[b
]VAŞİNQTON TEHRANI TERRORÇU ELAN ETDİABŞ Dövlət Departamenti İran hökumətini terrorçu fəaliyyətdə ittiham edən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən üstü açılan Səudiyyə Ərəbistanının səfiri Adil əl Cübeyrənin qətlə yetirilməsi planı İran hökumətinin əsas diqqəti terrorçu fəaliyyət üzərində cəmləşdirdiyini göstərir.
ABŞ-ın baş prokuroru Erik Xolder sui-qəsd planının üstünün açıldığını təsdiqləyib. O bildirib ki, sui-qəsd planı İran hökuməti daxilindəki qruplaşmalardan biri tərəfindən planlaşdırılıb: “ABŞ öz ərazisində terror aktlarının planlaşdırılmasını cavabsız qoymayacaq”. Bununla belə baş prokuror sui-qəsd planının detallarını açıqlamayıb.
Qeyd edək ki, Nyu-York federal məhkəməsi İsrail və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliklərində terror aktı törətmək və Səudiyyə səfirini öldürməyə hazırlaşmaqla bağlı iki İran vətəndaşına ittiham irəli sürüb. Saxlanan şəxslərdən biri İran əsilli Azərbaycan vətəndaşıdır.
İranın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Xəzai baş katib Pan Gi Muna göndərdiyi məktubda baş prokuror Erik Xolderin ittihamlarını rədd edib və ABŞ-ı Fars Körfəzində stabilliyi pozmaq niyyəti daşımaqda günahlandırıb.[/b]