«VAŞİNQTON ƏLİNDƏN GƏLƏNİ EDƏCƏK Kİ...»
Tarix: 15-09-2011, 15:44 |
Çap et
PAKİSTAN DÖYÜŞÇÜLƏRİNİN HƏMLƏLƏRİNDƏN QORUSUN
ABŞ-ın müdafiə naziri Leon Panetta elan edib ki, Vaşinqton əlindən gələni edəcək ki, Əfqanıstanda olan amerikan hərbçilərini Pakistan döyüşçülərinin həmlələrindən qorusun.
Bu bəyanat döyüşçülərin iki gün öncə Kabildə ABŞ səfirliyi və NATO qərargahının binalarına hücumundan sonraya təsadüf edir.
Döyüşçülərə qarşı 20 saat davam edən hərbi əməliyyatlarda 16 nəfər ölüb.
ABŞ-ın Əfqanıstandakı səfiri Ryan Crocker hücuma görə məsuliyyəti Pakistanın Hakkani ekstremist qrupunun üzərinə qoyub. Bu qrupun Əl-Qaidə və Talibanla əlaqəli olduğu deyilir.
Amerika hökuməti ehtimal edir ki, sentyabrın 10-da Əfqanıstanın Vardak əyalətindəki NATO hərbi postunda partlayış törədən də bu qruppadır. Bu partlayış nəticəsində 4 nəfər ölmüşdü, 77-si amerikalı hərbçi olmaqla 100-ə yaxını yaralanmışdı.