“Qurana and içərəm ki, rüşvət almamışam” - Aqil Abbas
Tarix: 15-02-2021, 09:31 | Çap et
Kulis.az yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.
- Qarabağı azad görmək ən böyük arzunuz idi. Şükür bu arzunuza çatdınız. Nə hisslər keçirirsiniz?
- Mən həmişə Qarabağda qalib gələcəyimizə inanmışam, əsərlərimdə, yazılarımda da bunu həmişə yazmışam. Bununla bağlı üç roman, povest, hekayələr yazmışam. Demişəm ki, Qarabağa bayrağımız sancılacaq, “Cıdır düzü”ndə himnimiz oxunacaq. Həmişə də demişəm ki, ora bayrağı İlham Əliyev sancacaq. Məndən də gözəl deyib bunu Seyran Səxavət. Ondan Qarabağ haqqında əsər yazmaq haqda soruşmuşdular, cavab vermişdi ki, Qarabağa aid ən gözəl əsəri İlham Əliyev yazacaq. Və yazdı.
Nə hisslər keçirəcəm? Çox kövrəldim Ağdama, öz həyətimizə, Pənahəli xanın məqbərəsinə ziyarətə gedəndə. Şəhərə girəndə telefonumu söndürmüşdüm ki, oğlum zəng etsə, kövrəldiyimi bilməsin. Ordan xanımıma zəng edib danışanda da kövrəldim.
- Ən böyük arzunuz yerinə yetdi. Bundan sonrakı arzunuz nədir?
- Yoxdu başqa arzum! Neyləyirəm arzunu? Özümə 300 il ömür arzulayacam? Ağdamdakı evimizi yenidən tikmək istəyirəm. Bir də Ağcabədinin Boyat kəndində tikdirdiyim “Füzuli” kitabxanası kimi bir kitabxana da Ağdamda tikdirmək istəyirəm.
- Mənə çox maraqlıdır, Ağdam məscidinin önündə qol qaldırıb oynayanda, hansı hissləri keçirirdiniz?
- Məscidin qarşısında yox. Məscidin qarşısında oynamazlar. Ağdam Dram Teatrının qarşısında oynamışam. Mənsum (İbrahimov – red.) oxuyurdu, özümdən asılı olmadı, paltomu çiynimdən yerə atdım, oynamağa başladım. Sonra bir nəfər də qoşuldu mənə, sonra “Qarabağ”ın futbolçuları. Xoşbəxtlikdən, sevincimdən oynayırdım. Hamıya da dedim, girin oynayın, bundan xoşbəxt gün yoxdur, Ağdamdayıq, muğama, mahnıya qulaq asırıq. Bunu mənə irad tutanlar da oldu. Olsun.
- Qarabağ işğal olunanda “Dolu”nu yazmışdınız. İndi nəsə yazmaq fikriniz var?
- Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah çəkdirəcəm. Özü də çox əziyyətlə yazmışam. Bu “Dolu”dan da güclü olmalıdır. Olmasa, cırıb ataram.
- Bu qısa müddətdə necə yazdınız ki?
- Aprel döyüşlərindən sonra bu günü, yəni qələbəmizi görüb yazmışam. Mənim “Dolu”da verdiyim mesajların hamısı həyata keçdi. Romandakı “Mən qız görmədən e” epizodu kimi "Mən Şuşanı görmədim e" deyib üzülərək şəhid olan əsgərlərimiz oldu. Filmdə yoxdu, amma romanda var, bir ana soruşur ki, türklər niyə gəlmədi? Cavab verirlər ki, gəliblər, ana da sevinir. Bu gün türklər Qarabağa gəlib. Romanda SSRİ-nin bayrağını təpikləyib atırlar. Bizim əsgərlər də Ermənistan bayrağını o cür endirib təpiklə kənara atdılar. Sonra Pələngin qana bulaşmış köynəyini bayraq kimi qaldırırlar. “SeKa”dan zəng gəlir ki, orada Türkiyənin bayrağı niyə qaldırılıb? Halbuki, o Türkiyənin bayrağı deyildi, amma bu gün Qarabağda Türkiyənin bayrağı da dalğalanır. O əsərin axırında da Ağdama, Qarabağa piyada getdiyimizi göstərmişdim, yazmışdım. Mən bu sonluqla onu deyirdim ki, bir gün bu millət piyada da olsa, əliyalın da olsa, öz evlərinə qayıdacaq. Elə də oldu.
- Təzə əsərin adını nə qoymusunuz? Romandı?
- Yox, roman deyil, film ssenarisi kimi yazmışam, roman eləmək fikrim yoxdur. Hamı deyir, adını “Dolu - 2” qoy, yəqin elə də qoyacam.
- Nə vaxta planlaşdırılıb?
- Ssenarini rejissor Elxan Cəfərova vermişəm. Ayrı adamın çəkməsini istəmirəm. İnşallah tezliklə reallaşar.
- Bədii yaradıcılığınız nə yerdədir? Yaza bilirsiniz nəsə?
- Yazıram. Əsas da çalışıram əsərlərimdə Qarabağ koloritini göstərim. Xüsusən, gənclərə... Qoy bilsinlər Qarabağ kişiləri, oranın adamları necə olublar. Sənə deyim, Şuşa və Ağdam insanlarının yumoru çox güclüdür. Azərbaycanda üç bölgə yumoru, hazırcavablığı ilə məşhurdur: Şuşa, Ağdam və Şəki. Hətta Şəki yumoru, hazırcavablığı Ağdam və Şuşaya nisbətdə beş faiz də deyil. Çalışıram o koloriti ötürüm. Kimsə bunları yazmalıdır. Tək yumor yox, oranın kişilərinin, qadınlarının hansı xarakterdə olduğunu gənclər bilməlidir. Dağılan evi tikərsən, dağılan arxı təzədən düzəldərsən, amma dağılan mədəniyyəti yenidən qurmaq çox uzun vaxt ala bilər.
- Aqil müəllim, fikirləşmirsiniz ki, Millət vəkili adı yazıçı Aqil Abbasa kölgə salır?
- Qətiyyən! Niyə ki? Yazılarımı yazıram, kitablarım çap olunur, romanlarım çıxır. Niyə kölgə salsın? Millətimə də ləyaqətlə qullu edirəm. Sadəcə, bir fərqim var mənim; elədiklərimi mətbuata demirəm. Nə öz qəzet və saytımızda, nə dostlarımın qəzet və saytlarında... İstəsəm edə bilmərəm?
O deyim var e, balığı at dəryaya... Mən də deyirəm, Allaha niyə minnət qoyursan? Balığı at dəryaya, özün bilirsən bəsindir. Gərək, Allahdan əvəzini istəyəsən?
O gün əsəbiləşmişdim. Müharibə zamanı camaat yazırdı ki, deputatlar hardadır? Mən 44 günlük müharibə vaxtı üç dəfə Qarabağa yollandım. Yaralı əsgərlərlə, onların ailələri ilə görüşdüm. Nələr elədiyimi deməyə ehtiyac duymuram. Amma mən orada olmuşam. Ağdamda güllənin altındaydım, Tərtərdə üstümüzə mərmi yağırdı. Ən birinci Füzuliyə gedib oradakı xəstəxanada yaralı əsgərlərlə görüşmüşdüm. Hamısının da şəkilləri var, mətbuata çıxarmamışam. Millət vəkili kimi əlimdən gələn hər şeyi edirəm.
- Vaxtıyla “Aqil Abbas təqaüdü” deyilən bir ifadə vardı. Gənclərə öz cibinizdən pul verməyinizi deyirəm. O təqaüdü hansı kriteriyalara görə verirsiniz? Məbləğ standart olur, ya dəyişir?
- Mən istedadlı adamlara, xüsusən gənclərə ən əsası mənəvi kömək etməyə çalışıram, Qəzetimizi vermişəm gənclərə, işçilərim istedadlı gənclərdi, yazırlar, çap edirlər, bölgədən olan gənclərə də deyirəm yazılarınızı göndərin. Həm də kiminsə nəsə problemi olanda, çalışıram imkan daxilində kömək eləyim. Hansısa istedadlı bir gəncin işsiz olduğunu eşidən kimi çağırıram qəzetimizə. İndi qəzetlərin vəziyyəti elə də yaxşı deyil, amma imkan daxilində yaxşı maaş da verməyə çalışıram. Çünki mən də gənc olmuşam, mənə də kömək ediblər.
- Kimlər kömək eləyib sizə?
- Mənə əsasən üç adam kömək eləyib: Anar, Əjdər Xanbabayev, Sabir Rüstəmxanlı. Bu üç adamın mənim çap olunmağımda xüsusi rolu olub.
- Əlisəmid Kür deyir, Aqil mənim taleyimin böyük qardaşıdır. Bəs yaxşı, sizin taleyinizin adamı kimdir? Kimə borclusunuz özünüz olmağı?
- Anar! Anar mənim povestimi çap elətdirdi. O vaxt çap olunmaq, hələ povest çap etdirmək asan deyildi. Kənddən gəlmiş bir uşaq idim. Povesti çap olunurdu Əkrəm Əylislinin, Anarın, Elçinin, İsi Məlikzadənin. 26-27 yaşında bir gəncin “Ulduz” jurnalında povestinin çap olunması on minlərlə oxucunun onu tanıması demək idi. Jurnal 80 min tirajla çap olunurdu, bir jurnalı da azı 5-6 adam oxuyurdu. Mənim povestimi çap elədilər və bomba kimi də partladı. Amma Aqil Abbas olmağımda Bəxtiyar Vahabzadənin, Firudin Hüseynovun, Tofiq Hacıyevin, Elçibəyin böyük rolu olub. Həmçinin, universitet, orta məktəb müəllimlərimin. Oxuduğum müəlliflərin də rolu olub.
- Məsələn, hansı yazıçıların?
- Məsələn, Dostoyevski. Mənə görə Dostoyevski dünyanın ən nəhəng yazıçısıdır. Markes Dostoyevskinin heç topuğuna da çata bilməz. Yaxud öz yazıçılarımız. İsmayıl Şıxlı, ya da Süleyman Rəhimovun özü… İsi Məlikzadə, Əkrəm Əylisli…
- Məmməd Arazın sizin həyatınızda hansı rolu olub?
- Mən Məmməd Araza qaynata gözüylə baxmamışam, ata kimi baxmışam, o da mənə ata olub. Əvvəla, mən onu şair kimi sevmişəm, əzbər bilmişəm şeirlərini. Heç onda ağlıma da gəlməzdi ki, qohum olarıq. Hətta, onda rəssamlıqla da məşğul olurdum, Məmməd Arazın bir şeirinə illüstrasiya çəkmişdim. Rəhmətlik Siyavuş Sərxanlıyla dost idim. İlk dəfə Yazıçılar Birliyinin qarşısında rastlaşmışdıq, Siyavuş Sərxanlı məni Məmməd Araza gənc yazıçı kimi təqdim etmişdi, 20 yaşım olardı onda, şeirinə illüstrasiya çəkdiyimi də demişdi. Heyf, indi o şəkil durmur. İlk tanışlığımız elə olmuşdu.
Uzun müddətdə Məmməd Arazın evində yaşadıq. Bir il kirayədə qalandan sonra dedi, mənim nəvələrim kirayədə qala bilməz və bizi öz evinə gətirdi. 8 ilə qədər orada yaşadıq. Çox da narahat qaldım orada. Siqaret çəkmirdim yanında, dostlarımı dəvət edə bilmirdim, divanda uzanıb televizora baxa bilmirdim. Onun yanında özümü başqa cür aparırdım. Bir də o yadımdadır ki, Məmməd Araz insanların rüşvət ala biləcəyinə inanmırdı…
- Yaxşı gəldiniz rüşvət söhbətinə… Son zamanlar bir çox məmurlar, icra başçıları, nazirlər bu cür məsələlərə görə işindən azad edildi, həbs olundu.
- Düzgün işləyəydilər, xalqın malını, dövlətin əmlakını talamayaydılar, tutulmayaydılar. Sadəcə olaraq, daha vaxtında əncam çəkmək lazım idi. Vaxtında mətbuatda belə məsələlər yazılırdı ki, filankəsin belə işi var, elə işi var, vecə almırdılar. Bir müddət sonra həbs olunanda da mətbuatın vaxtilə yazdığı o yazıları üzə çıxarırlar. Mətbuat yazanda, vaxtında bu işlə məşğul olmaq lazımdır.
- Həmkarınız Əjdər Olun həbsi olunması ilə bağlı nə düşünürsünüz?
- Çox təəssüf eləyirəm! Əjdər Ol çox gözəl yazıçı, çox gözəl şair və çox gözəl insandır. İndi onun orada nə işi olubsa, hüquq mühafizə orqanları araşdırıb deyə bilər. Çox təəssüflənirəm. Əjdər Ol ədəbiyyatımızda xüsusi yeri olan bir imzadır.
- Siz vaxtilə öz qəzetinizdə belə qısa xəbərlər yazırdınız ki, məsələn, filan rayonun icra başçısının maaşını hələ də filankəs alır, ya da filan nazir vəzifəsində hələ də filankəsdir. Yəni, həmin şəxslərin işləmədiyini deyirdiniz, nəsə təsiri olurdu?
- Hə, olurdu. Sonradan həmin adamların çoxunu işdən çıxarırdılar.
- Təzyiq olmurdu sizə?
- Olurdu, amma vecimə deyildi.
- Rüşvət almısınız heç?
- Yox, almamışam. Qurana and içə bilərəm.
- Ədalətsiz yazı necə, yazmısınız?
- Heç vaxt! “Ədalət” qəzetinin arxivləri durur, “Sovet kəndi” qəzetində işləmişəm, durur, “Elm və həyat” jurnalında işləmişəm, onun da arxivi durur. Bir dənə ədalətsiz yazımı tapa bilməzlər.
- Yazmaq istəyib yazmadığınız, yaza bilmədiyiniz yazılar necə, olub?
- Olub. Xahiş eləyiblər ki, yazma, yazmamışam. Hansısa bir təşkilatdan, ya hardansa zəng eləyib xahiş ediblər. Bir dəfə yanıma burda işləyən bir fəhlə gəldi, dedi, qəzetinizdə mənim bir qohumum haqqında tənqidi yazı gedir. Tez çağırdım uşaqları, dedim, o yazını cırın tullayın o yana. Yəqin, ərklə gəlmişdi yanıma ki, mən Aqil müəllimə deyərəm. Mən də onu niyə sındırım? Yəni, belə şeylər də olub. Sifarişlə də heç vaxt yazı yazmamışam.
- Deyirlər, Aqil Abbas qanuni silah gəzdirir, doğrudan tapançanız var?
- Birinci Qarabağ savaşında düz 1994-cü ilə kimi cəbhə xəttində, səngərdə idim. Onda bizim əsgərlər ermənilərdən qənimət kimi ələ keçirdiyi bir silahı mənə verdilər. Mən də onu Daxili İşlər Nazirliyinə gətirib təhvil verəndə, silahı elə özümə qaytardılar ki, bütün günü müharibənin içindəsən, lazımın olar. Özü də tək mənim yox, bir çox jurnalistin silahı vardı. Mənim cəbhə müxbirim var idi - Faiq, indi AzTV-də çalışır, onun da varı idi. Bəxtiyar Sadıqovun silahı var idi, Allahverdi Əsədovun da. Yəni 1994-cü il atəşkəsinə kimi oldu silahım, sonra nəyimə lazımdır ki?
- Aqil bəy, hansı yazarların layiqli qiymət almadığını düşünürsünüz?
- Sabir Əhmədov, İsi Məlikzadə, sağlardan Əlisa Nicat…
- İradə xanım deyir, Aqil Abbas çox şuluq adamdı. Nəyi nəzərdə tutur?
- Bilmirəm. Bir az davakaram, bir az əsəbiyəm. Belə.
- Başqa məsələlər yoxdur ki?
- Bəlkə də. Nə bilim. Bir az qaynayıb-qarışan adamam, insanları çox yaxına buraxıram, sonra görürəm, dəyməzmiş. Özün də burada işləmisən, görmüsən, mən işçilərimlə məsafə saxlamıram. Nə olsun məndən 40 yaş balacasan, mənim üçün sən elə sənsən. Sənin dədən (mərhum şair Akif Səməd – red.) mənim ən sevdiyim adam olub. Mən ona “ağır taxtalı kişi” deyirdim, deyirdim, Səməd Vurğunsan sən.
- Xalqın arasında olan, sadə insanlar tərəfindən sevilən yazıçısınız. “Xalq yazıçısı” fəxri adını almaq istəmirsiniz?
- İstəyirəm! Niyə istəməyim? Xalqın yazıçısıyam da. Həm yazdıqlarımla xalqa xidmət edirəm, həm də Millət vəkili kimi xalqın qulluğundayam.
- Sizcə, bu ad sizə veriləcək?
- Çətin sualdır. Onu mən bilə bilmərəm. Gərək Yazıçılar Birliyi, müvafiq qurumlar və şəxslər adımı təqdim edə.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
|