Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                 

YAP-ın təcili qurultay müəmması - Hakim partiya bu barədə rəsmi mövqe bildirməyə tələsmir
Tarix: 3-03-2021, 08:52 | Çap et
YAP-ın təcili qurultay müəmması
Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.

YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayla bağlı o da mətbuatdan xəbər tutub. “Mən sıravi YAP-çıyam”, deyən S.Seyidov hələ ki qurultaya dəvət almadığını qeyd etdi. Qurultaydan gözləntilərini soruşduqda, S.Seyidov bildirdi ki, o, həmişə bu məsələ ilə bağlı çıxış edib: “YAP-ın iclaslarına dəvət edəndə bildirmişəm ki, belə bir qurultayın keçirilməsi çox vacib, çox əhəmiyyətlidir. Azərbaycanda islahatlar hər yerdə gedir, o cümlədən YAP-ın içərisində də getməlidir və YAP-ın fəaliyyəti ilə bağlı da həyata keçirilməlidir”.

"Qarşıdakı qurultay hakim partiyada gəncləşmə siyasətinin həyata keçirilməsini nəzərdə tuturmu", sualına cavabında deputat qeyd etdi ki, islahatlar yalnız gəncləşməni nəzərdə tutmur: “Təbii, o cümlədən gəncləşməni. Ancaq hesab edirəm ki, siz gəncləşmə deyəndə idarəetməni, ümumiyyətlə, dünyada gedən proseslərin təhlilini, əlaqələri, bütün məsələləri nəzərdə tutursunuz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bunu gəncləşmə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbii ki, o cümlədən də gəncləşmə. Ancaq ümumi islahatlar mütləq getməlidir”. "Özünüzü YAP-ın rəhbər strukturlarında görürsünüzmü", sualına cavabı isə belə oldu: “Mənim xeyli vəzifələrim var və mən sıravi YAP-çı olmağımla fəxr edirəm.”

Adının açıqlanmasını istəməyən qaynaqlar isə iddia edir ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək. Məlumata görə, hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən ikisi olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti). İddia olunur ki, hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov (baş nazirin sabiq müavini), Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini), Nurlana Əliyeva (Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri), Nizami Xudiyev (Pedaqoji Universitetin kafedra müdiri), Abel Məhərrəmov (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları aktiv siyasətlə və partiyanın seçkili orqanları ilə vidalaşacaqlar. YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanovun da hakim partiyanın rəhbər heyətinin siyahısından çıxarılacağı vurğulanır.

“Bizdə də belə bir məlumat, informasiya -qeyri-rəsmi- var ki, partiyamızın yaxın zamanlarda növbəti qurultayı ola, keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyindən, rəsmi səviyyədə qurultayla bağlı bizə heç nə daxil olmayıb, deyilməyib. Bu baxımdan, qurultay ola da bilər, olmaya da”. Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən millət vəkillərindən biri deyib. Qeyd edib ki, qurultayla bağlı məlumatlar, fikirlər hələlik və daha çox ehtimallar şəklində, səviyyəsindədir. “Yenə də qeyd edirəm ki, rəsmi səviyyədə hələlik heç nə yoxdur, bizlərə heç nə deyilməyib. Amma qurultayın olma, keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur və ola da bilməz. Bu, partiyamızın, onun rəhbərliyinin, seçkili orqanlarının qərar verəcəyi bir məsələdir. Kənardan da kimsənin buna qarışmasına, müdaxilə etməsinə heç bir əsas və səbəb yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”, - deyə, YAP-çı deputat sözlərinə əlavə edib. O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb. “Amma bir daha qeyd etmək istəyirəm ki, hələlik qurultayla bağlı heç bir rəsmi qərar, məlumat yoxdur. Ona görə də ancaq ehtimallar, mülahizələr şəklində danışmaq olar... Bir qədər gözləyək” - deyə, adının çəkilməsini istəməyən millət vəkili sonda qeyd edib.

YAP-ın qurultayının hansı məkanda keçiriləcəyi və tədbirin hansı formatda baş tutacağı da hələlik məxfi saxlanılır. Bu barədə adının çəkilməsini istəməyən deputat bildirib. Bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlik heç nə bildirilməyib, dəvət gəlməyib. Söhbət YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir. Məlumata görə, qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər. Mənbə bunu da istisna etməyib, mümkün variantlardan sayıb. Etikxeber.az-a açıqlamasında o, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb. “Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər”, - deyə, mənbə əlavə edib.

Pandemdemiya dövründə qurultayın onlayın, yoxsa adi qaydada keçiriləcəyinə gəldikdə, bu da hələlik məlum deyil. Ancaq yayılan xəbərlərdən belə aydın olur ki, ənənəvi toplantı olacaq. Martın 3-də YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən deputatların koronavirus testindən keçəcəkləri bildirilir.

Yazı çapa hazırlanarkən belə məlumat yayıldı ki, YAP-ın qurultayı İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş iclası formatında da reallaşa bilər. Qurultayda iştirak edəcək şəxslər isə artıq məlumatlandırılıb və YAP-ın mərkəzi qərargahına dəvət olunub. Martın 3-də isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri, İdarə Heyəti və Siyasi Şuranın üzvləri mərkəzi qərargahda olacaqlar.

Qeyd edək ki, YAP-ın 6-cı qurultayı 2018-ci il fevralın 8-də keçirilib.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru