OBAMANI YAXALAYAN ZƏNGİN OLACAQ
Tarix: 16-04-2012, 12:21 |
Çap et
İNGİLİS DEPUTAT ABŞ PREZİDENTİNİN BAŞINA PUL QOYDU
Böyük Britaniya parlamentinin üzvü Nazir Əhməd ABŞ-ın hazırkı prezidenti Barak Obama və sabiq prezidenti Corc Buşun yaxalanması üçün mükafat elan edib.
Məlumata görə, Leyborist Partiyasının Kəşmir əsilli üzvü Nazir Əhməd aprelin 13-də Pakistanın Xaripur şəhərində olarkən belə bəyanat səsləndirib.
Bununla da Nazir Əhməd fəaliyyəti qadağan edilmiş Laşkar-e Taib radikal islamçı qruplaşmasının yaradıcısı və lideri Hafiz Məhəmməd Səid ilə həmrəylik nümayiş etdirib. ABŞ keçən ay Hafiz Məhəmməd Səidin başı üçün 10 milyon dollar mükafat qoyduğunu açıqlayıb. Nazir Əhməd ABŞ-ın Məhəmədə Səidlə bağlı mükafat təklifini bütün müsəlmanlar üçün təhqir sayıb: “Əgər ABŞ Hafiz Məhəmməd Səidin oğurlanması üçün 10 milyon dollar mükafat ayırıbsa, mən Barak Obama və Corc Buş üçün 15 milyon dollar mükafat ayırıram. Bu məbləği toplamaq üçün öz səhmlərimi satmaq da daxil olmaqla, hər şey edəcəm”. / Lent.az /