HƏRBÇİLƏRİN HƏBSİ DAVAM EDİR
Tarix: 11-10-2011, 13:39 |
Çap et
MİRNAZİR MUXTAROV DA RÜŞVƏTƏ GÖRƏ HƏBS OLUNUB
Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Sumqayıt şəhər Hərbi Komissarlığının həkimi Mirnazir Muxtarov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir.
Respublika Hərbi Prokurorluğu tərəfindən Sumqayıt şəhər Hərbi Komissarlığında aparılan yoxlamaların nəticəsi olaraq komissarlıqda ciddi korrupsiya faktları aşkar edilib. M. Muxtarov həmin faktlara əlaqədar saxlanılıb. Onun barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu ilin may ayında Sumqayıtın sabiq hərbi komissarı, polkovnik Samir Məmmədov da korrupsiya faktı ilə əlaqədar tutulub. Ümumilikdə isə bu il respublikada 20-dən çox komissarlıq işçisi korrupsiya və rüşvət faktına görə cinayət məsuliyyətinə cəlb edilib.