Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                 

Xaricdəki “təhqir müxalifəti”ni onlar idarə edib - sabiq nazirdən sensasion iddialar
Tarix: 26-02-2021, 09:06 | Çap et
Xaricdəki “təhqir müxalifəti”ni onlar idarə edib
Son dövrlərdə, xüsusən hakimiyyət daxilində kök salmış iri fiqurların vəzifələrdən “təmizlənməsi”ndən sonra xaricdəki “yutub qəhrəmanları”nın fəallığının tempi aşağı düşüb, tənqid və təhqir dozası azalıb. Təhlilçilərin qiymətləndirmələrinə görə, bu iki faktor arasında zəncirvari və gizli əlaqə olub, məhz onların işdən azad edilməsi, həlqəsinin daralması “təhqir müxalifəti”nin də xeyli dərəcədə ağzını yumub. Çünki onların maliyyə bulaqları, gəlir qaynaqları qapanıb, təlimatçıları öz canlarının hayındadır.

“Yeni Müsavat” xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bu məsələyə toxunub və çox ciddi nüansları açıqlayıb. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakim elitanın bir hissəsi mühafizəkar, bir hissəsi islahat yönümlü idi. T.Zülfüqarovun müşahidələrinə görə, bir qayda olaraq, “qərbyönümlülər” islahatçılar, “rusiyapərəstlər” mühafizəkarlar idi.

Onun fikrincə, mühafizəkarlar mövqelərini möhkəmləndirmək üçün Qərblə münasibətlərdə insan hüquqları, seçki və bu kimi sahələrdə problemlər yaratma taktikasından istifadə edirdilər, tez-tez siyasi “qapazaltılar” seçilir, onlar tamamilə əsassız və nümayişkaranə şəkildə “əzilirdilər”. Sabiq XİN rəhbəri qeyd edib ki, bütün bunlar Qərbin insan haqları təşkilatlarının etiraz dalğasına səbəb olurdu və nəticədə ruspərəst “mühafizəkarlar”ın daxili siyasi mövqelərini gücləndirirdi: “Vəziyyətin dəyişməz qalmasını təmin etmək üçün mexanizm belə işləyirdi. Bu səbəbdən təhqiredici yayımların çoxunun rusiyapərəst mühafizəkarlar tərəfindən maliyyələşdirildiyi birdən-birə aydın oldu. Əlbəttə, sual yaranır ki, bu praktika onların öz təşəbbüsləridir, yoxsa Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilmiş işdir? Bu suala cavabı həmişə bilmişəm. Bəs siz?” - deyə, keçmiş nazir izləyicilərinə sual verib.

T.Zülfüqarovun bu sualında bir ritorika və eyham sezilməmiş deyil. Görünür, sabiq nazir “cavabı həmişə bilmişəm” deməklə, Rusiyadakı dairələrin də bu məsələdə əhəmiyyətli rol olduğuna işarə vurub. Çünki gedişat ruspərəst qüvvələrin maraqlarına uyğundursa, niyə də onlardan hər hansı dəstək olmasın?! Bu minvalla həmin qüvvələr illərlə Azərbaycanın dünyada insan haqları sahəsində imicini bərbad günə salıblar və özlərinin hakimiyyət kluarlarında əhəmiyyətini artırıblar.

Bu, əslində ölkənin siyasi rəhbərliyinə qarşı bir təxribat idi. Hakimiyyətdəki “köhnə qvardiya”nın yola salınmasından sonra iqtidarın siyasi opponentlərinə münasibətindəki loyallıq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin müxalif partiya sədrləri ilə görüşləri, mərhələli şəkildə siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi, partiya sədrlərinin efirlərə çıxması, Əfv Komissiyasının artıq 350-dən artıq məhbusun siyahısını hazırlaması göstərir ki, həmin “mahafizəkar” qüvvələr islahatları tormozlamaqda maraqlı imişlər.

Bəs xaricdəki bu “müxalifət”i niyə hərəkətə keçirmişdilər? Məqsəd nə idi və Rusiya kəşfiyyatı haqda iddia nə dərəcədə həqiqətdir?

Politoloq, sabiq deputat Cümşüd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, T.Zülfüqarov kifayət qədər məlumatlı adamdır, dedikləri tamamilə doğrudur. Onun sözlərinə görə, həmin ruspərəst qüvvələr yenə fəallaşıblar: “Bir var münaqişə yarana, bir də var ki, onun fitrətində münaqişə olsun. İqtidarda belə adamlar olub, özünün əvəzsizliyini göstərməyə çalışıb, onlar indi də var. Bu qüvvələrin hədəfində Prezident və ailəsidir”.

C.Nuriyev hesab edir ki, xaricdəki söyüş müxalifətini aktivləşdirmək həmin qrupların marağında olub: “Çünki Prezidentə təzyiq göstərməklə öz əvəzsizliyini nümayiş etdirməyə çalışıblar. Bu söyüşün ideoloqu isə Əli Həsənov idi. Əli Əlirzayevin yazısını oxudum, deyirdi ki, Əli Həsənov ”Səs" qəzetində olanda Ramiz Mehdiyevin xəbərçisi olub. Onlar bu cür yollarla mesaj verirdilər ki, “əvəzedilməz” duetdirlər. Ancaq medianı, milli dəyərləri məhv etdilər, efirə əxlaqı “sünnət olmuş” adamları çıxardılar. Ona görə də Tofiq Zülfüqarov haqlıdır".

Siyasi şərhçinin sözlərinə görə, Təhlükəsizlik Şurasında, yaxud Prezident yanında hansısa məsələ müzakirə olunur, çox çəkmir xaricdəkilər bu haqda məlumat yayırlar: “Bunu necə bilirlər? Deməli, buradan və xaricdən vəsait ötürürlər. Məsələn, xaricdə tez-tez çıxış edənlərdən biri burada yüksək vəzifədə olan şəxslə əlaqəlidir, onun qardaşı da vəzifədədir. Ümumiyyətlə, Rusiya kəşfiyyatı burada güclü işləyir, onların Azərbaycanda müxtəlif yerlərdə adamları var. Həmin şəxslər üçün dövlətin maraqları yoxdur, öz maraqları var...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, T.Züflüqarov sabiq nazirdir, keçmiş təcrübələrini bölüşür. “Mənim müşahidələrimə görə, əvvəl Rusiya qanadı güclü idisə, indi hakimiyyətdən kənarlaşdırılıblar, həmin ”5-ci kolon" zəifləyib, yerini dolduran yoxdur. Düşünmürəm ki, indi yeni ruspərəst qruplar var. Sadəcə, islahatları dəstəkləyənlər və köhnə ənənəvi idarəçilik tərəfdarı olanlar var, belə təsnifatlaşdırardım. İkincilərin bir hissəsinin adı korrupsiyada hallanır. Korruspionerin nə qərbpərəsti, nə rusiyapərəst olacaq? Onun yeganə məqsədi qazanc əldə etməkdir", - deyə ekspert vurğuladı. E.Şahinoğlu hesab edir ki, Azərbaycanda ideoloji mübarizə olmayıb. O, xaricdəki “söyüş müxalifəti”ni izləmədiyini qeyd etdi. Politoloqun sözlərinə görə, əvvəllər həmin “yutub fəalları”nın öz arasında belə qırğınlar olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru