SOVET TAKSİSİNƏ TƏKCƏ NAZİR NİFRƏT ETMİRMİŞ
Tarix: 4-05-2012, 13:09 |
Çap et
TAKSİYƏ ARZUOLUNMAZ SÜRÜCÜ
Bakının Səbail rayonunda taksi sürücüsünə qarşı cinayət törədilib.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, naməlum şəxs Bakı sakini Nazim Camalovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşına sərnişin qismində oturaraq Bayıl qəsəbəsinə gedəcəyini bildirib.
Yolda həmin şəxs Nazim Camalovu bıçaqla hədələyərək ondan pul alıb, sonra maşından düşüb qaçmaq istəyib. Çevik Polis Alayının əməkdaşları onu elə həmin an qandallayıblar. Həmin şəxsin Sumqayıt sakini Xanlar Həsənov olduğu müəyyən edilib.