Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                 

“Bu gün ölkədə dövlət başçısının ən təbii müttəfiqləri Azərbaycan xalqıdır və Azərbaycanın demokratik müxalifətidir” - Sülhəddin Əkbər
Tarix: 25-02-2016, 08:47 | Çap et
“Bu gün ölkədə dövlət başçısının ən təbii müttəfiqləri Azərbaycan xalqıdır və Azərbaycanın demokratik müxalifətidir”
O, Azərbaycan müxalifətinin ən məlumatlı simalarından biridir. Akademik danışıq tərzini, təhlil etməyi çox sevir. Hadisələrə baxış rakursu olduqca maraqlıdır. Öz üzərində işləyən, beynəlxalq xəbərləri, geopolitikanı ardıcıl izləyən siyasi ekspertlərdən sayılır. Maraqlı proqnozları, cəsur təklifləri olur. “MTN işi”ndə ilk gündən təklif etdi ki, bu nazirlik ləğv olunmalı, yerində iki təsisat yaradılmalıdır. Baxmayaraq ki, özü bir zamanlar MTN-in rəhbərlərindən olub...

Beləliklə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”ın qonağı olub. Sülhəddin Əkbər Azərbaycanda və regionda cərəyan edən proseslər və digər aktual mövzularla bağlı çoxsaylı suallarımızı cavablandırıb. İlk sualımız Sülhəddin Əkbərin də təmsil olunduğu müxalifət düşərgəsində son günlər müşahidə olunan hərəkətlənmə ilə bağlı oldu. Lakin ona sistemli danışmaq imkanı vermədik. Çünki bizə dialoq lazım idi - analitik üslub hazırda oxucu üçün o qədər də çəkiçi deyil...

S. Əkbərlə müsahibənin 1-ci hissəsini təqdim edirik:

- Sülhəddin bəy, bir sıra müxalifət təşkilatlarının yaratdığı böhran koalisiyasının toplantısı oldu. Sizi də orada ön cərgələrdə gördük. Bizim özümüzü də təəccübləndirən bir aktivlik var idi orada. Bu prosesin bir perspektivli gələcəyini görürsünüzmü? Biz bilən siz böhran koalisiyasının üzvü deyilsiniz. Sizin o tədbirdə iştirakınız oraya qoşulacağınız anlamına gəlirmi? Hər hansı bir təşəbbüsün, birliyin müxalif düşərgəni dirçəldə biləcəyi haqqında fikirləriniz varmı? Ümumiyyətlə, bu düşərgə ilə bağlı fikirlərini bilmək çox maraqlı olardı.

- Mənim qiymətləndirməmə görə, Azərbaycan özü bütövlükdə sistem böhranına girib.

Bunun içərisində müxalifət də var. Azərbaycan müxalifətinin böhranı bütövlükdə Azərbaycanın ümumi böhranından daha öncələrə təsadüf edir. Azərbaycan müxalifətinin real güc olaraq Azərbaycan ictimai, siyasi fikrinə təsirinin piki 2003-cü il idi. Bundan sonra 2005-ci ilə qədər müəyyən şanslar saxlanılırdı. 2005-ci ildən sonra artıq müxalifətin tənəzzülü başlandı. Təbii ki, burada obyektiv səbəblər də var.

Amma 2005-ci ildəki fürsət də əldən qaçırıldıqdan sonra bir düşüş başladı və bu düşüş artıq böhrana çevrildi. 2010-cu il isə əslində Azərbaycanda təkpartiyalı sistemin bərqərar olması ilə başa çatdı. Faktiki olaraq müxalifətsiz parlamentin formalaşması bu böhrana ilkin qiymət idi. O zamandan çox ciddi düşünməyə başladım və məndə Azərbaycan müxalifətinin gələcəyi haqqında çox ciddi suallar yarandı. Keçən müddətdə bu suallar azalmadı, artdı...

- Suallara cavab yoxdurmu?

- Ümumiyyətlə, siyasətçini qoyaq bir kənara, vətəndaş mövqeyi olan hər bir adam ölkənin düşdüyü vəziyyətdən narahatdır və ölkəni bu vəziyyətdən çıxaracaq güc axtarışındadır. Ola bilsin ki, bütövlükdə cəmiyyətdə bu axtarış kütləvi şəkildə başlamayıb. Amma ictimai-siyasi aktiv dairələrdə bu axtarış gedib. Azərbaycanda, mənim fikrimcə, siyasi-iqtisadi landşaft dəyişib. Bu siyasi-iqtisadi landşafta uyğunlaşa bilənlər ictimai-siyasi mühitdə qalacaqlar, uyğunlaşa bilməyənlər sıradan çıxacaqlar, necə ki, çıxırlar.

- Bəs sıradan çıxanların yerini alma prosesi hansı istiqamətdə gedir?

- Bu proses çox ləng gedir. Səbəbləri də çox ciddidir, dərin səbəbləri var. Bu, mənə elə gəlir ki, Moskvanın təlimatı əsasında Azərbaycanda da həyata keçirilir. Birinci, siyasəti iqtisadiyyatdan ayırmağa imkan vermirlər. İqtisadi azadlıq olmayan ölkədə demokratik inkişaf, siyasi azadlıqlar mümkün deyil. Siyasi və iqtisadi hakimiyyət Azərbaycanda bir əldə toplanıb. Yəni sərt və dərin bir monopoliya var.

İkinci ciddi səbəb bu 23 il ərzində rejimin məqsədyönlü, metodik şəkildə müxalifəti sıradan çıxarmasıdır. Amma sıradan çıxarma prosesindən təkcə müxalifət öz “nəsibini” almadı, eyni zamanda bütün demokratik təsisatlar alıblar. Burada mən müxalifətlə yanaşı, müstəqil medianın sıradan çıxarılması, həmkarlar hərəkatının, müstəqil ictimai birliklərin sıradan çıxarılmasını nəzərdə tuturam. Cəmiyyətin sosial-siyasi strukturu dağıdılıb. Cəmiyyət 1980-ci illərdən indiyə qədər belə təşkilatsız vəziyyətdə olmamışdı...

- Təhlilinizdən belə çıxır ki, böhran koalisiyası kimi konsepsiyaya gerçəkdən də ehtiyac var idi?

- Bu, gecikmiş bir addımdır...

- Gec olsun, güc olsun...

- Zamanlaması baxımından əslində çoxdan olmalıydı. 2010-cu il çox ciddi bir siqnal idi...

- Heç olmasa indi də olsa başlandı. Siz niyə yoxsunuz orada? Sizcə, Müsavat, AXCP niyə bu konseptə yaxın gəlmir?

- Bu gün bura gəlməmişdən qabaq özümə söz vermişəm ki, bir çox məsələləri səmimi söhbət edəcəm, bunun vaxtı çatıb. Açığı, çoxdan fürsət gözləyirdim ki, bu fikirlərimi anlaşılacaq səviyyədə bölüşüm. Bu gün təkcə Azərbaycanda siyasi-iqtisadi landşaft dəyişməyib, dünyada vəziyyət sürətlə dəyişir. Həm qlobal miqyasda, həm regional miqyasda. Yaşadığımız dünya millətlərin və dövlətlərin yarışıdır. Bəşəriyyət yaranandan o millətlər ki, azad ruhludurlar, tənqidi fikirlə böyüyürlər, intellektual cəhətdən irəlidədirlər, həmin millətlər həmişə bəşəriyyətin inkişafına yön veriblər. Bir misal göstərim.

Sənayeləşmə dövrü 1763-cü ildə buxar maşınının kəşfi ilə İngiltərədə başladı.

Sənayeləşmə oradan Qərbi Avropaya yayıldı. Oradan isə Şimali Amerika və Yaponiyaya. Bu gün gəlin baxaq görək inkişaf eləmiş dövlətlər hansılardır. Məhz bu dövlətlərdir. Yəni 18-ci əsrin sonlarına doğru ələ keçirilən təşəbbüs öz sözünü dedi. Bunu deməkdə məqsədim odur ki, hər bir azərbaycanlı anlamalıdır ki, inkişaf trendlərini yaxalamaq üçün nə qədər ciddi və dərin işləməliyik. Yəni bu gün qərbi avropalı 5-6 saat işləyirsə, biz 15-16 saat işləməliyik ki, heç olmasa bu aradakı fərqi bir qədər qapada bilək. Bəziləri hesab edir ki, biz inkişaf eləyib onlara çatacağıq.

Amma düşünmürlər ki, onlar daha sürətlə inkişaf edirlər və bizimlə arada olan fərq qapanmır, daha da artır. Ona gəlmək istəyirəm ki, Azərbaycan elitası, siyasətçiləri, məncə, bu məsuliyyətlə məsələyə yanaşmırlar. Əgər məsuliyyətlə yanaşılsaydı, indi Azərbaycanda başqa bir siyasi yetkinlik vəziyyətini görmüş olardıq. İndi biz əgər vəziyyətdən çıxmaq istəyiriksə, dediyim kimi, ən azı 15-16 saat işləməliyik. Ölkədə, dünyada, regiondakı vəziyyət analiz olunmalıdır...

- Siz özünüz üçün bu analizi eləmisinizmi?

- Bəli. Mənim öz səviyyəmdə təbii ki, eləmişəm. Hətta bu barədə tez-tez mətbuatda çıxışlar edirəm, yazılarımı verirəm. Son analizlərimi sizə göndərərəm, istəsəniz sayta qoyarsınız. Başqaları buna çox enerji sərf eləməsinlər, oradan irəli getsinlər.
Birincisi, qlobal, regional, lokal səviyyədə analiz getməli və bu analiz üç səviyyədə olmalıdır. Geopolitik, geostrateji, geoekonomik-geomədəni. Biz birinci durumu təhlil etməliyik ki, bütövlükdə Azərbaycanın inkişafda harda olmasını təsbit edək. Azərbaycanın öz milli maraqlarına uyğun düzgün siyasət aparması üçün hansı strategiyanı biz seçməliyik. Çünki strategiyanı seçmək üçün də siyasi məqsədimiz aydın olmalıdır. Biz siyasi məqsədimizi düzgün müəyyən edib milli resurslarımızı tam olaraq nəzərə alıb bir strategiya işləməliyik. Çox ağır və uzun müddətli bir işdir...

- Sizin də bayaq dediyiniz kimi, “bir az gec” qalmamışıq?

- Bəli. Gec qalmışıq. Azərbaycan müxalifətinin əslində pessimizmi oradan qaynaqlanır.

- Düşüncələrinizi müxalifət düşərgəsində kimlərləsə bölüşmüsünüzmü? Yoxsa bölüşməyə lider, uyğun müxalifət komponenti müəyyən etməmisiniz?

- Fərdi söhbətlərim olub.

- Kimlərlə?

- Bir çıxış etmək fürsətim olub. Bütöv Azərbaycan Ocaqları adlı qurum var. Onlar dəvət etmişdilər. Bir qrup alimin iştirakı ilə müzakirə gedib və orada mənə iki saatdan artıq vaxt ayrılıb. Elmlər Akademiyasının bir neçə institutunun əməkdaşları iştirak edirdi orada. Mən fikirlərimi oradakı çıxışımda diqqətə çatdırdım. Partiyada hər həftə yığıncaqlarımız olur və mütəmadi olaraq həmin fikirlərimi bölüşürəm. Apardığımız analizləri paket halında proqramımızla birlikdə maraqlanan şəxslərə təqdim edirik.

- Dövlətə də göndərmisinizmi?

- Rəsmi olaraq göndərməmişik. Amma mətbuatda açıqlayıram, istəsələr götürə bilərlər.

- Niyə rəsmi göndərmirsiniz? Ümid yoxdurmu ki, onlar sizin yazdıqlarınızı oxuyarlar?

- Milli Təhlükəsizlik Nazirliyi sahəsində islahatlarla bağlı təklif irəli sürmüşdüm. MTN-in ləğv olunmasını və yerində iki qurumun yaranmasını təklif etmişdim. Bu təkliflərin ikisi də həyata keçirildi. Bundan sonra düşünürdüm ki, bəlkə təkliflərimi elə birbaşa hakimiyyətə də ünvanlayım. Amma mənim bildiyimə görə, yazılarım mətbuatdan izlənilir və müəyyən səviyyədə müzakirə də olunur.

- Müxalifətin ənənəvi komponentləri ilə bir paylaşım olurmu?

- Xeyr.

- Niyə olmur?

- Düşərgə üçün bir az pessimist səslənəcək. Amma mən özümün də əvvəllər olduğum düşərgənin gələcəyinə optimist baxmaqda çətinlik çəkirəm.

- Pessimizm Azərbaycanın gələcəyində onların yerinə, yoxsa onların özünün gələcəyinə aiddir?

- Hər ikisi bir-biri ilə bağlıdır. Təbii ki, obyektiv çətinliklər də var. Bunları qırağa qoysaq, subyektiv amillərin özündən yanaşsaq, mən müxalifətin davranışının mövcud şəraitə uyğun olduğunu düşünmürəm. Mövcud şəraitə adekvat davranmadıqları, mövcud şəraitlə, real resurslarla qarşıya qoyduqları məqsədlər arasında uyğunsuzluq olduğu üçün hər dəfə nəticəsizliklə üzləşmə oldu. Nəticəsizlikdən yorulma oldu. Yəni nə qədər insanlara vədlər vermək, seçkiyə çağırmaq və eyni nəticəni yaşamaq olar? Yeri gəlmişkən, deyim ki, Azərbaycan müxalifəti dinc demokratik mübarizə yolunu tutan müxalifətdir.

Dinc demokratik mübarizə əslində çox çətin yoldur. Çünki çox uzun zaman, enerji, səbr, ağıl tələb eləyən bir işdir. Biz belə ağır və nəticəsi çox uzaq olan bir işə girdik. Amma xalqa dedik ki, nəticə qısa zamanda olacaq. Hər dəfə bu bəyan olundu, nəticə isə tam tərs olduğuna görə insanlarda demokratik dəyərlərə inam azaldı, sonra sarsılmağa başladı, sonra tamamilə sarsıldı. Demokratik dəyişikliyə inam azaldığı üçün eyni dəyərlərin daşıyıcıları olan qüvvələrə də inam azaldı, sarsıldı.

- Başqa qüvvə varmı?

- Bu, başqa və geniş cavablandırılmalı sualdır. İndiki halda neçə ki, nə qədər zəifləmiş olsa da Azərbaycan müxalifəti çox zəif halında da belə duruma adekvat davranış sərgiləyərsə, çox güclü birgə beyin mərkəzi yaradıb durum dəyərləndirməsi yaparsa, düzgün qiymətləndirmə apararsa və bundan da düzgün nəticələr çıxarıb düzgün siyasi qərarlar verərsə, vəziyyətdən çıxma şansı bəlkə də yarana bilər.

- Sülhəddin Əkbər müxalifətin olduğu siyasi səhnədə haradadır və burada hakimiyyətə münasibətdə daxili amil təmin edəcək başqa qüvvələr varmı? Tribunasına dəvət olunduğunuz böhran koalisiyası o müstəvidə bir yer tuturmu?

- Birinci öz yerimi harda görməyimlə bağlı danışmaq istəyirəm. Biz 2014-cü ilin 6 iyulunda Azad Demokratlar Partiyasını qurduq. Yeri gəlmişkən, hələ də hakimiyyət bizim partiyanı qeydə almayıb. Bununla bağlı Ali Məhkəmədə işimiz var. Biri fevralın 25-də, biri isə martın 3-də olacaq. Mənim fikrimcə, Sülhəddin Əkbər və onun rəhbərlik etdiyi partiya qeyd elədiyim yeni siyasi-iqtisadi landşaftda öz yerini axtarır. Bu axtarış hələ bir müddət də davam eləyəcək. Çünki yeni şərait Azərbaycanda yeni-yeni formalaşmağa başlayır. Ötən ildən başlayıb...

- İqtisadi böhranla bağlıdır bu yeni şərait?

- Böhran bunu üzə çıxardı. Əslində bu proses latent olaraq gedirdi. Dünya bazarında neftin qiymətinin düşməsi, Rusiyaya tətbiq olunan sanksiyalar və nəhayət, 21 fevral devalvasiyası gizli gedən prosesi, sadəcə, üzə çıxardı. Neft dolları leysanı insanları gözlərini açıb ətrafa diqqətlə baxmağa, ölkədə gedən prosesləri dəqiq qiymətləndirməyə imkan vermirdi. Çünki Azərbaycan kiçik bir ölkədir, neft ixracından ölkəyə o qədər vəsait daxil olurdu ki, o bütün qüsurların, natamamlıqların hamısını qapadırdı. Bu leysan kəskin azalınca bütün qüsurlar, çətinliklər üzə çıxmağa başladı...

- Amma “leysan” kəskin azalanda ən çox üzə çıxan o oldu ki, ölkədə narazılıq səviyyəsinin yüksək olmasına baxmayaraq normal bir müxalif güc yoxdur...

- O da qüsurlardan, Azərbaycanın çatışmazlıqlarından biridir.

- Yəni prosesə yön verəcək, yeni dövrü çiyninə alıb apara biləcək qüvvə yox imiş.

- Çatışmayan cəhətlərdən biri də bu idi və göründü. Ölkədə qeyd etdiyim yeni vəziyyət birinci maliyyə iqtisadi böhranı ilə üzə çıxdı. Beynəlxalq Bank və onun ətrafında hadisələr başladı. Hadisələr MTN-ə sıçradı. Məlum oldu ki, dövlətin milli təhlükəsizliyinə cavabdeh olan bir qurum mütəşəkkil cinayətkar bir dəstənin əlindədir. Ondan sonra proses Rabitə Nazirliyinə sıçradı. Hakimiyyət anladı ki, bu proses onun nüfuzuna çox böyük zərbə vurur, prosesə ara verildi...

- Bu proses tam dayandımı?

- Xeyr. Bu proses sovuşmayıb. Çünki bu xəstəlik, yəni inhisarçılıq, korrupsiya, gizli iqtisadiyyat və mütəşəkkil cinayətkarlıq dövlət və hökumət strukturlarında bütün idarəçilik sistemini bürüyüb. Yəni metastaz verib və artıq gecdir. Sistemin bütövlükdə məqsədyönlü şəkildə tam dəyişməsinə ehtiyac var. Bu sistem özü-özünü dəyişə bilməz. Özü-özünə dəyişməsi üçün gərək rejimin mahiyyəti dəyişilsin.

- Nə ilə dəyişdiriləcək? Axı alternativ də yoxdur.

- Dövlət başçısı müəyyən cəhdlər elədi. Ona görə də şəxsən mən bu işə intellektual kömək etmək qərarı verdim. Bu gün ölkədə dövlət başçısının ən təbii müttəfiqləri Azərbaycan xalqıdır və Azərbaycanın demokratik müxalifətidir. Mən bütün müxalifəti demirəm... Gözləyirdim ki, dövlət başçısı Azərbaycan xalqının və demokratik müxalifətin dəstəyinə arxalanıb ciddi dəyişikliklərə gedəcək. Heç olmasa özünü və öz hakimiyyətini qorumaq üçün. Buna cəhd etdi. Amma bu cəhdi uğursuz oldu.

Hakimiyyətdəki qrupların müqaviməti çox güclü oldu və onların indi əks hücuma keçdiyini müşahidə edirəm. Mən bir misal gətirim. İndi manat guya üzən məzənnəyə keçib. Amma bu gün hər gün mediadan oxuyuruq ki, hər həftə Neft Fondundan, Mərkəzi Bankdan yüz milyonlarla dollar dövriyyəyə buraxılır. Rezervlərimiz əriməkdə davam edir, dövriyyədən manat yığışdırılır və süni şəkildə manat qıtlığı, dollar bolluğu yaradılır. Belə görüntü yaradırlar ki, guya manat möhkəmlənib...

- Siz nə dərəcədə əminsiniz təhlilinizin düz olmasına? Bəlkə yanılırsız? Siz o düşərgəni təmsil edirsiniz ki, 23 ilə yaxındır müxalifətdədir və heç nəyə nail ola bilməyib. Yumşaq da olsa, tənqid etdiyiniz prezident isə o düşərgəni təmsil edir ki, həmin düşərgə 23 ilə yaxındır hakimiyyətdədir və alternativ ola biləcək hər şey sıradan çıxarılıb. Belə bir vəziyyətdə siz təhlil verirsiniz... Bu illəri arqumentləşdirərək verdiyimiz bu cümlələr kimin doğru, kimin yanlış olduğunu ortaya qoymur?

-...

(davamı gələn sayımızda)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru