Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Azimport” MMC-ni məhkəməyə verib.
“Report”un məlumatına görə, AMİP tanınmış şirkətdən pulun tutulması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərardan narazı qalan AMİP apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.