Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

RZA İBADOV BAKIYA HƏDƏ YOLLADI
Tarix: 11-05-2012, 18:05 | Çap et
RZA İBADOV BAKIYA HƏDƏ YOLLADI

“ELƏ ŞEYLƏR DEYƏRƏM Kİ, BOMBA KİMİ PARTLAYAR”

Sabiq deputat: "Məni heç bir vaxt İlham Əliyevə qarşı qoya bilməyəcəklər..."

Modern.az saytının bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin eks-deputat Rza İbadovun axrtarışını davam etdirməsi barədə yaydığı məlumar böyük rezonans yaradaraq, ciddi siyasi təhlillərə yol açdı. Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Hazırda Londonda yaşayan eks-deputat Rza İbadov məsələ ilə bağlı Modern.az–a eksklüziv müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.

- Rza müəllim, Bakı şəhər Baş Polis İdarəsi sizin adınızı Nəsimi rayonu üzrə axtarışda olan cinayətkarların siyahısında yerləşdirib. Sizin barənizdə hüquq pozuntularında iştirakla əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırmağa görə axtarış elan edilib. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənim şəklimi ora qoyan adamlar cahil və nadan adamlardır. Onlar başa düşməlidirlər ki, bu günkü prezidentin ən yaxın dostu və onun yanında olan insanlardan biri olmuşam. İllərlə rəhmətliik Heydər Əliyevin hakimiyyətə gəlməsində rol oynayan bir nömrəli insanlardan biri olmuşam. 1990-cı ildə Moskvada, Azərbaycanın Daimi Nümayəndəliyində 20 yanvarla bağlı mətbuat konfransında bir sıra adamlar Heydər Əliyevə qarşı çıxış edəndə, onu müdafiə edən mən olmuşam. Həmişə Heydər Əliyev ailəsinin yanında olmuşam. İndi burda məqsəd nədir?

Məqsəd budur ki, müəyyən qüvvələr istəyirlər ki, məni danışdırsınlar. Mən Londondayam. BBC-yə, başqa qəzetlərə çıxş imkanlarım var. Vadar etmək istəyirlər ki, çıxım prezident İlham Əliyevin, bu günkü hakimiyyətin əleyhinə tənqidi fikirlər söyləyim. Belə şey ömründə ola bilməz. Mən 23 il əvvəl necə Heydər Əliyevçi olmuşamsa, bu gün də qalıram. Bu gün Heydər Əliyevçi olmaq çox asan, su içmək kimi bir şeydir. İstərdim ki, ən ağır vaxtlarda, Heydər Əliyevin qapısını heç kim açmayanda, o adamlar gedib onun yanında duraydı. Mərhum Heydər Əliyevin qayıtmasında, Nehrəm kəndindən deputat seçilməsində mən mühüm rol oynamışam. İndi dünyanın işinə baxın.

1992-ci ildə mən Heydər Əliyev ailəsinin Bakıya qayıtması üçün pasport düzəltdirmişəm. İndi mənə Azərbaycanda pasport vermirlər. Azərbaycan pasportum yoxdur. Ona görə mən Azərbayacana gələ bilmirəm. Nə həbsxanadan, nə də kimdənsə qorxuram. Mən ölümdən qorxan adam deyiləm. Azərbaycanda kim məni həbs edə bilər?
Mənə heç kim yaxın belə, düşə bilməz. İkincisi, mən İngiltərənin tam himayəsi altındayam. İndi ingilis pasporu almaq üçün sənədlərimi təqdim eləmişəm. Pasportu almalıyam. Alan kimi gələcəyəm Bakıya.
Sizə bir şey deyim. Mənim əqidəmi, mövqeyimi heç kim və heç nə dəyişə bilməz. O insanlar var ki, bu gün İlham Əliyevə, mərhum Heydər Əliyevə şeir deyirlər, Allah eləmsin bir şey olsa, onlar siçovul qaçan kimi o “gəmidən” qaçacaqlar. Əgər qaçmasalar, məndən nadan adam yoxdur. Dünyanın işini bilmək olmaz. 90-cı ildə mərhum Heydər Əliyev mənə Moskvada dedi ki, “Rza, bala, sən bilmirsən, bu dünyanın quyruğu çox uzundur...”.

Bəli, dünyanın quyruğu çox uzundur. Heç kim qarantiya verə bilməz. Odur ki, kimsə narahat olmasın və çalışmasnlar: məni heç bir vaxt İlham Əliyevə qarşı qoya bilməzlər. Siyasətlə məşğul olmuram. Qarışmaq da istəmirəm. Ona görə də bu adamlara demək istəyirəm ki, “oturun yerinizdə, o şəkli də çıxarın, ayıbdır”.
Bu prezidentə qarşı provokasiyadır. Mən Heydər Əliyevin ən yaxın adamı olmuşam. Göstərin mənə bir adamı ki, getsin Moskva Beynəlxalq Əlaqələr İnstitutuna və o zaman orada müəllim işləyən hörmətli prezident İlham Əliyevlə danışsın? Heydər Əliyev o zaman klinikada yatırdı. Heydər bəyi, Moskvadan Bakıya ordan da Naxçıvana gətirmək məsələsini mən prezident İlham Əliyevlə Moskva Beynəlxalq Əlaqələr İnstitutunda müzakirə eləmişəm. Cənab prezidentə bunu o zaman mən təklif eləmişəm.

Sizə bir fakt deyim. Bir-iki il əvvəl dünyanın ən böyük nəşriyyatlarından biri mənə müraciət elədi. Dedilər ki, Heydər Əliyev və İlham Əliyevlə bağlı bir kitab yaz. Yüksək qonarar da təkliif etdilər. Çox yüksək qonarar. Dedilər ki, bütün bildiklərimi, gördüklərimi, eşitdiklərimi yazmalıyam. Mən imtina etdim. Ömrü böyu belə şeylərə getmərəm. Milyon da versələr. Mən o insanlara olan münasibətimi heç nəyə satmaram. Mənim burda qəzetlərdə çıxış eləmək, danışmaq imkanlarım var. Amma ömrü boyu bunu etmərəm. Qoy o adamlar otursunlar yerlərində...

- Sizə qarşı axtarış kampaniyasının səbəbi nədir? Bu barədə sizin hər hansı qənaətiniz varmı?

- Mən açıq deyirəm: əgər sabah prezident mənə nazir vəzifəsi təklif etsə, təşəkkür edib imtina edərəm. Həyatı boyu mən orda nazir işləmərəm. Mən azad və xoşbəxt bir insanam. Öz həyatımı yaşayıram. Ona görə bu adamları başa düşə bilmirəm. Qısqanırlar... Bilirsiniz, o zaman da belə qısqanclıq oldu. Mənim İlham Əliyevlə olan isti münasibətlərim bir neçə adamı ciddi şəkildə qıcıqlandırırdı. Çünki mən səmimi adam idim. Sözümü səmimi deyirdim. Reallıq necə idisə elə... Hamı gedib “ləbbeyk” deyəndə mən ölkədə real vəziyyəti demişəm. Ölkədə vəziyyət belədir, insanların vəziyyəti budur. Mən heç vaxt tərif deməmişəm. Mərd-mərdanə kişi kimi...
3-5 adam gəlib deyirdi ölkədə vəziyyət əladır. Düzdür, bu gün Azərbaycanda inkişaf gedir, sağ olsun prezident bu işi yüksək səviyyədə həyata keçirir. Amma ölkədə yenə bütün insanlar razı deyil ki? Müəyyən kəsim var. Gördünüz ki, keçmiş səfir Brayza da, digərləri də yazır ki, ölkənin iqtisadiyyatı beş-altı adamın əlindədir. Yəni bunun qarşısını almaq lazımdır. Bu işləri görmək lazımdır. Mən danışmaq istəmirəm. Nə hakimiyyətdə vəzifə tutmaq, nə də deputat olmaq niyyətim var. Bunların heç birində gözüm yoxdur. İki aydan sonra ingilis pasportu alıb Bakıya gələcəyəm. Azərbaycan mənim vətənimdir. Mən dövlətim də, prezidentim də, xalqım üçün də can-başla ölümə getməyə hazıram. Qoy o insanlar elə bilməsinlər ki, belə addımlarla məni təbdən çıxara bilər, yaxud qorxuda bilərlər.

- Bu məsələdə əsas arqumentlərdən biri sizin 2005-ci ildə parlament seçkilərində namizəd olduğunuz zaman ARDNŞ prezidenti Rövnəq Abdullayevlə olan münaqişəniz gətirilir. Bu iddialarla razısınızmı?

- Mən seçkidən sonra Rövnəq Abdullayevlə görüşdüm. Rövnəqi uşaqlıqdan tanıyıram. Danışdım onunla. Dedim ki, “Rövnəq olan olub, keçən keçib”.
Sizə maraqlı bir məlumatı da deyim: İlham Əliyev ARDNŞ-nin vitse-prezidenti olanda Rövnəqin “SV”-ni ona ilk dəfə mən təqdim etmişəm. Rövnəq kim idi ki? Yəni Rövnəqin bu mərtəbəyə gəlməsində, İlham Əliyevin onu tanımasında mənim azdan-çoxdan rolum olub. Rövnəq Londona tez-tez gəlir. İstəsəm onunla burda görşüşə də bilərəm. Sadəcə, narahat eləmək istəmirəm. Onun da nəsə bir fikri yoxdur. Rövnəq lap məni tutdursun, 3 il, 5 il iş verəcəklər də... Amma axı mən neyləmişəm? Seçki kampanyası dövründə Rövnəq mənə deyib, mən də ona demişəm. Olub, qurtarıb gedib. 7-8 il bundan qabaq olan bir məsələdir. Sadəcə mənim şəklimi hələ də polisdə saxlayan adamlar nadan, cahil adamlarıdr. Yəqin bu müsahibədən sonra şəkli oradan çıxaracaqlar. Ayıb olsun. Mən deputat olmuşam. Heydər Əliyevin ən yaxın adamlarından olmuşam. Bu gün ortada olanlar isə hamısı qaçıb gizlənən adamlar olub. Bunu Ramil Usubov da gözəl bilir.

1992-ci ildə Heydər Əliyev məni ona pasport düzəltmək üçün Bakıya göndərdi. Ramil Usubov Pasport-qeydiyyat İdarəsinin rəisi idi. Çox gözəl qarşıladı məni. Hətta o pasport üçün lazım olan pulu belə qəbul eləmədi. Dedi. “nə danışırsınız, nə pul. Bu Heydər Əliyevin pasportudur”.

Qayıtdım bütün bunları Heydər Əliyevə danışdım. Ramil Usubov artıq təqaüdə göndərilirdi. Onu “OVİR”-dən də işdən çıxarmışdılar. Sadəcə Heydər Əliyev mənimlə söhbəti zamanı onun adı yadına düşdü. Məndən soruşdu onu. Xatırlatdım ki, “bəli cənab prezident, mən Sevil Əliyevaya pasport düzətdirmək üçün yanına getmişdim. Usubov o şəxsdir”. Dedi, “hə, yadıma düşdü”. Ramil Usubovu göndərdi Naxçıvana daxili işlər naziri... Sonra Bakıya gətirdi. Usubov bunu gözəl bilir. Gərək belə şeylərə imkan verməsin. Bunlar bəlkə cahil adamlardır. Ramil Usubov axı gözəl bilir hər şeyi. Odur ki, mənə hər hansı bir qarmaq atmasınlar. Oturmuşam, oturduğum yerimdə. Yoxsa elə şeylər danışaram ki, onlar bir gün də otura bilməzlər yerlərində. Mənim bildiklərimi Azərbaycanda çox az adam bilir. Məni burda Londonda dindirməsinlər. Bax orda özlərini böyük adam kimi hiss edənlər haqqında elə şeylər deyərəm ki, bomba kimi partalayar. Bir də millətin içinə çıxa bilməzələr..

- Bakıdakı əleyhdarlarınız barədə məlumatınız varmı? Sizcə, vaxtaşırı belə kampaniyanı kim təşkil edir?

- Bilmirəm vallah. Bilsəm zəng vurub deyərəm ki, ayıb olsun sənə, utan! Bilmirəm ki... Mən səmimi deyirəm. Belə şeylər məni bir qram narahat eləmir. Mən həyatımda hər şeyə qane olmuş adamam. Ona görə belə məsələlər mənə bir qram da təsir eləmir. Otursunlar yerlərində...

- Sizin axtarışda olmağınıza dair lövhədə olan şəkillə bağlı sözünüz varmı?

- Şəklimi ordan çıxarsınlar. Rəsmi sürətdə bəyan edirəm ki, mən bir aydan sonra İngiltərə vətəndaşı olacağam. Bundan sonra Azərbaycanda nə bir vəzifə tuta billəcəyəm, nə də deputat ola bilərəm. Mənim heç bir siyasi iddiam yoxdur. İlham Əliyevə olan münasibətimdə bir millimetr dəyişiklik yoxdur. Prezident özü də bunu bilir. Prezidentin mənimlə görüşdüyü qədər az-az adamla sıx təmasları olub.

- Londonda hazırda nə ilə məşğulsunuz?

- Mən burda əmlak məsələləri ilə bağlı biznes sahəsindəyəm. Hərdən futbolçu transferləri ilə bağlı işlərlə də məşğul oluram. Əslində futbolçu transferləri mənim üçün bir hobbidir.

- Azərbaycanla əlaqələriniz varmı?

- Dostlarımla, qohumlarla əlaqəm var. Pasportu alan kimi gələcəyəm Azərbaycana.. Heç kim də narahat olmasın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru