Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

ELMAR VƏLİYEV GƏNCƏNİ AĞLAR GÜNƏ QOYUB
Tarix: 25-04-2012, 15:09 | Çap et
ELMAR VƏLİYEV GƏNCƏNİ AĞLAR GÜNƏ QOYUB

İCRA BAŞÇISININ VURDUĞU MİLYONLARLA ZİYAN

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev redaksiyamıza başına gətirilən oyundan, İcra Hakimiyyətlətinin laqeydsizliyindən, Polis İdarələrinin öz vəzifələrini yerinə yetirməməsindən, dövlət və şəxsi vəsait hesabına salınan meşə zolağının başına gətirilən oyunlara göz yumulmasından fəryad edən şikayət məktubu ünvanlayıb.
Məktubu oxusanız, təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün əkilmiş 30 min ağac, 1200 kq palıd qozası göz görə-görə necə məhv edilir.

“Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşmış 514 məcburi köçkün ailələrindən Kəlbəcər rayonundan olan bir qrupunun son zamanlar qəsəbə ətrafında yerləşən meşə fondu torpaqlarına daha da aqressiv münasibət bəsləmələri müşahidə edilirdi. Xatırladırıq ki, bəzi məcburi köçkün ailələri tərəfindən xarabalığa çevrilmiş meşə ərazilərində meşə bərpa işlərinin həyata keçirilməsi üçün 8 aydan artıqdır ki, davamlı olaraq işlər görülürdü. Ərazinin 4 tərəfi çəpərlənərək əraziyə 30.000 ağac əkilmiş və 1200 kq palıd qozası səpilmişdir.

Nədənsə qeyd olunan əməliyyatlar 8 ay dövründə həyata keçirilərkən buna heç kəs tərəfindən heç bir etiraz edilməmişdir. Əksinə olaraq indi barələrində qeyd edəcəyimiz şəxslərin bəziləri bu işlərə könüllü olaraq yardım etmişdirlər. Lakin Qaçqınkomun fəaliyyətsizliyinin nəticəsində xarabalıqlara çevrilmiş ərazilərdə “dövlət maraqlarına vurulmuş zərərin əvəzinin ödənilməsi” başlıqlı iddia ərizəsi ilə Qaçqınkomu məhkəməyə verdikdən dərhal sonra, yəni, məhkəmə prosesi başlandıqdan sonra (27 mart 2012-ci il) mənim də iştirakım ilə 8 ay ərzində görülən işlərə, həmin ailələr tərəfindən təlimata uyğun aqressiv münasibətlərin göstərilməsi müşahidə olunmağa başladı. Hətdda onlar aşkar şəkildə hədələyici hərəkətlərdən çəkinməməklə, çəkilən zəhmətin faydasız olacağını diqqətimizə çatdırırdılar.

Qeyd etydiklərimiz narahatçılıq doğurduğundan rəsmi olaraq Gəncə, Kəlbəcər və Göygöl rayon (şəh.) İcra Hakimiyyətlərinin başçılarına, həmçinin adları sıralanan şəhər və rayonların Polis Şöbələrinin rəislərinə bu haqda rəsmi məktublarla müraciət edərək gözlənilən dağıntının qarşısının alınmasını və hədələmə əməliyyatının başında duranlardan birinin adını qeyd etməklə, baş verə biləcək qanunsuz hərəkətlərin önlənməsini xahiş etmişdik.

Lakin, məktublarımız ünvanlarına daxil olduqdan dərhal sonra, yəni, ertəsi günü ehtiyyatlandığımız insident baş vermiş, yəni çəpərlərimiz məsuliyyətsizcəsinə dağıdılaraq, ərazidə əkilmiş ağaclar köklərindən çıxarılmış, mal qaralar əraziyə buraxılmaqla, yeni cücərmiş palıd qozaları mal-qaraya yem edilmişdir.
Bundan sonra həmin şəxsləri qanunsuz hərəkətlərdən çəkindirmək üçün Kəlbəcər rayon İH başçısı ilə, həmçinin həmin rayonun Polis Şöbəsinin rəisi və onun müavinləri ilə görüşərək məsələnin nizama salınması onlardan xahiş edilmişdir. Hər dəfə istər İH-nin başçısı istərsə də Polis nəfərləri qanunsuzluqlar törətmiş şəxsləri sözdə qınayaraq, məsələni qaydaya qoyacaqlarını bizə bildirirdilər. Lakin hadisələrin sonunda bəlli oldu ki, bütün bunlar sadəcə olaraq sözmüş.

Buna baxmayaraq, problemin həllinə dair olan marağımız bizi həmin ailələrlə 6 dəfə görüş keçirməyə, istəklərini öyrənilməyə və irəli sürdükləri tələblərin yerinə yetirilməsi üçün hər dəfə tərəfimizdən kompromis variantlar təklif etməyə sövq etmişdir. Qeyd olunan görüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı ilə, həmçinin, Kəlbəcər rayon İcra Hakimiyyətinin eləcə də, Göygöl və Kəlbəcər rayon Polis şöbələrinin əməkdaşlarının iştirakı keçirilmişdir.

Lakin hər dəfə həmin şəxslər kompromis variantlı təkliflərimizlə razılaşsalar da, ertəsi günü razılaşmaları özləri dərhal pozaraq, yeni tələblər irəli sürməklə, sonuncu dəfəki tələbləri siyasiləşdirilərək qəbuledilməz şərt irəli sürərək, təmami ilə başqa istiqamətə yönəlmiş və elə bir format almışdır ki, bu tələbin yerinə yetirilməsi mümkünsüz olmuşdur. Yəni bu tələb olduqca böyük həcmdə xərclənmiş dövlət və şəxsi vəsaitin suya axıdılması, onlarla insanların 8 ay ərzində çəkldikləri zəhmətin yerə vurulması demək idi. Buna baxmayaraq, görüşdə iştirak edən Kəlbəcər rayon İH və rayon polis şöbəsinin vəzifəli şəxslərinin xahişləri nəzərə alınaraq tərəfimizdən sonuncu tələbə uyğun addım da atılmışdır.

Sonuncu razılaşmanın nəticəsi olaraq 35 nəfərdən ibarət olan şəxslərin iştirakı ilə yenidən yerində qalmış çəpər hissələri sökülərək yeni sərhəddə köçürülmüşdür. Bu işə yenidən olduqca böyük əmək sərf edilmiş və əlavə vəsait xərclənmişdir. Ən maraqlısı isə budur ki, növbəti çəpərləmə əməliyyatı həmin ailələrin gözləri önündə həyata keçirilmişdir və onlar tərəfindən işin icrasına dair heç bir narazılıq ifadə olunmamışdır.

Lakin yeni çəpərləmə əməliyyatı başa çatdırıldıqdan sonra, ertəsi günü Kəlbəcər rayon Polis şöbəsinin rəis müavininin və Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının 2 nəfər vəzifəli şəxslərinin gözləri qarşısında çəpərlər yenidən feodal üsul-idarəsinə uygun olaraq dağıdılmış meşə bərpa işlərində iştirak edənlərin ünvanları təhqir və ölüm hədələri ilə dolu sözlərlərlə bəzədilmiş bir nəfərə fiziki zor göstərilmiş, kişilərinin seyriçiliyi ilə qadınları çoxlarımızın eşitmədiyimiz söyüş, böhtan, şantaj ifadələrini geninə-boluna istifadə etmişlər. Bu hərəkətlərin yenidən qarşısının alınması istiqamətində yenidən 6 nəfərdən ibarət Kəlbəcər rayon Polis əməkdaşlarının iştirakı ilə həmin məcburi köçkün ailələrinin yanına getsək də, bu dəfə nümayişkar şəkildə, şəxsimizə düşmən münasibəti bəslənilməklə, şərəf və ləyaqətimiz aşağılanaraq, şəxsimizi, şantaja, təhqirə, böhtana məruz qoydular, mənə bədən xəsarəti yetirmək üçün ölüm hədələri ilə üstümə gəldilər və sonuncu xəbərdarlıq edərək “sən bir də buralara yaxın gəlsən səni qanlayacağıq” ifadələrini işlətdilər.

Ən maraqlısı isə odur ki, bu işlərin baş verməməsində məsul olan qurumlar, o cümlədən Göygöl rayon və Gəncə şəhəri icra hakimiyyətləri başçıları, xəbərdaredici məktublarımızı öncə almalarına baxmayaraq, tamami ilə heç nə olmamış kimi seyrçi mövqe seçmişlər, Kəlbəcər rayon İH-nin və Polis şöbəsinin hərəkətləri isə təsiredici gücə malik olmamaqla, əksinə, qızışdırıcı xarakterə malik olmuşdur. Halbu ki, görüşümüz zamanı hər şeyi qaydaya salacaqları barədə bizi inandırmışlar. Lakin proseslərin gedişatında onlar görünəcək və hiss olunan səviyyədə qanunların deyil, qanunları pozan şəxslərin tərəfini saxlamışlar.

Anlamaq olmur ki, əməlləri ilə hər addımında toplum maraqlarımızı ayaq altına alan, dövlət maraqlarına külli miqdarda zərər yetirən, mühafizə işlərinə məsul olan qurumun əməkdaşlarını təhqir edən, böhtana məruz qoyan, şantaj edən, fiziki zor tətbiq edən bir dəstə hansı səbəblərdən cəzasız qalırlar.

Maraqlısı budur ki, 18.04.2012-ci il tarixdə növbəti məhkəmə prosesində iştirak edən Qaçqınkomun nümayəndələri bütün bu qeyd edilənlər barəsində tərəfimizdən məlumatlandırılaraq bu işlərin təxribat olduğu qənaətimizi onların diqqətlərinə çatdırmaqla belə qanunazidd işlərə son qoyulması üçün təsirli tədbirlər görülməsini onlardan xahiş etsək də, cavabımız sükut oldu.

El arasında susmağın iki mənasını qeyd edirlər.

Birincisi, susmaq ifadə edilənə razılıq əlaməti kimi qəbul olunur;

İkincisi susmaq rəhbərə hörmət əlaməti kimi qiymətləndirilir.

Mən, Aslan Vəliyev Qaçqınkomun məhkəmə prosesində iştirak edən nümayəndələrinin rəhbəri olmadığımdan, məntiqim diqtə edir ki, yuxarıda barəsində bəhs etdiyim qeyri insani hərəkətlərə dəstək verən və yönəldicisi məhz hörmətli Qaçqınkomun mənə məlum olmayan əməkdaşlarıdırlar.
Bu isə özlüyündə çoxsaylı suallar doğurmaya bilmir!

Söz var, zalıma rəhm etmək, məzluma zülm etmək deməkdir.

Səkkiz ay ərzində davamlı olaraq həmin ərazidə qarda-boranda zəhmət çəkənlərin zəhmətlərinin sonunun belə nəticələnməsi və xeyli miqdarda xərclənmiş dövlət və şəxsi vəsaitin aqibətinin belə sonluqla yekunlaşması, sanıram ki, zalıma rəhm olunması deməkdir.
Söz var ki, xəyanət yöxsulluq gətirər!

Sanıram ki, barəsində bəhs etdiyim hadisənin təfərrüatları özlüyündə diqtə edir ki, həmin insanlar, istər sövq olunmanın nəticəsində, istərsə də, öz bəsit maraqları naminə dövlət maraqlarına xəyanət etmişlər!

Söz var ki, nadanlıqdan pis yoldaş yoxdur!

Sanıram ki, hadisənin təfərrüatları başdan-başa nadanlıq nümunəsidir.

Bütün hallarda doğrusunu ALLAH bilər.

Hər halda, mən, Aslan Vəliyev bütün Azərbaycan dünyasına bəyan edirəm!

Barəsində nəql etdiyim hadisənin törədənlərin şəxsiyyətləri bəllidir və onların qanunvericiliklə cəzalandırılması xahişini özündə ehtifa edən rəsmi məktubumuz aidiyyatı üzrə məsul olan qurumların poçtlarına çoxdan daxil olmuşdur.
Odur ki, ən qısa zaman çərçivəsində dövlət və toplum maraqlarımıza meydan oxuyan bir qrup şəxslər, bu işin baş verməməsinə məsul olan qurumlar tərəfindən cəzalandırılmasalar, vəzifəli şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində Vətənə, Dövlətə, Milli dəyərlərimizə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciətim və beynəlxalq qurumların bu işlə bağlı məlumatlandırılması qaçılmaz olacaqdır.


Aslan Vəliyev”

P.S. Obyektivlik naminə məqalədə adı çəkilən qurumların da mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru