaq. Amma elə ədalətli bölgü olmalıdır ki, ümumi rəydə partiyaların maliyyələşməsi ilə bağlı qərar YAP-ın maliyyələşdirilməsi üçün dekorasiya xarakterli addım kimi qiymətləndirilməsin. Qanuna görə, ayrılacaq vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında bərabər bölüşdürüləcək. Mən bu məbləğin ümumi vəsaitin 60 faizi miqdarında göstərilməsini təklif etdim. Vəsaitin 10 faizi parlamentdən kənarda qalan və 3 faizdən çox səs toplayan siyasi partiyalara veriləcək ki, bu faizi toplayan partiyalar olmayacağı təqdirdə həmin 10 faizin də parlamentdəki partiyalar arasında bərabər bölüşdürülməsi məqbul olardı. Yerdə qalan 30 faiz isə partiyaların parlamentdəki yerlərinin sayına görə, bölüşdürülə bilər. Yəni mövcud reallıq nəzərə alınmalıdır. Ona görə ki, partiyalar xətti ilə parlamentə seçilən deputatların 84,5 faizini YAP üzvləri təşkil edir və ayrılacaq vəsaitin 84,5 faizi də həmin partiyaya çatacaq. İndiki halda 40 faiz 11 partiya arasında bölünəndə isə bu partiyalara əhəmiyyətli vəsait düşməyəcək. Artıq YAP-dan da mütərəqqi təklif daxil olub ki, seçki kampaniyaları dövründə bu vəsait 2-3 dəfə artırıla bilər. Başqa ölkələrin təcrübəsində də bu var. Çünki seçki kampaniyası əlavə vəsait tələb edir. Biz də YAP-ın bu təklifini dəstəklədik.
- Siz öz təkliflərinizi ədalətli hesab edirsiniz? - Ümumiyyətlə, hər dəfə mövcud reallıq nəzərə alınmalıdır. Hazırda müxalifət o qədər zəifdir ki, parlamentdə fraksiya da yarada bilmir. Gələcəkdə müxalifətin parlamentdə bir fraksiyası olarsa, o zaman həmin 50 faizin parlamentdəki yerlərin sayına görə bölünməsi doğru olar. Amma indiki reallıqlar baxımından bu düzgün deyil. Gələcəkdə partiyaların güc nisbəti dəyişəcəksə, real siyasi rəqabət yaranacaqsa, o halda indiki təqdim olunan təklifi normal qəbul edərəm. Amma bu gün üçün bu bölgü ədalətsiz olar. Bütünlükdə isə Seçki Məcəlləsinə edilən dəyişiklikləri mütərəqqi addım kimi qiymətləndirirəm və alqışlayıram.
- Növbəti mərhələ kimi proporsional və majoritar sistemin bərpası gündəmə gələ bilərmi? - Buna ehtiyac var. Əvvəllər bu məqam Konstitusiyada öz əksini tapmışdı. Sadəcə 2002-ci ildə keçirilən referendumda hesab olundu ki, mütərəqqi deyil, ona görə ki, insanlar birbaşa namizədləri seçə bilmirlər. Bizim siyasi praktikada bu düşüncəyə haqq qazandıran misallar da olub. Məsələn, parlament seçkilərinin birində AMİP-in siyahısında Vaqif Musayev adlı bir şəxs ikinci yerdə idi. Bu adamı siyasətdə, ictimai həyatda, hətta AMİP-də heç kim tanımırdı. Amma birdən-birə AMİP-də siyahıda ikinci yerə - siyasətdə kifayət qədər populyar sayılan Nazim İmanovdan, Şadman Hüseyndən önə keçirilmişdi. Bu həm cəmiyyətdə, həm də AMİP-in özündə kifayət qədər suallar doğurdu. Bu da ona gətirib çıxarırdı ki, insanlar faktiki olaraq partiyanı seçsələr də, şəxslərə münasibətdə seçim edə bilmirlər. Ancaq proporsional seçki sistemində nə qədər neqativ hallar olsa da belə çoxpartiyalı sistemin inkişafı üçün bu sistemin bərpa olunması vacibdir. Amma biz bunu elə formada edə bilərik ki, vətəndaşın təkcə partiya siyahısına yox, həm də siyahıdakı konkret şəxslərə də səs vermək imkanı olsun. Yəni bu siyahının müəyyənləşdirilməsində vətəndaş da iştirak etsin.
- İctimai Palatanın aprelin 8-də keçirilən mitinqini necə dəyərləndirirsiniz? - Mitinqin gedişindən məlumatlı idim. Hesab edirəm ki, dövlətin maraqları baxımından çox əhəmiyyətli hadisə oldu. Uzun müddətdir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulmasına dair bəzi təşkilatlar kampaniya aparırdılar. Söhbət indiyə qədər Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin keçirilməsi üçün ayırdığı yerlə razılaşmamaqdan gedirdi. Mən də o fikirdəyəm ki, icra hakimiyyəti mitinqlərin keçirilməsi üçün daha əlverişli yer ayıra bilər və ayırmalıdır. Amma ölkənin imici baxımından mitinqi önəmli hesab edirəm. Çünki bu məsələdə Azərbaycanın əleyhinə çıxışlar edirlər. Bu mitinq göstərdi ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrin əsas gözünü dikdiyi İctimai Palatanın imkanları nə qədərdir. Onların vasitəsilə ölkəyə təzyiq eləmək istəyən qüvvələrin də bu birliyin potensialını görmək və müzakirə eləmək imkanları yarandı. Hər halda bu qüvvə ilə heç bir tələb və təzyiqi həyata keçirmək mümkün olmadığını onlar da anladılar. Bildilər ki, bu kəmiyyət və keyfiyyət göstəricisində olan siyasi birlik üçün bu qədər güc və vəsait sərf etmək, Azərbaycanla münasibətləri korlamaq mənasızdır. Çünki bu mitinqə xalqdan dəstək olmadı, orda toplaşanların böyük əksəriyyəti vəzifə istəyən funksionerlər, əsasən 24 il ərzində tanıdığımız insanlar idilər. Əlbəttə, cəmiyyətdə narazı insanlar, hüququ pozulanlar var, amma o insanlar bunların perspektivinə, səmimiyyətinə inanmadıqları, dediklərinə şübhə ilə yanaşdıqları üçün mitinqə qatılmadılar. Ümumiyyətlə, mitinq ənənəsi yaranmalı və adiləşməlidir. Vaxtilə təklif etmişdim ki, Böyük Britaniyada Haydparkda olduğu kimi Bakıda da bir yer ayrılsın, bağ salınsın, siyasi hüquqlarının müdafiəsi ilə bağlı çıxışlar orada həyata keçirilsin. İnsanların, ayrı-ayrı peşə sahiblərinin mitinqləri, aksiyaları adiləşməlidi. Dünyanın ən inkişaf etmiş ölkələrində belə gündə bir neçə qrup piket, mitinq keçirir. Bu da səsini çatdırmaqda bir vasitədir. Buna normal və adi baxmaq lazımdı.
Amma bu mitinqin məndə narahatlıq doğuran başqa tərəfi də var. İndi ölkədə mərhələli şəkildə islahatlar aparılır. Yüksək sürətlə olmasa da, islahların getdiyini deməliyik. Məndə narahatlıq yaradan odur ki, hökumət rəqiblərinin son dərəcə zəif olduğunu görəndən sonra bu islahlarda səngimə yarana bilər. Amma ümid edirəm ki, bu, belə olmayacaq.
İnsanlar bu aksiyanın sifarişlə, hansısa maraqlara xidmət etdiyini bildikləri üçün dəstək vermirlər. Çünki sual yaranır ki, bu aksiyanı niyə məhz “Eurovision” adı ilə bağlı, bu müsabiqə ərəfəsində keçirilər. Axı bu qeyri-siyasi müsabiqədi, şoudu. Bir müddət əvvəl burda “Avronest”in sessiyası keçirildi, dünyanın hər yerindən siyasi şəxslər, millət vəkilləri, media nümayəndələri gəlmişdilər. Əgər məqsəd siyasi diqqət cəlb eləmək idisə, elə həmin günlərdə aksiya keçirilə bilərdi. Amma bəllidi ki, məqsəd ölkənin imicinə məhz bu müsabiqə ərəfəsində ziyan vurmaq istəyənlərə dəstək vermək, onların marağına xidmət etməkdir. Bunu insanlar başa düşürlər, ona görə də onlar sosial problemləri olsa da, bu aksiyaya qatılmırlar. Çünki bu aksiyanın onların haqları uğrunda keçirilmədiyini bilirlər.
Amma son iki aksiya bir daha vaxtilə onu sübut elədi ki, cəmiyyət radikal çağırışlara cavab vermir. Cəmiyyət ağır islahatları, radikal dəyişiklikdən üstün tutur. Çox istərdim ki, mitinqi təşkil edənlər doğurdan da öz fəaliyyətlərinə, proqramlarına, şüarlarına tənqidi yanaşa bilsinlər. Çünki dünyada baş verən hadisələri izləyən siyasətdən kənar insanlar belə üsyanın heç bir halda xalqlara xoşbəxtlik gətirmədiyini görürlər. Göz önündə Liviya və Misirin acı təcrübəsi var. İnqilab istəmək, adamları buna çağırmaq asandı. Amma mən inqilab istəyən adamlardan soruşuram, onlar övladının, ailə üzvünün ölümü bahasına dəyişiklik olmasına razıdırlarmı? Bu suala müsbət cavab vermək üçün ya ruhi xəstə, ya da qeyri-səmimi olmaq lazımdı. İnsan ən pis şərtlərdə yaşamaqla razılaşır, amma övladını itirməklə yox. Ona görə də heç kəs özünə rəva bilmədiyini başqasına da rəva bilməməlidir. Azərbaycan xalqı Liviyada, Misirdə, Suriyada baş verənləri görür və bundan da nəticə çıxarır. Vətəndaşımız bilir ki, o ölkələrdə baş verənlər xarici qüvvələrin istəyinin nəticəsidir. Misirin yenidən əvvəlki vəziyyətinə qayıtması üçün onilliklər lazımdı. Böyük bir ölkə məhv oldu, iqtisadiyyat dağıldı, vətəndaş qarşıdurması yarandı və bu, bitməyəcək. Çünki o üsyanda ölən yüzlərlə insanı geri qaytarmaq mümkün olmayacaq. İnsanlar isə mal-mülk itkisi ilə barışa bilirlər, amma insan itkisi ilə barışmaq olmur.
- Bəzi xarici ölkələrə aid media qurumlarının və təşkilatların Azərbaycanda “Evrovision” musiqi yarışması ərəfəsində ölkəyə qarşı aksiya başlatmalarına münasibətiniz necədir? - Bu yarışmanın Azərbaycanda keçirilməsinin erməni diasporunu və lobbisini narahat etdiyi məlumdur. Bu yarışma ərəfəsində Azərbaycanla bağlı kampaniyalarla yarışmanı kölgədə qoyub, hətta boykota nail olaraq, ölkənin siyasi imicinə zərbə vurmaq istiqamətdə ciddi işlədikləri də aydın görünür. Dünyanın tanınmış siyasi xadimləri, beynəlxalq təşkilatlarla və bu musiqi yarışmasını keçirən təşkilatçılarla, o cümlədən iştirakçı ölkələrin komandaları ilə təmas quraraq Azərbaycan əleyhinə kampaniya aparırlar. Təəssüf ki, ölkəmizdə bəziləri Azərbaycana qarşı bu kampaniyaya hökumətdən narazı olduqları üçün dəstək verməyə çalışırlar. Onlar bu prosesdən faydalanmaq istəyirlər. Hökumətdən heç bir narazılıq düşmənin yanında dayanmağa əsas vermir və haqq qazandırmır. Hansı motivlə bu prosesə qatılmağın isə əhəmiyyəti yoxdur. Yeri gəlmişkən, bu gün Azərbaycana ən çox ittihamlar yağdıran Almaniyanın ölkəmizə münasibətləri ilə bağlı bir məsələyə diqqəti çəkmək istəyirəm. Almaniya həmin ölkədir ki, Türkiyə Almaniyadan aldığı özüyeriyən artilleriya qurğularının mühərriklərini Azərbaycana vermək niyyətini açıqlayan kimi almanlar Türkiyəyə bu mühərriklərin satışını dayandırdı. Almaniya Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısını alan Fransa ilə həmfikirdir. Almaniya hər gün insan öldürüldüyü, küçələrində savaş gedən Liviya ilə bağlı məsələdə ikili standartlardan çıxış edib, baş verənləri bu ölkənin daxili işi hesab etdi və sanksiyaların tətbiqinə səs vermədi. Almaniya Rusiyanın Avropadakı əsas müttəfiqidir və Ermənistanla Türkiyə arasında sərhədin açılmasına təzyiq edən ölkələrdən biridir.
Digər Qərb media qurumlarının da bu məsələdə maraqları olduğu bəllidi. Azərbaycanın İranla münasibətlərinin tamamilə kəsilməsində maraqlı olan qüvvələr var. Təəssüf ki, bəzi media vasitələri də bu kampaniyaya qoşulublar. Guya İsrail Azərbaycanı özünün hərbi bazası səviyyəsinə salıb və ABŞ da bunun üstünü açıb, Azərbaycanı xilas etmək istəyir. Bunu anlamalıdırlar ki, ABŞ-İsrail əlaqələri stratejidir, İsrail ABŞ-ın bölgədəki nümayəndəsidir. Bu qurulmuş bir oyundur və xəbər məqsədyönlü şəkildə yayılıb. Məqsəd Azərbaycanın İranla münasibətlərini tamamilə bitirərək, Azərbaycana ABŞ və İsraillə təkyönlü əməkdaşlıqdan başqa yol saxlamamağa nail olmaqdır. Bizim bəzi avantüristlər bu məsələdə dolayısı ilə ABŞ-ın siyasətinə xidmət edirlər. Vətəndaşlarımız bunun fərqində olmalıdır.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da, QHT və KİV də belə həssas məqamlarda bəzən bilərəkdən, bəzən də bilməyərəkdən kampaniya tərəfinə çevrilir. Bu isə arzuolunmazdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
|