VƏKİLLƏRƏ TƏZYİQLƏR DAVAM EDİR
Tarix: 10-10-2011, 14:45 | Çap et
ELÇİN SADIQOV BAŞINA GƏTİRİLƏNLƏRİ DANIŞDI
Bu gün RATİ-nin mətbuat mərkəzində vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ona qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.
“Mənə qarşı təzyiqlər son dövrlər vəkillərə qarşı aparılan repressiyaların tərkib hissəsidir”, o qeyd edib.
Vəkilin sözlərinə görə, hazırda Vəkillər Kollegiyası Elçin Sadıqova qarşı intizam icraatı aparır. “İntizam İcraatına əsas kimi Bakı şəhəri Mirzağa Əliyev küçəsi, 10-da yaşayan Bayram Əliyev adlı bir şəxsin məndən şikayəti götürülüb. Həmin şəxsi tanımıram və şəxsiyyəti barədə hər hansı məlumata malik deyiləm. B.Əliyev şikayətində bildirib ki, guya mən xarici səfirlərlə görüşürəm və müxalifətçi deputatlarla əlbir olub külli miqdarda pul əldə etmişəm. 2013-cü ildə prezident seçkilərində jurnalist Eynulla Fətullayevi prezident seçdirəcəm və özüm də Vəkillər Kollegiyasının sədri olacam. Bu şikayət əsasında Vəkillər Kollegiyası mənim fəaliyyətimi araşdırır”, - o bildirib.
Onun sözlərinə görə, Vəkillər Kollegiyası onun fəaliyyəti ilə bağlı sənədlər tələb edib . “Bu isə “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna ziddir. Çünki qanuna görə müştərilərlə və vəkillik fəaliyyəti ilə bağlı məlumat vəkillik sirri sayılır. Mən, Vəkillər Kollegiyasının münasibəti ilə bağlı ölkə prezidentinə, Prezident Administrasiyasının rəhbərinə və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə müraciət etmişəm”, - vəkil vurğulayıb.
Elçin Sadıqov bir qayda olaraq məhkəmələrdə jurnalistləri müdafiə edib. “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili müdafiə edən zaman 2008-ci il aprelin 4-də məni 19 saat 40 dəqiqə Milli Təhlükəsizlik Nazirliyində saxlayıblar. 2010-cu il aprelin 1-də jurnalist Eynulla Fətullayevin işi ilə bağlı MTN-ə çağırılmışam. 2011-ci ilin aprelində guya bir müştərimin telefon zənginə cvab vermədiyimə görə barəmdə intizam araşdırması başlayıb və sonra şikayətçi şikayətindən imtina edib. Bu il sentyabrın 16-dan isə Bayram Əliyev adlı şəxsin şikayəti əsasında barəmdə intizam araşdırmasına başlanıb. Dəfələrlə jurnalistlərin hüquqlarını müdafiə etdiyimə görə xəbərdarlıq edilmişəm”, - o bildirib.
Xatırladaq ki, Azərbaycanda yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər cinayət işlərini müdafiə etmə hüququna malikdir. Vəkillərin vəkillik fəaliyyəti ilə bağlı icazə hüququna malik ikinci təşkilat mövcud deyil. Vəkillər Kollegiyası isə son illərdə jurnalistlərin və müxalifətdə olan siyasi fəalların hüquqlarını müdafiə edən vəkilləri müxtəlif şikayətlər əsasında kollegiyadan xaric edib. Belə ki, son zamanlar bu siyahıya vəkillər Elçin Namazov, Xalid Bağırov, Arzu Alıyeva, Həzi Məmmədov, Akif Məmmədov, Namizəd Səfərov, Lətifə Əliyeva və digərləri daxildir.
Vəkillər Kollegiyasının fəal vəkillərə qarşı hərəkətləri son zamanlar beynəlxalq qurumlar, o cümlədən bir sıra demokratik ölkələr tərəfindən tənqidə məruz qalıb.
Qabaqcıl beynəlxalq praktikada vəkillik institutu müstəqil fəaliyyət aparır. Hətta alternativ istintaq hüququna malikdir və məhkəmələr bu istintaqı tanıyır.
Vəkillik lisenziyasını isə ictimai təşkilatlar deyil, ədliyyə qurumları verir. Məsələn, Amerikada hər ştatın ədliyyə sistemi onun qanunvericiliyini dərindən bilən hüquqşünaslara imtahan əsasında vəkillik lisenziyası verir. Azərbaycanda isə mütərəqqi praktika hələ ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı test imtahanlarıdır. Çünki artıq hökumət institutları da bu komissiya vasitəsi ilə apardıqları testlərdən müvəffəqiyyət qazanmış kadrlara üstünlük verir.
• Hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 738 nəfərdir. Bakı şəhərində Vəkillər Kollegiyasının 25 qurumu, rayonlarda isə 16 vəkil qurumu fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2011-ci il iyunun 26-da keçirilən yazılı test imtahanında sənəd vermiş 605 nəfərdən 531 nəfəri iştirak edib. Bunlardan 177 nəfəri ixtisas imtahanının 1-ci mərhələsini keçib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|