DOSTLARI XALQ ARTİSTİNDƏN NİYƏ İNCİK DÜŞÜB?
Tarix: 20-04-2012, 12:38 |
Çap et
FAİQ AĞAYEV TOYUNDAN DANIŞDI
Milli.Az xəbər verir ki, sabah Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Faiq Ağayevin toyu olacağı barədə iddialar yayılıb.
Facebook sosial şəbəkəsində bu xəbər geniş müzakirə mövzusu da olub. Şayiələrdə vurğulanırdı ki, müğənni Bakıdakı dəbdəbəli otellərin birində sevdiyi xanımla rəsmi nikaha girəcək.
F.Ağayev bu iddialarla bağlı Milli.Az əməkdaşı ilə söhbətində dedi: “Hər şey reper dostum Elşad Xosenin maqazin verilişlərindən birinə verdiyi müsahibədən sonra başladı. “Yaxın günlər ərzində kimin toyunda iştirak etmək istərdiniz?” sorğusunda adımı çəkən Elşad, etdiyi zarafatı fərqinə belə varmadan ictimailəşdirdi. Bu yerdə atalarımızın bir misalı lap yerinə düşür: “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur”.
Amma adımın hallandığı situasiyada nə qız evində toy var, nə də oğlan evinin bundan xəbəri var. İnşallah, Allah-Təala nəsib edərsə, evlənəcəyəm. Amma bu əlamətdar hadisənin tezliklə baş verəcəyini deyə bilmərəm. Fürsətdən yararlanıb toyuma dəvətnamə payladığımı zənn edib məndən incik düşən dostlarıma demək istəyirəm ki, əzizlərim, xoş günüm olduğu zaman hamınız dəvətlilər arasında olacaqsınız”.