MÜĞƏNNİNİN TOYUNDA ULDUZ QITLIĞI
Tarix: 17-04-2012, 12:38 |
Çap et
TƏZƏ BƏY ÖZ TOYUNU ÖZÜ QIZIŞDIRIB
Üç il nişanlı olan sənətçi toyunu özü qızışdırdı.
Milli.Az xəbər verir ki, ötən gün müğənni Elxan Qaraxanoğlu subaylığa əlvida deyərək, sevdiyi xanımla rəsmi nikaha daxil olub. Səbinə adlı xanımla 3 il nişanlı olan müğənninin toyu çox şən keçsə də, restoranda olan əməkdaşımız çəkiliş apardığı müddət ərzində gənc müğənni Elvin Abbasov və müxtəlif mahnı müsabəqələrindən çıxmış bir-iki xanım iştirakçıdan başqa, hansısa ulduzla rastlaşmayıb.
Məclisi “Abşeron” qrupunun müşayiəti ilə Elxanın yaxın dostu Rəfiqə adlı aparıcı-müğənni idarə edib. İrəliləyən dəqiqələrdə toyunu ən çox özü qızışdıran sənətçinin özəl günündən hazırladığımız fotosessiyamızla xəbəri yeniləyəcəyik.