ZİYAD SƏMƏDZADƏ FAZİL MƏMMƏDOVA İLİŞDİ
Tarix: 18-04-2012, 11:57 |
Çap et
“VERGİ RÜSUMLARI AŞAĞI SALINMALIDIR”
Azərbaycanda vergi rüsumları aşağı salınmalıdır.
SalamNews-un məlumatına görə, bunu Bakıda keçirilən Amerika Ticarət Palatasının (AmCHam) təşkilatçılığı ilə "Azərbaycanda vergitutma: yeni vergi mədəniyyəti naminə" mövzusunda 2-ci vergi konfransında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Azərbaycanda Vergilər Nazirliyinın həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkənin vergi sistemi dünyanın öncül yerlərindən birini tutur. Amma buna baxmayaraq, Azərbaycanda vergi yükünün aşağı salınması üzərində işlənilməli və Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilməlidir.