“Demək lazımdır ki, yığışın, cəhənnəm olun, gedin!” - deputat
Tarix: 2-05-2016, 09:43 | Çap et
Ermənilərin son davranışları bu toplumun, xüsusilə də erməni lobbisinin monolitliyi, məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi darmadağın etdi.
Eyni zamanda Qarabağ separatçılarının və Ermənistandakı radikal çevrələrin son zamanlar müşahidə olunan davranışları işğalçı tərəfin nəinki ərazilərimizi tərk etmək, hətta kompromislərə getmək niyyətində olmadığını göstərdi. Belə olan təqdirdə yenə də güc variantının yeganə çıxış yolu olduğu gündəmə gəlir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da hərb yoluna üstünlük verir. Parlamentin son iclasında düşmənə əraziləri tərk etmək üçün ultimatum verməyə çağırış etmişdi.
- Fəzail bəy, təklif etdiyiniz ultimativ tələblərdə konkret nələr var?
- Aprelin 2-dən 5-nə qədər olan zaman kəsiyində Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı və mülki əhalini işğalçının ardı-arası kəsilməyən atəşlərindən, mərmilərindən xilas etmək üçün konkret addımlar atdı və Azərbaycan özünün potensialını, real gücünü, imkanlarını nümayiş etdirdi. Bu, bizim üçün çox ciddi bir qələbənin başlanğıcı, ermənilər üçünsə məğlubiyyətin ilkin göstəriciləri idi. Lakin Ermənistan bundan nəticə çıxarmadı. Dünyanın aparıcı dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar hər iki tərəfə atəşkəslə bağlı müraciət etdilər - baxmayaraq ki, Azərbaycan bu qələbələri davam etdirə bilərdi, ancaq beynəlxalq aləmin çağırışlarına hörmətlə yanaşdığı üçün dayandı - təbii ki, öz gücünə arxayın olaraq. Ancaq Ermənistan beynəlxalq hüquqa hər zaman arxa çevirdiyi kimi, indi də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin rəhbərlərinin çağırışlarına, hətta özünün ağası olan Rusiya prezidentinin “dayan” təklifinə məhəl qoymadı. Hətta bunun ardınca işğalçı təkcə hərbi mövqelərimizi deyil, həm də mülki əhalimizi hədəfə aldı. Son günlər bir daha bəlli oldu ki, Ermənistan sülhə hazır deyil. Ona görə də Azərbaycan bütün bu arqumentləri əsas gətirərək, Ermənistana ultimatum elan etməlidir. Konkret zaman göstərməlidir ki, bu zaman çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarındakı hərbi qüvvələri son əsgərinə qədər çıxarılmalıdır. Təbii ki, söhbət 7 rayondan, həm də Dağlıq Qarabağdan gedir. Azərbaycanın BMT tərəfindən tanınmış əraziləri çərçivəsində - Kəlbəcərdən Əsgərana, Laçından Ağdama qədər bütün ərazilərimizdən Ermənistanın sonuncu əsgərinə qədər çıxarılmalıdır.
- Bundan əvvəl də işğalçıya vaxt verilməsi barədə fikirlər olub. Siz konkret olaraq düşmənə nə qədər vaxtın verilməsini təklif edirsiniz?
- Uzağı 10-15 gün. Bu vaxtı uzatmaq olmaz. Demək lazımdır ki, yığışın, cəhənnəm olun, çıxın, gedin! Sadəcə, bunun mexanizmini hazırlamaq lazımdır ki, Ermənistan Azərbaycanın ultimatumunu ciddi şəkildə nəzərə alsın. Ondan sonra əgər İrəvan bu ultimatuma konkret cavab verməsə, onda bütün məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşür və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edərək hərbi əməliyyatlara başlamalı və nəhayət, Azərbaycanın Milli Ordusu üzərinə düşən tarixi, region üçün böyük təhlükə təşkil edən bu virusdan azad etmə missiyasını həyata keçirtməli və erməni ordusunu öz sərhədlərinə qədər qovub-çıxartmalı, işğal altındakı torpaqları azad etməlidir.
- Zahirən Ermənistanla Rusiya arasındakı münasibətlərdə soyuqluq hiss olunsa da, əksəriyyət arxa planda oyunların oynandığı qənaətindədir. Rusiyanın Azərbaycana xoş olmayan sürprizini gözləmək olarmı?
“Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinə son dərəcə sədaqətlidir və bununçün bütün risklərə hazırdır”
- Əgər Rusiya da vaxtilə BMT Təhlükəsizlik Şurasının üzvü kimi ortaya qoyduğu iradənin ziddinə olaraq, Azərbaycanın ərazi bütövlüyünə təcavüz edirsə, onda Ermənistanla bərabər Rusiya da təcavüzkar dövlət statusunu qazanır. Azərbaycan hərbi əməliyyatları Ermənistanın sərhədlərinə qədər davam etdirməlidir ki, İrəvan bundan sui-istifadə edib BMT TŞ üzvü kimi Moskvaya müraciət etməsin və Moskva da bəhanə ilə Azərbaycana təcavüz etməsin. Azərbaycan öz sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etməlidir. Burada beynəlxalq hüquq, reallıq və həqiqət Azərbaycanın yanındadır. Əgər Rusiya Ermənistanın yanında olub Azərbaycana qarşı təcavüzkar hərəkətini ortaya qoysa, şübhə etmirəm ki, Qafqaz cəbhəsində dünya müharibəsi başlaya bilər. Çünki o halda Türkiyə savaşa cəlb oluna bilər. Türkiyə cəlb olundusa, NATO da cəlb olunacaq. Beləliklə, dünya od içində yanıb məhv olar. Odur ki, məncə, Rusiya buna getməz. Rusiya hakimiyyəti öz dövlətinin maraqlarını əsas götürərək dünyanı müharibə alovu içərisində məhv etməyi düşünmürsə, heç vaxt Ermənistanın avantürasına getməməlidir. Ermənistanın avantürasına getsə, deməli, Kremldə erməni beyni Rusiya beynindən daha aktiv işləyəcək və faktiki olaraq Ermənistan və ermənilər Rusiyanı özünün maraqlarının girovuna, qurbanına çevirəcək.
- Sizdəki məlumat necədir, rəsmi Bakı Kremlin bu gizli mövqeyindən ehtiyatlanırmı?
- Təbii ki, biz Rusiya amilini unutmalı deyilik. Rusiya bu gün gərgin və əsəbidir. Üstəlik, özünü küncə sıxışdırılması ilə əlaqədar çox aqressiv aparmaqdadır. Çalışır ki, dünya çapında özünün lider dövlət statusunu bərpa etsin. Ona görə də imkanlardan yararlanmaq istəyir. Rusiyanın təkcə MDB daxilində deyil, eyni zamanda, Suriya böhranında iştirak etməsi, Türkiyə ilə qarşıdurmada olması, ABŞ və Avropa ilə gərginləşən münasibətləri göz önündədir. Əslində Rusiyanın Sovet İttifaqı zamanında olduğu kimi, dünya çapında mövqelərini bərpa etməsi cəhdinə qarşı ABŞ başda olmaqla Qərbin müqavimət göstərdiyini müşahidə edirik. Belə bir şəraitdə Rusiya həm də Cənubi Qafqazda öz maraqlarını bərpa etməyə, onu gücləndirməyə çalışır. Ermənistan Rusiyanın forpostudur. Artıq Rusiya ona o qədər ciddi şəkildə pərçim olub ki, onun təsirindən çıxmaq istəyərsə, gərək dövlət olaraq dağılıb getsin. Bu baxımdan Rusiya Azərbaycanı daha ciddi şəkildə nəzərə alır və onunla əməkdaşlığa üstünlük verməyə çalışır. Nəzərə alsaq ki, Avropa tərəfindən sıxışdırılan Rusiyanın bu gün Hind okeanına çıxışına böyük ehtiyac var, bu yol isə Azərbaycandan keçir.
- Amma Kreml öz maraqlarını daha rahat reallaşdırmaq üçün Azərbaycanı ilhaq etmək niyyətində də ola bilər. Bu da var ki, Bakı hələlik Rusiyanın istəklərinə müsbət cavab vermir...
- Yox, bu, mümkün deyil. Azərbaycan prezidenti birmənalı olaraq Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı kimi çıxış edir, bütün risklərə gedir, bütün çətinlikləri göz önünə alaraq, Azərbaycanın illərdən bəri əsası ulu öndər tərəfindən qoyulmuş dövlət müstəqilliyimizi qoruyub saxlayır. Ölkə prezidentinin fəaliyyətini ciddi izləyənlərdən biri kimi deyə bilərəm ki, prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinə son dərəcə sədaqətlidir və bununçün bütün risklərə hazırdır. Prezidentin bu riskləri xalqın, cəmiyyətin ona dəstəyi ilə tam şəkildə sığortalanıb. Ona görə də Rusiyanın Azərbaycanı ilhaq etmək haqqında fikirləri olarsa, bu, yanlışdan başqa bir şey olmayacaq. Rusiyanın belə bir addımı olsa, 20-ci əsrin əvvəllərindən fərqli olaraq, son əsgərimizə qədər döyüşmək zorunda qalarıq, təki müstəqilliyimiz əldən getməsin. Bu gün dünya 20-ci əsrin əvvəlindəki dünya deyil. Nəzərə alsaq ki, Rusiya Ukraynada, Gürcüstanda ilişib, ilhaqçı dövlət statusu qazanıb, məncə, o, Azərbaycanda ölümcül bir riskə getməz.
- Fəzail bəy, Azərbaycandakı “beşinci kolon”la bağlı kifayət qədər danışılıb. Necə hesab edirsiniz, ötən əsrin əvvəllərində olduğu kimi, bu gün də şimaldan günəş gözləyən əliheydər qarayevlər, çingiz ildırımlar varmı və onların mövqeləri nə dərəcədə güclüdür?
- Bəli, elə insanlar bu gün də var, ancaq onların gücü o vaxtkı əliheydər qarayevlərin və ya çingiz ildırımların gücü qədər deyil. Çünki cəmiyyətdə sosial dayaqları yoxdur. Onlar “beşinci kolon”un nümayəndələri kimi ya rus rublu ilə yaşayan, yaxud Rusiya prezidenti ilə əməkdaşlıq edən insanlardır. Bunlar lokal xarakterli nəsə bir şey edə bilərlər. Lakin onların baxışları, əhval-ruhiyyəsi, məqsədləri ölkə cəmiyyətin baxışları, məqsədləri, düşüncələri ilə heç bir halda üst-üstə düşmür. Azərbaycan əhalisinin mütləq əksəriyyəti dövlət müstəqilliyimizin hətta qırğınlardan keçərək qorunub-saxlanması mövqeyindədir. Azərbaycan cəmiyyətinin 20 il ərzində mükəmməl bir cəmiyyət kimi formalaşmasına elə bu yaxınlarda şahid olduq. 2-5 aprel tarixlərində Azərbaycan Milli Ordusunun düşmənə vurduğu ağır zərbələr bəzi tör-töküntülər istisna olmaqla, ölkə insanının Azərbaycan bayrağına bürünərək küçə və meydanlara çıxması ilə müşayiət olundu, bayram edildi. Vaxtilə Müslüm Maqomayevin dəfnində insanların əl çalmasının şahidi olmuşduq. Ancaq aprel döyüşlərində şəhid olanların dəfnində insanları göz yaşı tökən yox, baxışlarından qürur hissi süzülən, şəhidlərimizi alqışla son mənzilə yola salan gördük. Ona görə də “beşinci kolon”un, Rusiyanın burada əlaltısı olan insanların heç bir sosial dayağı, ictimai rəydə gücü və nüfuzu yoxdur.
- Bu yaxınlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun italyan müğənnisinin konsertində görünməsi etirazla qarşılandı, geniş müzakirə olundu. Hesab olunur ki, müdafiə naziri Zakir Həsənov ön cəbhədə səngərdə olduğu kimi, XİN başçısı da diplomatiya cəbhəsində səngərdə olmalıdır, səfirliklər fövqəladə iş rejimində çalışmalıdırlar. Razısınızmı?
- Tamamilə ciddi məsələyə toxunursunuz. Mən də bu məsələnin aktuallığını birmənalı şəkildə qəbul edirəm. Ermənistan ordusuna qarşı həyata keçirdiyimiz əməliyyatlara görə dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanı qınamadı. Mən bunu birmənalı şəkildə ölkə prezidentinin diplomatik və xarici siyasətinin qələbəsi kimi qəbul edirəm. Xarici siyasət sahəsində bu diplomatik qələbənin şəriksiz müəllifi ölkə prezidenti İlham Əliyevdir. Xatırlayırsınızsa, dövlət başçısı prezident seçildikdən dərhal sonra “hücum diplomatiyasından çıxış etməliyik” tezisi ilə çıxış etdi və bütün xarici səfərlərində, dünyanın ayrı-ayrı dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycana səfəri zamanı, ölkəmizdə keçirilən ciddi tədbirlərdə Ermənistan üzərinə hücumu birmənalı şəkildə ifadə etməklə həm də yeni bir tezis ortalığa qoydu: indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılmış dövlətdir. Prezident səviyyəsində bu məsələnin ciddi şəkildə önə çəkilərək ifadə olunması dünyanın bir çox dövlətlərinin və təşkilatlarının diqqətini bu tezisə cəlb etdi.
Düşündülər ki, doğrudan da Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılmış bir ölkədir və indi də ikinci bir dövlət yaratmaq istəyirlər. Azərbaycan prezidentinin “Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına yol verməyəyəcik” deyə, qətiyyətli və ardıcıl bəyanatları dünyanı ayılmağa, həqiqətin yanında olmağa vadar etdi. Ona görə də son əməliyyatlarda Azərbaycan heç bir ittihama məruz qalmadı, hətta erməni lobbisi susmaq məcburiyyətində qaldı. Prezidentin mövqeyi aydındır. Bundan sonra diplomatlarımızın, səfirliklərimizin, XİN-in nazirdən başlamış ən kiçik məmuruna qədər hər kəsin sayıqlığı, fəallığı daha da artmalı, xüsusilə xaricdə yaşayan soydaşlarımızla iş güclənməlidir.
Necə ki, aprel hadisələri baş verəndə, ondan sonrakı günlərdə Avropada Avropa Azərbaycan Cəmiyyəti ciddi fəallıq nümayiş etdirdi, lakin başqa təşkilatlardan biz bunu görmədik. Diaspora Komitəsi də öz işini gücləndirməlidir, nəhayət, dünyada yaşayan 50 milyonluq bir millət ayağa qalxmalıdır. Necə ki, həmin dövrdə Təbrizdə, Türkiyədə, Avropada ayağa qalxdılar, bundan sonra da diplomatiyamızla birgə, hər yerdə soydaşlarımız ayağa qalxıb erməni faşizminin üstünə getməlidir. Nəhayət, bu region, Türk dünyası bu iyrənc, yaramaz virusdan - erməni faşizmindən birdəfəlik xilas olmalıdır. Bu regionu bu təhlükəli virusdan, taundan birdəfəlik xilas etməyin zamanı çatıb.
Bu ilin sonuna qədər regionun bu virusdan təmizlənməsinin nöqtəsini qoymalıyıq. Digər qonşularımız da unutmasın ki, Ermənilərin məqsədi təkcə Azərbaycanın deyil, Gürcüstanın da bir hissəsini işğal etmək, ondan sonra isə Şimali Qafqazı ələ keçirməkdir. Bəzi qüvvələr unutmasın ki, bu gün Rusiyadan istifadə edib Azərbaycan və Gürcüstan torpaqlarını işğal etməyə çalışan ermənilər daha sonra Qərbin və ABŞ-ın imkanlarından istifadə edib Rusiyanın torpaqlarını ələ keçirəcəklər. (musavat.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10 |
|
|
|
• "Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04 |
|
|
|
• Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58 |
|
|
|
• Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55 |
|
|
|
• "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
|