“Bəzi vəzifə sahibləri özlərini elə aparır ki, sanki dövləti bunlar yaradıblar” - deputat
Tarix: 20-02-2021, 10:11 | Çap et
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə ilk geniş müsahibəmiz təqribən yarım il əvvəl olmuşdu. O zaman AXCP adından imtina etməklə rəsmi dövlət qeydiyyatına alınmaq və ardınca partiyanın maliyyələşməsinə nail olmaqla bağlı ehtimallardan danışmışdıq. Həmsöhbətim bunun mümkünlüyünə işarə vurmuşdu. Artıq Razi Nurullayev yeni adı daşıyan partiyanın rəhbəri kimi bu problemləri geridə qoymaqla gerçək nümunə göstərib. Elə söhbətə bu mövzudan başladıq:
- Razi bəy, ötən müddət ərzində həm AXCP adından imtina etdiniz, yeni adla qeydiyyatdan keçdiniz, həm də bu günlərdə dövlət büdcəsindən partiyanıza vəsait ayrıldı. Hazırda, necə deyərlər, taleyinizdən razısınızmı, təbii ki, siyasətçi, partiya sədri olan deputat kimi?
- Milli Cəbhə Partiyasının qeydiyyata alınması və parlament partiyaları sıralarına qoşulması bizim üçün əhəmiyyətli hadisə oldu. Bu prosesə gedən yolda çəkmədiyimiz əziyyət, qatlaşmadığımız məşəqqət qalmadı. Onun üçün də mən bunu zəhmətimizin haqqı kimi qiymətləndirirəm. Bilirsiniz ki, parlamentdə də bu məsələləri qaldırmışdım, ardınca Prezident Administrasiyasının şöbə müdiri Ədalət müəllim Vəliyevlə xeyli sayda və xeyli zaman aparan söhbətlərimiz olmuşdu. Şadam ki, yeni şöbənin müdiri görüşləri görüş xartirinə yox, nəticə əldə etmək, qanunvericiliyin tələblərini və qarşısına qoyulan vəzifəni yerinə yetirmək baxımından keçirirdi. Sualın ikinci hissəsinə gəldikdə isə, hər kəsə taleyi uca Allah yazır. Mən heç vaxt Allahın mənə verdiyi taledən narazı qalmamışam. Çünki yazılanın pozula biləcəyinə inanmıram. Əldə etdiklərimiz isə missiyamızı tamamlamağa gedən yolda növbəti hədəflərə çatmaq oldu. Qarşıda isə daha ağır mərhələlər var.
- Çıxışlarınızın bir çoxu adətən, ünvanlı olur, neqativləri çatdırıb problemlərin həlli üçün çağırış edirsiniz. Bəs sizin çağırışlarınıza aidiyyatı qurumlarından reaksiya gəlirmi? Yaxud reaksiya gəlirsə, bu, hansı istiqamətdə olur?
- Prinsipcə, ayrı-ayrı şəxsləri hədəfə almağın tərəfdarı deyiləm. Bəziləri düşünə bilər ki, nəyisə xahiş edib, o da etməyib və indi qisas alır. Təəssüf ki, burada həqiqət payı olmamış deyil. Cəmiyyət də bu səbəbdən belə düşünür. Bilirsinizmi, yüzlərlə dost-tanışımdan zəng gəlir ki, məni filankəsə tapşır, vəzifəyə qoysun, iş versin, pul qazanmağa imkanlar yaratsın və sairə. Deyirlər ki, Razi müəllim sənin sözündən heç kim çıxmağa cürət etməz, nə desən, o olacaq, çünki, onların çoxu, üzr istəyirəm “zibil”in içindədir və sənin də əlində daşdan keçən faktlar, kompromatlar var. Bir də görürsən, mənə kağızlarla, şəkillərlə dolu bir zərf gəldi və içərisindəkilər kimisə elə dağdan üzüaşağı yuvarlamaq üçün üfürməyə də yetər. Lakin namərd və xəbis insan deyiləm, heç kimi də qurşağdan aşağı vumağın tərəfdarı olmamışam. Mən ayrı-ayrı şəxslərə qarşı yox, ümumi bəlalara qarşı mücadilənin tərəfdarıyam. Reaksiyalar olur, kənardan söz deyənlər də, rica edənlər də olur. Bu da təbii və başadüşüləndir. Biz də daşdan deyilik, ürəyimiz, hissimiz, düşüncəmiz var. Amma çarəsizə, yetimə, kasıba, haqlıya haqsızlıq edənlərə qarşı barış nöqtəm yoxdur və olacağını da düşünmürəm. Yaxşı münasibət bəslədiyim dövlət qurumları da var. Daxili işlər naziri Vilayət Eyvazovun atdığı addımlar ona və rəhbərlik etdiyi orqana qarşı rəğbətimi artırır. Son zamanlar polisin davranışlarında və fəaliyyətində xeyli gözlə görünəbilən müsbət dəyişiklik – mədəni davranış, nəzakətli rəftar, operativ reaksiya əmələ gəlib. Tutucu orqan və nəzakətli rəftar bir-biri ilə düz gələn məsələ deyil. Amma son zamanlar bunun vəhdətini görə bilirəm. Hər şey mənim üçün ağ və qara deyil, Allaha şükür ki, rəngləri seçə bilirik. İlk iş və xoş münasibətim “Azəravtoyol” ilə yaranıb. Fəaliyyətimə başladığım ilk aydan müraciətlərimə operativ cavab verdilər və mən də düşündüm ki, nə yaxşı, yəqin elə deputatlıq bu imiş. Nə desən, deyəcəklər ki, a kişi, bu vaxta qədər sən harada idin, nə sözün var de, deyək “baş üstə”. Başladım şikayətlərlə bağlı müraciətlər, zənglər etməyə. Gördüm yox e… Bəzi vəzifə sahibləri özlərini elə aparırlar ki, sanki dövləti bunlar yaradıblar, hələ bunlara təşəkkür də etməliyik. Sən kimsən? Vallah-billah başqa zaman heç səni “JEK” müdiri də qoymazdılar. Nə isə, əsas mövuzdan uzaqlaşdım...
“Azəravtoyol”da gücləri nəyə çatdısa, o müraciətləri yerinə yetirdilər. Açığı, çox təəccüblənmişdim ki, müraciətlərə bu qədər həssas yanaşırlar. Saleh müəllimlə, müavini Əvəz müəllimlə telefon danışıqlarım da oldu və onlar şəxsən maraqlandılar ki, bəs, o müraciətləriniz həll edilib, baxın razı qaldınızmı? Özləri birbaşa maraqlanırdılar. İndi mən onların xoş münasibətini və operativ həll qərarlarını niyə deməyim ki? Vacib olan odur ki, vətəndaşlar dövlət qurumlarından razı qalsınlar və şikayətlər olmasın. “Azərişıq” və “Azərenerji” də tənqid etmədiyim qurumlar arasındadır. Hər iki qurumdan şikayətlər demək olar ki, almırıq. Kəndlərdə və qəsəbələrdə problemlər qalır və bu da ölkəboyu kabelləşmə layihəsinin, zənnimcə, maliyyə ucbatından dayanması ilə bağlıdır. Digər bir məsələ isə bu sistemdə hələ də az sayda bacarıqsız, işdən çox pafosa söykənən kadrların qalmasıdır və ümid edirəm ki, onları da yaxın zamanlarda uzaqlaşdırıb, iş bacaran və xalqa yaxın kadrlarla əvəz edəcəklər. Bildiyimə görə, proses gedir. Yaxın zamanlarda gördüyüm problemləri və yarıtmaz kadrları hər iki qurumla müzakirə etmək niyyətindəyəm. Amma, ümumilikdə isə elektrik infrastrukturunun yaradılması və onun vətəndaşlara ötürülməsində müasirlik var. Bu, məni sevindirir. Qısa müddətdə Qarabağda çəkilən elektrik xətlərini və yanan lampaları gördükcə, uşaq kimi sevinirəm. Axı, niyə də yaxşı işlərə sevinməyək, onlara xoş söz deməyək? Nə istəyirik? İstəyirik ki, hər kəs çalışdığı sahədə vətəndaşları razı salsın, onların problemlərini həll etsin. Təbii ki, narazı qaldığım və çox narazı olduğum şəxslər və qurumlar da var. Düşünürəm ki, “qozbeli qəbir düzəldər” deyimi onlar üçündür.
- Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində həbslərin aparılması barədə fərqli fikirlər səsləndirmisiniz. Necə hesab edirsiniz, həbslərdən imtina, iqtisadi amnistiyanın elan olunması realdırmı və o halda ölkənin sərvətlərini talayanların xalqa faydası dəyə bilərmi?
- Mütləq şəkildə maliyyə amnistiyası olmalıdır ki, iqtisadiyyat “kölgə”dən çıxsın və pullar da xaricə daşınmasın, torpağa basdırılıb gizlədilməsin, sandıqlarda siçanlar yeməsin. Həbs nə verir? Pulların çoxu kabinetlərdə yoxa çıxır, xalqa bunun nə xeyri? Qoy həbslərə sevinənlər bilsinlər ki, məhbus məmurlar onsuz da elə dörd divar arasında da bəy-xan kefində yaşayırlar. Həbslər bir yerə qədər, idarəetməni təkmilləşdirmək üçün lazımdır, mürəkkəbləşdirmək üçün yox.
- Qarşıdakı iclaslarda parlament qarşısında bir sıra hesabatlar olacaq, o cümlədən hökumətin hesabatı. Siz dediyiniz kimi, müxalifət partiyası olaraq hökumətin illik fəaliyyətindən razısınızmı?
- Məni bağışlasınlar, amma bütöv şəkildə razı qaldığımı deyə bilməyəcəm. Sosial şəbəkələri açırsan, rayonlara gedirsən, küçəyə çıxırsan, problemsiz, dərdli insanlar minlərlədir. Qazilərin şikayətindən qulaq tutulur, işsizlik çox artıb. Rüşvətxorluq və korrupsiya da ciddi azalıb desək, yalan olar. Hələ də hökumət üzvləri saxta statistikaya meyllənirlər. Hər şey kağız üzərində gözəldir, əməllər fərqlidir. Ölkədə olan problemləri saysaq, ən gur saçlı bir şəxsin saçının sayı yetməz. Parlamentdə hökumət üzvlərinə çox çətin suallar olacaq.
- Vaxtaşırı hökumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etsəniz də, bugünlərdə “Azəriqaz”la bağlı maraqlı araşdırmanız və açıqlamanız oldu. Maraqlıdır, hökumətin hansısa qurumunu tənqid etmək daha asandır, yoxsa hansısa fəaliyyət sahəsini təqdir etmək, onu müdafiə etmək?
- “Azəriqaz”ı ona görə müdafiə etdim ki, problemləri aradan qaldırmaq üçün səfərbər oldular. Facebook-da qurumun rəhbəri Ruslan Əliyev canlı yayım keçirib, abonentlərin suallarına cavab verməkdən yoruldu. Bu da mənə çox xoş gəldi. Şikayətləri başından etmədi. Özüm də araşdırma apardım, sorğu keçirdim və şikayətçilərdən mənə konkret fakt vermələrini istədim. Bir nəfər də olsun mənə müqayisəli çek təqdim etmədi. Amma təbii ki, problemlər var və onların çoxu indiki rəhbərliyin zamanında yaranmayıb. Açığı, “Azəriqaz”ın rəhbəri Ruslan müəllimin düşdüyü vəziyyətə çox üzüldüm, hər kəs onun üzərinə gəldi, o isə təmkinini pozmadan şikayətləri şəxsən özü dinlədi və bu gün də canlı yayımları davam etdirir. Mən Ruslan Əliyevin məmur əxlaqını çox bəyəndim və bu səbəbdən də onu dəstəkləyirəm. Göndərdiyim bir haqlı şikayətə də “yox” cavabı verilməyib. İkinci məsələyə gəldikdə isə, hökumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etmək və tərifləmək eyni dərəcədə çətindir və risklidir. Gərək tənqidi də elə səmimi edəsən ki, orada sənin şəxsi maraqların olmasın. Çünki bəzən deyirlər filankəs ona görə tənqid edir ki, yəqin xahişini rədd ediblər və yaxud aralarında şəxsi məsələ var. Tərifləyəndə də gərək səmimi olasan. Şəxsi maraqlar və şəxsi hesablar üzərindən bunu edən zaman görünür, hiss edilir və bilinir. Bu isə çoxlarında ikrah hissi oyadır və yolverilməzdir. Həm tənqid edəndə, həm də tərifləyəndə gərək səmimiyyəti gözləyəsən, şəxsi yox, kollektiv maraqlardan çıxış edəsən. Şükür Allaha ki, bunun üçün çaba göstərməyimə və artistlik etməyimə ehtiyac yoxdur. Bunlar mənim təbii hisslərim və içimdən gələn çağırışdır.
- Bir sıra hallarda özünü müxalifət adlandıranlara da xitab edirsiniz. Son çıxışlarınızın birində isə İlham Əliyev Qarabağı işğaldan azad edərsə, hətta siyasətdən gedə biləcəyiniz haqda vaxtilə dediklərinizi xatırlamısınız. Belə çıxışlarınız və müxalifətə ünvanlı tənqidləriniz düşərgədaşlarınız tərəfindən necə qarşılanır?
- İşimi və fəaliyyətimi ictimai rəylə, başqalarının fikirləriylə qurmuram. Düşərgədaşlarıma hörmət və izzətlə yanaşıram, amma onların haqqımda dediklərini və düşündüklərini özümə problem yaratmıram. Doğru bildiyimi deyir və doğru bildiyimi edirəm. Bu xasiyyətim mənə üstünlük qazandırır. Bəli, İlham Əliyev heç kimin edə bilmədəyini edib. İlham Əliyev bu yolda 30 il iş aparıb, münasibətlər qurub və zaman gözləyib. Bir olan uca Allah şahiddir ki, bu sözlərimdə tam səmimiyəm. Digər biri olsaydı, biz torpaq almaz, bəlkə yenə də itirərdik. Müharibədə uduş üçün çox faktorlar uzlaşmalıdır və uzlaşmanı İlham Əliyev 30 ilə “kubik-rubik” kimi qurub. Mən müxalifət partiya sədriyəm deyə, o da rəqib partiyanın lideri və ölkənin prezidentidir deyə, yalan danışmalı, onun rəhbərliyi altında qazanılan zəfərə kölgə salmalıyam? Danışanlar bilir ki, dağlara dırmaşa-dırmaşa, başına yuxarıdan-aşağıya güllə, mərmi yağa-yağa o boyda ərazini 44 günə azad etmək nə deməkdir?! Onlar bilirmi ki, İlham Əliyev düz edib, doğru zamanı seçib 10 noyabrda müharibəni dayandırdı? Onlar bilirmi ki, 11 noyabr gec ola bilərdi və indi biz də yasa batmışdıq? Bilirlərmi ki, indi Bakının müxtəlif yerlərinin dağıntıları hələ də təmizlənib qurtarmamışdı, Bakıda və Sumqayıtda yaşayan minlərlə vətəndaş şəhid olacaqdı? Onlar bilirlərmi ki, 44 günə bizə zəfər qazandıran və dünyanın ən güclü dövlətlərində belə olmayan müasir silahları İlham Əliyev necə və hansı qiymətə almışdı? Zəfər göydən düşdü ovcumuza? Necə oldu ki, ermənilər 10 mindən çox - 6 mini özləri deyir, amma Qarabağı saymırlar, orada da 3 min, minlərlə də itkin düşənlər - itki verdi, Azərbaycan isə 3 min şəhidi ilə zəfər çaldı? Məgər onlar Birinci Qarabağ Müharibəsində təkcə itkin düşənlərin sayının 3843 nəfər olduğunu bilmirlər? Haqqı deməyən, Allahdan da kənar düşər. Ədalətli olmaq, həqiqətləri demək müxalifət və ya iqtidar olmağa bağlı deyil. Bu, qəlbin səsidir. İndi zaman səmimiyyət tələb edir və o səmimiyyət məni də çox ucalara, inşallah aparacaq və xalqıma gücüm çatan xidməti göstərəcəm. Mənim apardığım siyasət fərqlidir və onun uğurlu olacağına inanıram.
- Prezidentin xüsusi nümayəndələrinin təyinatı məsələsi gündəmə gələndən icra hakimiyyətlərinin ləğvi barədə çağırışlar və təkliflər artıb. Sizcə, indiki şərtlər daxilində bu islahata getmək olarmı? Yaxın gələcəkdə bələdiyyə institutunun icra hakimiyyətlərinin funksiyasını yerinə yetirməsi nə dərəcədə real görünür?
- Doğurdan da idarəçilik sistemi bərbaddır. Çünki, sistemin özündə korrupsiya elementləri çox dərinə işləyib. Kosmetik dəyişiklik, ayrı-ayrı məmurların həbsi effekt yarada bilməyəcək. Hət kəsi də içəri atmaq mümkün və lazım da deyil. İcra hakimiyyətini ləğv etmək nəyi dəyişəcək? Nə fərqi var ki, adı nə olacaq, kim qoyulacaq ora, ona nə deyiləcək. Yanaşma kökündən dəyişməlidir, lap yuxarılarda korrupsiya və rüşvətxorluq olmasa, aşağılar o cürəti etməz. Axı, idarəçilik quberniyalara bölünməklə aparılıb, “ye” və “yedizdir” prinsipi işləyib. Onlar da “hamısını ye və yedizdir” kimi anlayıblar. Təbii ki, paralel idarəçilik olmamalıdır. Hazırda bəzi yerlərdə üç idarəetmə sistemi əmələ gəlib. İcra, bələdiyyə və xüsusu nümayəndə. Bunlardan birinə ehtiyac var. Bu qədər ağırlaşma kimə və nəyə lazım?
- Razi bəy, parlamentdəki fəaliyyətinizin bir ili tamamlandı. Ötən il ərzində şəxsən öz fəaliyyətinizdən yəqin ki, narazı deyilsiniz, çünki kifayət qədər aktiv fəaliyyətilə seçilən deputatlardansınız. Həmçinin xanım sədrin rəhbərliyini də açıq şəkildə təqdir etmisiniz iclasda. Bəs, ümumilikdə hazırkı tərkib necə sizi qane edirmi?
- Bir il ərzində bir millət vəkili nə edə, nə deyə bilərdisə, onları gücüm və potensialım çərçivəsində etmişəm. Xalqımıza, seçicələrə, jurnalistlərə də fəaliyyətimə verdikləri yüksək qiymətə görə təşəkkür edirəm. Özüm çətinlik içində yaşadığıma, xalqın içində olduğuma, seçicilərlə onların malik olduğu şəraitdə görüşdüyümə görə, onları hiss edə, duya və başa düşə bilirəm. Dilənçi ilə belə danışanda onun hissləri mənə keçir və onun beyni ilə düşünməyə başlayıram. Bir şəhid anası, atası ilə söhbət edirəm və özümü unudaraq, tam o hala düşürəm ki, şəhid olan mənim övladımdır. Yaralı ilə, qazi ilə söhbət edirəm, əllərim, ayaqlarım, başım ağrımağa başlayır və özümü piss hiss edirəm, elə bilirəm ki, ayaqlarım, əlim yoxdur, elə bilirəm ki, yaramdan qan axır. Belə hallar onları başa düşməyə kömək etdiyindən bu qədər yanıqlı danışa və hisslərimi də bəzən boğa bilmirəm. Axı, o qədər ciddi ədalətsizlik və haqsızlıq görürsən, az qalırsan Allaha yalvarasan ki, Süleyman Peyğəmbərin üzüyünü sənə yetirsin, nağıllarda olduğu kimi, üzüyün qaşlarına əlini sürtüb, başqa ölkədə gözünü açmağı sənə nəsib etsin. Xanım sədri – Sahibə Qafarovanı bu gün də müdafiə edirəm, ona dərin hörmət və rəğbət bəsləyirəm, bu, həqiqətdir. Xanım sədrə ilk gündən rəğbətim olub, hər kəsi də tənqid etməyi də öhdəlik olaraq götürməmişəm. Xanım sədrin parlament fəaliyyəti deputatlar üçün, o cümlədən mənim üçün normal şərait yaradır. Sahibə xanımın davranış və fəaliyyətində yüksək Avropa parlamentarizminə xas yüksək mədəniyyət var. O, AŞPA-da komitə sədri olub, deyərdim ki, gözəl dəyərlərin çoxunu əxz edib və mümkün olduqca burada tətbiq edir. Sədrin fəaliyyəti ilə bütün mərtəbələr simsiz internetlə əhatə edilib, brifinq otaqları yaradılıb, jurnalistlər üçün daha münasib şərait qurulub, nəhayət ki, çox gözəl, interaktiv internet səhifəsi qurulub. Hər şeyi qara görmək olmaz ki.
- Təbii... Razi bəy, bəzi müşahidəçilər və ekspertlər, xüsusilə də parlament partiyası olmayanlar növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri sayırlar. Həmin şəxslər bu tələblərində nə dərəcədə haqlıdırlar?
- Gəlin açıq danışaq, yeni parlament formalaşanda nə dəyişəcək? Yeni parlament seçkisi tələb edənlər demək istəyirlər ki, parlamentin tərkibi tam dəyişsin və ora çoxluq kimi onların partiyası, birliyi hərəkatı gəlsin. Tələb edənlərin əksəriyyəti ona görə narazıdır ki, onlar ora düşməyiblər. Parlamentə düşən kimi parlament olacaq yaxşı parlament. Parlamentin pis və yaxşı olması hər danışanın şəxsi maraqları və şəxsinin orada təmsil olunub-olunmaması ilə ölçülür. Bu, onların haqqıdır və qoy desinlər. Heç kimin fikir və düşüncə azadlığına məhdudiyyət qoyulmasının tərəfdarı deyiləm. Amma, gəlin günümüzün siyasi reallığına baxaq. Sabah yeni parlament seçkisi olsun. Nə dəyişəcək? Yeni parlament seçkisi olsa, YAP çoxluq əldə edə bilməyəcək? Hansısa siyasi partiyanın onlarla yer qazanması siyasi reallığı varmı? Yoxdur. Çoxluq yenə də YAP olacaq və istədikləri qanunu keçirəcəklər, istəmədiklərini rədd edəcəklər. Bütün dünyada belədir. Parlamentdə çoxluq azlığın üzərində bütün cəhətlərdən dominantlıq edir. Azlığın yeganə təsəllisinin normal şəkillərindən biri mənəm. Kəskin çıxışlar edir, tənqidlər səsləndirir və razılaşmadığını deyir, bu və digər şəkildə qərarlara təsir etmək mücadiləsi aparır. Onun üçün də hazırda irəli sürülən konsepsiyanı qəbul etmirəm. Əgər desələr ki, onlar da parlamentə düşmək istəyirlər və bunun üçün də yeni seçki lazımdır, bunu anlayışla qarşılayaram. Amma, reallıqdan uzaq “böyük danışmaq” prinsipinə fərqli baxışım var. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
|