MÜXALİFƏT KOMİSSİYA YARATDI
Tarix: 30-04-2012, 13:04 |
Çap et
İQTİDARLA YER MƏSƏLƏSİNİ DANIŞMAQ ÜÇÜN
Bu gün gün saat 12-də Müsavat Partiyasının qərargahında İctimai Palata rəhbrliyinin mətbuat konfransı olub.
Mətbuat konfransında iştirak edən əməkdaşımız Etibar Seyidağanın verdiyi məlumata görə, mətbuat konfransında Rafiq Manaflı giriş sözü ilə açıb, daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib.
Müsavat başqanı bildirib ki, 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün İP üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb.
Bundan başqa, İsa Qəmbər deyib ki, bu günlərdə İP-in Koordinasiya Şurasının rəhbərliyi ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşəcək, onunla 6 may mitinqinə normal yer ayrılması barədə müzakirə aparacaq. Daha sonra K.Tarqay hakimiyyət nümayəndələri ilə görüşüb bu məsələni həlli üçün danışıqlara gedəcək.