Hersoq Bakıya gələ bilmədi .....                     "Rufo Gəncinski"yə 3 gün vaxt verildi .....                     Əraqçidən fransalı həmkarına etiraz: .....                     Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL .....                     "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" .....                     Müqayis Verdiyev yenidən məhkəmə qarşısında .....                     "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi .....                     Gürcüstanda gərginlik DAVAM EDİR .....                     Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda .....                     Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib .....                     Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                 

"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?" - deputat
Tarix: 13-02-2021, 09:13 | Çap et
"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"
Ermənistan cəmiyyəti və xüsusilə də müxalifətdə cəmlənən siyasi dairələr panik əhval-ruhiyyə içərisindədir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın həyəcanlı şəkildə erməni xalqına müraciətlə “oyanın, yoxsa bir gün oyanacaqsınız ki, Zəngəzur bizim deyil” deməsi bir tərəfdən Nikol Paşinyan hakimiyyətinə qarşı şantaj məqsədi daşıyırsa, digər tərəfdən, məğlub erməni cəmiyyətində hökm sürən atmosferi nümayiş etdirir.

Politoloq Qrant Mikaelyan da Ermənistan hakimiyyətinin mövcud fəaliyyətini şərh edərkən Azərbaycanla sərhəddə baş verənlərə diqqət çəkməyə çalışır. O da Minasyan kimi iddia edib ki, hakimiyyət real vəziyyəti xalqdan gizlədir. Xüsusilə də Gorus-Qafan yolunun bir hissəsinin demarkasiya prosesi nəticəsində Azərbaycanın tərəfinə düşməsinə diqqət çəkən erməni ekspert şübhələrini bölüşüb. Baş nazirin müavini Tiqran Avinyanın parlament dinləmələrindəki çıxışı zamanı Ermənistanın Azərbaycanla heç bir əlavə sənəd imzalamadığı haqda dediklərini xatırladan politoloq iddia edib ki, Gorus-David-Bek yolunda baş verənlər bu məsələlərlə bağlı müzakirə və sənədin olduğunu iddia edib. O, sosial şəbəkələrdə və mediada bu yolla bağlı anlaşmanın olduğunu iddia edənlərin yaydığı “sənəd”ə istinad edib. Mikaelyan bir daha iddia edib ki, bununla bağlı həqiqətlər erməni xalqından gizlədilir. “Bütün razılaşmalar Azərbaycan və Türkiyənin hərbi təzyiqləri altında imzalanıb. Erməni tərəf hətta öz müttəfiqləri ilə təhdidləri neytrallaşdırmaq üçün normal işləməyə cəhd göstərməyib”, - erməni ekspert əlavə edib.

Daha sonra iddialarını davam etdirərək bildirib ki, müzakirələri və razılaşmaları məxfi saxlamaqla erməni xalqının, vətəndaş cəmiyyətinin və siyasi qüvvələrin bu sənədlərə qarşı çıxmasını əngəlləmək istəyiblər. Azərbaycanın təzyiqləri nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edən Mikaelyan istisna etməyib ki, Ermənistan Qarabağ məsələsini qapamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın parlamentdə gözlənilməz bəyanatla çıxış etməsi də geniş müzakirələrə səbəb olub. Diplomat deyib ki, rəsmi İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Nazirin iddiasına görə, Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı, indi status-kvo zorla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın bu cür çağırışlar etməyə haqqı yoxdur: “Tamamilə əsassız çağırışdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çağırış etməzdən öncə Türkiyəyə qarşı əsassız iddialara son qoymalıdır. Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı iddialar var. Üstəlik, qondarma ”soyqırım" iddiaları zaman-zaman Ermənistan tərəfindən qaldırılır. Ermənistan bu iddialara son qoymadan Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"

C.Məmmədov əlavə etdi ki, həmçinin, bu gün də Ermənistanda Qarabağla bağlı zaman-zaman revanşist bəyanatlar verilir, üçtərəfli razılaşmanın bəndlərinin pozulmasına yönəlmiş çağırışlar edilir: “Ermənistan öncə razılaşmanın bəndlərinə tam əməl etməli, əsassız iddialara və çağırışlara son qoymalıdır. İrəvan bu, əsassız iddialara son qoyduqdan sonra münaqişənin tənzimlənmə planına uyğun olaraq növbəti mərhələdə sərəhədlərin açılması məsələsi nəzərdən keçirilə bilər. Ermənistanda hələ ki, istiqrar və sabitlik yoxdur, bu ölkədə xaos hökm sürür, eyni iddialar səsləndirilir. Ermənistan hələ də baş verən acı məğlubiyyətdən nəticə çıxarmayıb, bu gün də zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindədir. Öncə Ermənistan xalqı son baş verənlərdən nəticə çıxarmalı, zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindən xilas olmalıdır. Ermənistan bu iddialara və revanşist bəyanatlara son qoymadan sərhədlərin açılmasından söhbət gedə bilməz”.

QAT sədri Akif Nağı da erməni nazirin sərsəm bəyanatını yersiz sayır: “Ermənilər növbəti dəfə özlərini ”ağıllı" hesab edib, hiyləgər gediş edirlər. Türkiyə sərhədləri Kəlbəcərin işğalından sonra bağlamışdı, bunlar da indi ona işarə edirlər ki, şərait dəyişdiyinə görə Ankara uyğun addım atmalıdır. Türkiyə bu məsələdə prinsipial olmalıdır, həm Ağrı dağı ilə bağlı onların sərsəm iddialarını önə çəkməlidir, həm də 10 noyabr razılaşmasının tam yerinə yetirilməsini, Xankəndi, Xocalı və digər ərazilərin Azərbaycana qaytarılması şərtini gündəmdə saxlamalıdır".

QAT rəhbəri hesab edir ki, Qars müqaviləsinin 100 illiyində oxşar sənədin imzalanması da uyğun olardı: “Üstəlik, Qars müqaviləsini imzalayan tərəflər də yenidən meydandadır, situasiya da oxşardır. Azərbaycan və Türkiyə yeni imzalanacaq sənəddə Qars müqaviləsinin Rusiya və Ermənistan tərəfindən pozulmuş bəndlərinin, məsələn, Mehri-Nüvədi ərazisi ilə bağlı bəndin bərpa olunması, həmin ərazilərin Azərbaycana qaytarılması tələbini irəli sürə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə feysbukdakı şəxsi səhifəsində yazıb ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb: “Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl, İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb”. Ekspertə görə, İrəvan ikinci reallığı da sakitcə qəbul edib: “Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa ”hərbi xidmətə" heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır. Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq".

Beləcə, 44 günlük savaşdakı ağır və fəlakətli məğlubiyyətdən sonra ermənilər heç zaman olmadığı kimi, bir-birini didməyə başlayıblar. Düşmənin hər gün Türkiyə və Azərbaycanı qalib, özünü isə məğlub olaraq təqdim etməsini izləmək çox xoşdur. Bu, onların halal haqqı olan taledir, özləri istədilər...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10
"Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04
Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58
Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55
"Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47
"Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43
Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40
Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru