Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                 

“Onların hər birinə mütləq şəkildə psixoloji yardım lazımdır” - deputat
Tarix: 25-02-2021, 10:09 | Çap et
“Onların hər birinə mütləq şəkildə psixoloji yardım lazımdır”
Son 3 gündə Azərbaycanda daha iki qazi intihar edib. Vətən müharibəsi iştirakçıları Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev və Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990-cı təvəllüdlü Fərman Həsənov yaşadıqları evdə özlərini asaraq, intihar ediblər. Təxminən bir ay bundan öncə də ölkədə iki qazinin intihar etməsinin şahidi olduq. Müharibənin od-alovundan, dəhşətindən sağ çıxmış, ölkəmizə qələbəni yaşatmış qazilərimizin sonda psixoloji tramvaların fəsadlarına dözməyərək, intihar etməsi bütün cəmiyyətimizi sarsıdır. Bəs qazilərimizi necə qoruyaq? Onlara hansı formada dəstək olunmalıdır?

Millət vəkili Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Şəxsən mən də çox böyük narahatçılıq keçirirəm ki, qazilərimiz, müharibə iştirakçıları arasında özünəqəsd halları baş verir. Bu, cəmiyyətimiz, insanlarımız, qələbəmiz üçün çox ağır bir durumdur.

Təbii ki, bu cür halların baş verməsinin ilk növbədə səbəblərindən biri onların müharibə zamanı aldığı psixoloji travmalardır. Bütün dünyada postmüharibədə bu cür hallar baş verir. Digər səbəb isə qazilərin, müharibə iştirakçılarının həkim nəzarətindən kənarda qalmasıdır. Onları mütləq şəkildə xəstəxanalarda nəzarət altında saxlamalıyıq. Lakin təəssüf ki, bəzən həkimlərdə belə bir fikir yaranır ki, qazilərimiz əlillik almaq üçün özlərini xəstə göstərmək istəyir və yaxud yaralarının, psixoloji durumlarının daha ağır olduğunu göstərməyə çalışırlar. Nəticədə qazilər xəstəxanadan evə buraxılır. Evdə də ailəsi onu müalicə etdirə bilmir, sonradan bu cür faciələr baş verir.

Hər gün bir neçə qazini qəbul edirəm. Sonuncu dəfə iki gün əvvəl 3 nəfər qazini qəbul etmişəm. Hamısında da eyni problemdir. Onlar mənə reseptlərini göstərib, bildirdilər ki, 3 möhür vurulmuş xüsusi dərmanları apteklərdən alır və onların sayəsində yata, təskinlik tapa bilirlər. Lakin bu, ömür boyu davam edə bilməz axı. Qazilərimizə, müharibə iştirakçılarına daha ciddi yanaşmaq, nəzarət etmək lazım idi. Bəlkə onları həkim nəzarəti altında istirahət mərkəzlərinə göndərmək lazımdır? Beləliklə, çox təəssüflər olsun ki, bütün bunlar olmadı və nəticədə bu cür ağır faciələr yaşayırıq. Ümumiyyətlə, hesab edirəm ki, qazilər, müharibə iştirakçıları ilə bağlı xüsusi qurum yaradılmalı idi. Bu qurum onların hər birinin problemi ilə məşğul olmalı idi. Lakin bu gün nə baş verir? Qazilər, müharibə iştirakçılarının bir hissəsi ilə YAŞAT fondu, bir hissəsi ilə ASAN Xidmət, icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik Xidməti, hospitallar, bir hissəsi ilə isə onların aid olduğu hərbi hissə və valideynləri məşğul olur. Bu, dözülməz bir haldır. Ümid edirəm ki, bu məsələ ilə bağlı tezliklə bir qərar veriləcək".

Razi Nurullayev qazilərin, müharibə iştirakçılarının əksəriyyətinin psixoloji yarımdan kənar qalmasından da söz açıb: “Bu gün əgər hansısa qazi özü gedib müraciət, xahiş etməsə, valideyni onu psixoloq yanına gətirməsə heç birinə psixoloji yardım göstərilmir. Ümumiyyətlə, Azərbaycanda psixoloji yardım göstərilməsi bir ənənəyə çevrilməyib. Bəzən psixoloji durumu pisləşən insanlar düşünür ki, onun üzərinə psixoloq gəlirsə, deməli, dəlidir. Məsələn, bir neçə qazi ilə rastlaşmışdım, dedilər ki, ”bizə məsləhət gördülər ki, Maştağada psixiatrik xəstəxanaya müraciət edək. Məgər dəliyik ki, ora gedək?" Yəni cəmiyyətimizdə bu cür yanaşma var. Lakin istənilən halda bu cür insanları taleyin ümidinə buraxmaq olmaz. Onların hər birinə mütləq şəkildə psixoloji yardım lazımdır. Şəxsən mən yanıma gələn müharibə iştirakçılarını müşahidə edəndə görürəm ki, onların psixoloji durumları çox çətin vəziyyətdədir. Bəs bu şəkildə onların xəstəxanadan evə buraxılması nə dərəcədə doğrudur? Yaxşı, düşünürlərmi ki, onlar evə göndərildikdən sonra hansı pulla müalicə olunmalıdırlar? Bir çoxlarının heç sığortası yoxdur. Bəzi bölgələrdə həkim, psixoloq, dərman çatışmazlığı var.

Hesab edirəm ki, biz müharibədən sonra müharibə aparan insanlarımıza doğru-dürüst sahib çıxa bilmədik".

Birinci Qarabağ Müharibəsinin qazisi, jurnalist Rey Kərimoğlu: “Bu gün Mərkəzi Hərbi Hospitala girib-çıxan istənilən yaralı qazi özünə nifrət edir, əsəbləri pozulub, intihar etmək istəyir. Vəziyyət biabırçılıqdır! İnsanların əsəbləri ilə oynayırlar. Yaralanmış qazinin bədənindəki qəlpəsini yazmırlar. Məsələn, qazi gözünü itirib, sənədə bu haqda qeyd edirlər, bədənində qalan qəlpəni qeyd etmirlər. Deyəndə ki, ay qardaş, bunu da yaz, həkim cavab verir ki, ”boş şeydir". Və yaxud qazi gözünü, ayağını itirməyib, amma bədənində qəlpə var, onu göndərirlər xidmətə və yaxud deyirlər ki, “bu xırda şeydir”. Axı həkimin borcudur ki, bütün bunları qeyd etsin, amma etmirlər. Beləliklə, qaziləri incidir, narahat edirlər. Hospitala gələn hər bir əsgər çox narazı halda geri qayıdır.

Bəli, Birinci Qarabağ müharibəsinin iştirakçıları arasında da intihar halları olmuşdu. Lakin bu başqa məsələdir. Bu gün qazilərimizin intiharının səbəblərindən biri aldıqları travma, yaralarıdısa, ikincisi Müdafiə Nazirliyinin müxtəlif strukturlarında baş verən özbaşınalıqlarla bağlıdır. Bütün müharibələrdən sonra postmüharibə dövrünün travması olur. Qazilər üçün ən yaxşı məlhəm onların bir-biriləri ilə təmasıdır. Amma bu gün qazilər, müharibə iştirakçıları başsız, kimsəsiz buraxılıb, onların cəmiyyəti yoxdur. Olan digər cəmiyyətlərə üz tutanda da elə bilirlər ki, onlara veteran, əlillik statusu veriləcək. Amma məlum olduğu kimi, ictimai birliklərin belə bir statusu yoxdur, onlar sadəcə müharibə iştirakçılarını, qaziləri qeydə alır və onların ictimai işlərdə, tədbirlərdə iştirakını təmin edir. Beləliklə, qazilər bir yerdə olmalı, bir-biriləri ilə təmasda olmalıdırlar. Müharibədə iştirak etmiş şəxs üçün ilk yardım öz döyüş yoldaşları ilə hər gün təmasda olmaqdır. Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti yaranmışdı. Həmin cəmiyyətin həyəti, yeməkxanası var idi. Bakıdan, Şəkidən, Kürdəmirdən, bir sözlə, ölkənin ən müxtəlif bölgələrindən hər gün 70-80 qazi öz problemləri ilə bağlı müraciət edirdi. Rəhmətlik qazi Etimad Əsədovun rəhbərliyi ilə bir komanda yaradılmışdı. Həmin komandanın üzvü olaraq, biz gələn qaziləri psixoloji cəhətdən sakitləşdirməyə çalışır, bir stəkan çay verib, oturub söhbət edirdik. Onlar da görürdü ki, digər qazilər də ya gözünü, ya ayağını, qolunu itirib, yəni tək deyillər. Beləliklə, qazilər bir-birilərinə baxıb, təskinlik tapırdılar. Bu gün isə bu məsələ yoxdur. Qazilərimiz yalnız kafelərdə birləşirlər. Bu isə yolverilməzdir. Onların bütün problemlərini əhatə edə biləcək qeyri-hökumət təşkilatı yaradılmalıdır. Bildiyim qədər onlar bu barədə Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə müraciət ediblər, amma nəsə onlara maneçilik törətmək istəyənlər var. Bir daha qeyd edirəm ki, dərhal qazilərimizin təşkilatı yaradılmalıdır.

2001-ci ildə bizim “Qarabağ cəmiyyəti”nin ofisini alıblar. Hazırda kiçik bir otağa sığınmışıq, ona görə də qaziləri qəbul edə bilmirik, yəni bunun üçün şəraitimiz yoxdur.

Məlum olduğu kimi, indi qazilərin problemlərini həll etmək üçün YAŞAT fondu yaradılıb. Bu fond, adından da göründüyü kimi, yalnız maliyyə məsələlərini həll edir. Amma axı məsələnin maliyyə olmayan tərəfləri də var. Fondun truppasının başqa məsələ ilə məşğul olmaq nizamnaməsi yoxdur. Bu səbəbdən, bir daha qeyd edirəm, nə qədər ki, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyində səhlənkarlıqlar baş verəcək, qazilərin intiharı davam edəcək. Bunun qarşısını təkcə nevropatoloq, psixoloq, həkimlə almaq mümkün deyil".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru