"Dövlət ona vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir" - Partiya sədri
Tarix: 21-01-2021, 12:38 |
Çap et
KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərlinin həbs edilməsi müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Belə ki, səsləndirilən iddialardan biri də Vüqar Səfərlinin qanunsuz olaraq ayırdığı maliyyənin geri alınaraq büdcəyə qaytarılmasıdır.
KONKRET.az-ın “Bəzi qəzetlərə qanunsuz olaraq ayrılan pulların büdcəyə geri qaytarılması reallaşa bilərmi” sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə bu günə kimi belə bir təcrübə olmayıb: “Qanunlara görə dövlətə və vətəndaşlara dəymiş ziyan məhkəmələr tərəfindən geri ödənilməlidir.
Yəni Vüqar Səfərlinin işində məhkəmə ayrıca qərar qəbul etməlidir ki, qanunsuz ayrılan pullar və paylanılan mənzillər geri qaytarılmalıdır. Bununla bağlı addımı məhkəmə atmalıdır. Dövlət Vüqar Səfərli tərəfindən vurulan ziyanın ödənilməsini məhkəmədən tələb etməlidir. Qanunsuz yolla maliyyə alanlar da saxtakarlığa görə cinayət məsuliyyətinə cəlb edilməlidir”.