“AXCP dövlət çevrilişinə və qanlı hadisələrə hazırlaşır” – Xəbərdarlıq
Tarix: 22-02-2021, 11:55 | Çap et
"Qarabağ naminə İkinci Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin fədakarlığı və müttəfiqlərimizin sədaqəti sayəsində 1990-1994-cü illərin müharibəsində itirilmiş ərazimizin 75 faizi qeyd-şərtsiz, 25 faizi müəyyən şərtlə Azərbaycanın nəzarətinə qayıtmışdır. 75 faiz ərazini yenidən abadlaşdırmalıyıq. Qalan 25 faiz ərazi üzərində suverenliyimizin tam bərpasının şərti nədir? Həmin ərazidə rus sülhməramlı qoşun hissəsinin yerləşməsi və öz vəzifəsinin öhdəsindən bacarıqla gəlməsi".
Azərbaycan Xalq Cəbhəsinin banilərindən biri, Azərbaycan Sosial-Demokrat Partiyasının sabiq lideri, prezidentliyə keçmiş namizəd, məşhur müxalifətçi və tanınmış siyasi ekspert Zərdüşt Əlizadə "30 il keçib..." adlı məqaləsində belə yazıb.
Məqalə radikal müxalifət mövqeyində duran "Meydan TV"də dərc olunub.
Z.Əlizadə yazır ki, üçtərəfli 10 noyabr 2020 il Bəyanatı bir siyasi sövdələşmənin mətn ilə ifadəsidir.
Bu mətndə deyilir ki, Rusiya Federasiyası Azərbaycan Respublikasının Milli Ordusunun Qarabağın Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisinin 75 faizini silah gücünə azad edilməsini qanuni sayır və bu məsələdə Azərbaycanı müdafiə edir, o şərtlə ki, Azərbaycan Respublikası Qarabağın qalan 25 faizində rus sülhməramlı qoşunlarının yerləşməsinə icazə versin.
"İlham Əliyev bu Bəyanatı imzaladı, Rusiya Nikol Paşinyanı bu Bəyanata imza atmağa məcbur etdi. Rusiya prezidenti Vladimir Putin də Bəyanatı imzaladı və bu sənədin qəbulunu özünün parlaq diplomatik nailiyyəti elan etdi. Bu Bəyanat imzalanandan sonra Rusiya qətiyyətlə elan etdi ki, Qarabağ bütünlüklə Azərbaycan ərazisidir.
Ərazinin 25 faizinin tam qayıtması üçün Azərbaycan dövləti ağıllı, tarazlı və ölçülüb-biçilmüş siyasət yürütməlidir. Əgər Azərbaycan belə siyasət yürütməsə, nəinki bu 25 faizi, bütün Qarabağı yenidən itirmək təhlükəsi tam gerçək ola bilər, necə ki, 1990-cı illərin əvvəlində baş vermişdi", - Z.Əlizadə yazır.
Müəllif daha sonra bildirir ki, bu sadə həqiqəti anlamayan azərbaycanlı varmı? Təəssüf ki, var, özü də onların sayı get-gedə çoxalır. Niyə çoxalır? Çünki ənənəvi müxalifət gerçək dünyada siyasi mübarizəsini hakimiyyətə tam uduzandan sonra köçüb virtual dünyaya, orada xeyli sayda internet-kanal açıb və oradan tələb edir ki, rus sülhməramlı qoşunları Dağlıq Qarabağdan çıxsın. Gerçək dünyada imza toplayırlar, məqalələr yazıb Qarabağın de-fakto itirildiyini deyirlər, Azərbaycanın məğlubiyyətinə yas məclisi qururlar. İnternetdən istifadəni öyrənib bunu müasir biliyin zirvəsi hesab edən çoxsaylı istifadəçi isə onların bu fikirləri ilə həmrəylik nümayiş etdirirlər: "Niyə? Milli hərəkatın qaynar çağından 30 il keçib, bu uzun müddət ərzində ənənəvi müxalifət maralları və onların cığırdaşları niyə ağıllanmayıblar?
Bunun səbəbi aydındır.
Onlar yenə hakimiyyətə can ataraq ali məqamda əyləşən şəxsi yamanlamaq, gözdən salmaq, haqlı olsa belə, nahaq göstərmək şakərindən əl çəkməyiblər. Onların ənənəvi siyasi mübarizə üsulu yalandır, böhtandır, şərdir".
Z.Əlizadə təəssüf hissi ilə vurğulayır ki, onlar bİr dəfə bu yolla gedib Azərbaycanın başına daş saldılar, hakimiyyəti məngirləyib bir il bildirçinin bəyliyini etdilər, görünür, bunu yenə təkrarlamaq istəyirlər.
"Mən, ənənəvi müxalifət liderlərindən fərqli olaraq, hakimiyyətlə dövlət arasındakı fərqi görürəm və heç vaxt AXC-Musavat cütlüyünə bənzəyib hakimiyyət naminə dövləti bada vermərəm. Məhz buna görə deyirəm ki, İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır.
Rəhmətlik Tofiq Qasımovun sevimli ifadəsi var idi: "Bu dəqiqə sizə izah edim". İndi mən də sabiq cəbhədaşımın dediyi kimi, qısa tərzdə izah edim, hansı səbəbə görə 2020 il 10 noyabr Bəyanatı Azərbaycana xeyirdir. Çünki əminəm ki, ənənəvi müxalifət də, onların küyünə gedən qaragüruh da son 30 ildə Qarabağ mövzusunda yazdığım yüzlərlə məqaləni oxumayıb.
10 noyabr Bəyanatından əvvəl, Qarabağ müharibəsinin ilk mərhələsində, BMT-nin Təhlükəsizlik Şurasında Fransanın, ABŞ-ın və Rusiyanın birgə dəstəklədiyi bir qətnamə layihəsi müzakirəyə çıxarıldı. Layihənin məğzi ondan ibarət idi ki, Azərbaycan hərbi əməliyyatı dərhal dayandırsın. Müzakirələr vaxtı bəlli oldu ki, həqiqi niyyətlər daha uzaq məqsədlərə yönəlib. Azərbaycan müharibəni dərhal dayandırmasaydı, həmsədr dövlətlər 1990-ların əvvəllərində Azərbaycanın xeyrinə qəbul edilmiş qətnamələri təftiş edən və son 30 ildə mövcud olan gerçəkliyi nəzərə ala biləcək yeni bir qətnamə layihəsini müzakirəyə çıxarmağı nəzərdə tuturmuşlar. Yəni yeni qətnamə layihəsi, qəbul olunardısa, BMT TŞ Qarabağ üzərində Azərbaycanın suverenliyini, əvvəl olduğu qədər, birmənalı tanımayacaqdı", - Z.Əlizadə yazır.
O, daha sonra məqaləsində vurğulayır: "Xoşbəxtlikdən, həmin an bunun qarşısını Britaniya və Qoşulmamışlar hərəkatından BMT TŞ-nın üzvü olan qeyri-daimi üzvlər aldılar. Ala bildilər, təhlükə müvəqqəti sovuşdu, lakin tam yoxa çıxmadı. Bəlli oldu ki, Cəbubi Qafqazda hərbi-siyasi vəziyyət qəfildən Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə dəyişə bilər. Bunun üçün Azərbaycan ordusunun Xankəndinə daxil olması, dünya mediasının "yeni erməni soyqırımı" şivəni qoparması, Rusiyanın bu "soyqırımın " qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və, təbii ki, rus ordusu ilə Azərbaycan ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi".
Azərbaycanın 1988-1993-cü illərdə mübtəla olduğu fəlakətlər ənənəvi müxalifətin zəka və məsuliyyət qısırlığını danılmaz tərzdə sübut etmişdir. Əgər belə olmasaydı, nə Azərbaycan, nə də ənənəvi müxalifətin özü bu günə düşməzdi.
Z.Əlizadənin fikrincə, əgər onlar indi Azərbaycanı 10 noyabr Bəyanatından çıxmağa səsləyirlərsə, və cəmiyyətdə onların səsinə səs verənlər tapılırsa, görünür, onlar bundan sonra nə baş verəcəyini təsəvvürlərinə gətirə bilmirlər. Necə ki, 1990-cu ilin yanvar ayının 1-i və 19-u arası Bakıda nə baş verdiyini qavraya bilməmişdilər və qanlı hadisələrin labüdlüyü barədə xəbərdarlıqlarıma məhəl qoymamışdılar.
Əgər bu bisavad və məsuliyyətsiz şəxslərin təklifləri həyata keçərsə, Azərbaycanın başına gələcək müsibətləri təsvir etmək bir o qədər çətin deyil.
Müəllif narahatdır: "Fərz edək ki, Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını rəsmən tələb edir. Rusiya deyir ki, göz üstə, qoşunların bölgəyə gəlməsi üçün təxminən bir ay lazım oldu, burada əməlli-başlı yerləşiblər, çıxmaları üçün də bir ay möhlət verin. Azərbaycan, təbii ki, razı olmalıdır.
2008-ci ildə Mixail Saakaşvilinin etdiyi kimi, rus qoşunlarına hücum çəkəsi deyil ki? Deyil.
Azərbaycanın bu tələbindən bir gün sonra Minsk Qrupunun üç həmsədri - Fransa, Rusiya və ABŞ - BMT-nin Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təqdim edirlər. Layihədə yazılır ki, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalması təhlükəsinin qarşısını almaq məqsədilə:
1.Dünya dövlətlərinə tövsiyə edilir ki, Artsaxın müstəqilliyi tanınsın;
2.Azərbaycana xəbərdarlıq edilir ki, zora əl atarsa, BMT-nin TŞ-nın qərarı ilə onun cəzalandırılması missiyası tapşırılacaq Minsk Qrupunun həmsədri olan ölkələrə.
Bəli, qətnamə layihəsinə beş daimi üzvdən dördü səs verəcək, Çin bitərəf qalacaq. Bundan sonra birinci Fransa, ardınca Rusiya, sonra isə ABŞ və təxminən Kosovonu tanıyan sayda dövlət Artsaxın müstəqilliyini tanıyacaq. Artsax dönüb olacaq rəsmən müstəqil dövlət. Azərbaycan öz ordusunu işə salmağa cürət etsə, onun bu hərəkəti müstəqil Artsax dövlətinə qarşı təcavüz hesab ediləcək. Rusiyanın Xəzər donanmasının gəmiləri təxminən 50-60 "Kalibr" qanadlı raketi ilə Bakını, Səngəçalı və Gəncəni vuracaq, şimal sərhəddimizi isə rus ordusu keçəcək.
Bu, mənim öncəgörməm deyil, bu, ənənəvi müxalifət liderlərinin indiki hakimiyyəti devirmək naminə Azərbaycanın başına gətirmək istədikləri bəlaların onda birinin təsviridir".
Zərdüşt Əlizadə hesab edir ki, ənənəvi müxalifət xalqımızı 20 Yanvar faciəsi günlərinə qaytarmaq istəyir.
O, ötənləri xatırladır: "1990-cı ilin yanvar ayının 21-də Rəsul Quliyev və mərhum professor Çapay Sultanov varid olurlar Əbülfəz Əliyevin can-ciyər dostu Becan Fərzəliyevin Yasamaldlkı həyət evinə və AXC sədri ilə görüşürlər. Dəli kimi otaqda o yana, bu yana əsəbi vargəl edən Əbülfəz Əliyev deyir ki: "Mən bu qədər adamın qırılacağını təsəvvür etmirdim".
Yadınıza salıram ki, həmin gecə Bakıda 131, Lənkəran və Neftçalada 7 nəfər həlak olmuşdu.
Burada sual doğur: "AXC sədri qarabağlı Əbdürrəhman Vəzirovun devrilməsi üçün neçə adamın qətlini ağlabatan və məqbul sayırmış"?
İndi də mən üzümü vəzifə həsrəti ilə qovrulan ənənəvi müxalifət liderlərinə və onlara züy tutan "politoloqlara" tutub soruşuram: "Sizin vəzifə kürsülərinə sahib çıxmağınızın müqabilində Azərbaycan xalqı nə qədər insan və ərazi itkisi verməlidir ki, siz razı qalasınız?"
Yaxşı, tutaq ki, ənənəvi müxalifət liderləri bildikləri və bacardıqları xəyanəti təkrarlamaq istəyirlər, bəs indi özünü müasir Azərbaycanın müasir vətəndaşı hesab edən İnternet istifadəçilərinin ağlı harada qalıb?"
Zərdüşt Əlizadə xalqa müraciət edərək yazıb: "30 il keçib, ay camaat, bu 30 ildə dünya xeyli dəyişib, ə bə siz niyə dəyişməmisiniz? 1990-cı ildə xalqı fəlakətə sürükləyən AXC liderlərini qəhrəman saymaq olardı, çünki onların iç üzü hələ açılmamışdı, mafiyaya işlədikləri o vaxt hələ bəlli deyildi, bəs indi də bunu anlamırsınız?
Qarabağ, Azərbaycan və Ermənistan, Cənubi Qafqaz uğrunda mürəkkəb və mübhəm oyunlar gedir, Azərbaycan Respublikası bu oyunu şəksiz öz xeyrinə yönəldə bilib və bu vaxt bir ovuc dünyadan bixəbər vəzifə hərisi oyuna qatılıb öz ənənəvi cığallığı ilə qələbəmizi məğlubiyyətə çevirmək istəyirlərsə, bunun adını nə qoymaq olar?
Ay camaat, sayıq olun, xainlər heç cür sakitləşmək istəmirlər, onlar suyu daim bulandırmağa hazırdırlar.
Əminəm ki, bu dəfə alınmayacaq". //yenisabah.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
|