YAP-da gözlənilən dəyişikliklər - Maksim Musayev sərt danışdı
Tarix: 5-03-2021, 10:07 | Çap et
Yeni Azərbaycan Partiyasının bu gün növbədənkənar qurultayının keçiriləcəyi gözlənilir. Pandemiya səbəbindən qurultayın “ZOOM” proqramı vasitəsilə, yaxud da partiyanın İdarə Heyəti ilə Siyasi Şurasının genişləndirilmiş toplantısı formatında baş tuta biləcəyi ehtimalları daha çoxdur.
Bu məlumat yayıldığı gündən ölkə gündəmini zəbt edib. Maraqlısı odur ki, hakim partiya tərəfindən son günə qədər bu xəbərlərə rəsmi reaksiya verən olmadı. Təkzib yoxdursa, demək, xəbərlərin gerçəklik faizi çoxdur.
Bu mövzuda artıq xeyli şərhlər və təhlillər var. Xəbərlərə görə, qurultayda iştirak edəcək nümayəndələrə, YAP üzvlərinə bu haqda bildirilib, məlumatlar verilib və onlar partiyanın mərkəzi qərargahına dəvət olunublar. O iddialar da səslənirdi ki, partiyanın rayon və şəhər təşkilatlarının sədrləri, o cümlədən İdarə Heyəti və Siyasi Şuranın üzvləri martın 4-nə, yəni qurultaydan bir gün öncəyə partiyanın mərkəzi qərargahına dəvət olunublar. Onlardan COVİD-19-la bağlı analizlərin götürüləcəyi, test müayinəsindən keçiriləcəkləri bildirilirdi.
Bu və ya digər xəbərlərə aydınlıq gətirmək üçün YAP qərargahına yollandıq. Lakin çəkilişimizə icazə verilmədi, suallarımıza da cavab verən tapılmadı. Amma bununla belə, YAP-da martın 4-də koronovirusla bağlı analiz verilmə prosesinin olduğunu öyrənə bildik.
Ümumiyyətlə, hakim partiyanın qurultayı ətrafında əsas suallar YAP-ı kimlərin tərk edəcəyi, yaxud kimlərin uzaqlaşdırılacaqları yönündə idi. Kimlər getməlidir, kimlər qalmalıdır sualları ətrafında da az müzakirələr getmir. Çoxları partiya rəhbərliyində təmsil olunan yaşlıları, eləcə də sabiq məmurları gənclərin əvəzləyəcəyini iddia edirdi.
Qeyd edək ki, qurultay ərəfəsində bir sıra müxalifət partiyaları YAP-a birləşmək barədə qərar qəbul edib.
Belə qərar verənlərdən biri Milli Qurtuluş Partiyasıdır. Partiya özünün V qurultayını (pandemiyaya görə online formada) keçirib, şəhidlərin, partiyanın qurucusu və ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrini bir dəqiqəlik sükutla yad edib. İndiki başqan Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə YAP-a birləşməsi təşəbbüslə çıxış edib.
Təklifini əsaslandıran başqan qeyd edib ki, Milli Qurtuluş Partiyası ideoloji dəyərlərlə silahlanan partiya olub və torpaqlarımızın düşmən tapdağından azad olunması, instusional və idarəetmə sistemində köklü islahatların aparılması istiqamətində ardıcıl fəaliyyət göstərib: “44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi uğura imza atdı. Prezidentin əzmkarlığı, iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasında biz bu qələbəni əldə etdik. Bu qələbə ilə dövlət kimi, bir daha bütün dünyada özümüzü təsdiq etdik. Üzərimizdə olan ləkəni sildik. Biz tarixi Zəfər qazandıq”.
“Uzun illərdir idarəetmə sistemində ishalatların həyata keçirilməsini tələb edirdik” deyən V.Orucun sözlərinə görə, bu gün hakimiyyətin bütün qollarında - icraedici, qanunverici, məhkəmə sistemində dərin islahatlar həyata keçirilir: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin inkişafı naminə ortaya ciddi siyasi iradə qoyublar və bu bizim maraqlarımıza tam uyğundur".
V.Oruc qeyd edib ki, müasir şəraitdə yenilənən Yeni Azərbaycan Partiyası ilə Milli Qurtuluş Partiyasının strateji məqsədləri eynidir və vacib hədəflər uğrunda dağınıq deyil, birgə fəaliyyət daha məqbuldur. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.
Bundan əvvəl isə Yurddaş Partyası YAP-a birləşmək barədə qərar qəbul edib. Yurddaş Partiyası bir vaxtlar müxalifətdə idi, partiyanın rəhbəri, keçmiş deputat Mais Səfərli bir neçə ay əvvəl koronavirusdan vəfat edib.
Bildirilir ki, ən azı daha 3 partiya da YAP-a qoşulmaq barədə qərar verib.
YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev sərt danışdı: “Bizim nizamnamədə belə bir şey var ki, qurultay çağırmaq üçün rayon təşkilatlarında konfranslar keçirilməlidir. Həmin təşkilatlar da qurultaya nümayəndə göndərirlər. Bundan sonra qurultay keçirilə bilər. Həmin nümayəndələrin iştirakı ilə Mərkəzi Aparat, Siyasi Şura və İdarə Heyəti formalaşır. Amma indi eşitməmişəm ki, hansısa rayonda qurultaya nümayəndə seçsinlər. Baxmayaraq ki, Səbayel təşkilatındayam, ildə 3-4 dəfə də gedib üzvlük haqqı verib gəlirəm. Qurultay söhbətlərini orada da eşitməmişəm. Digər tərəfdən, YAP-ın ”Yeni Azərbaycan" qəzeti var. Həmin qəzetdə yəqin ki, məlumat olmalı idi. Amma buna hələ rast gəlinməyib. Eyni zamanda YAP-ın katibliyi bu barədə elan verməlidir. Katibin də Əli Əhmədov olduğunu bilirsiniz. O, baş nazirin müavinidir, dərman satmaqla məşğuldur, bir sözlə, tibb məsələləri ilə məşğul olur. Ümumiyyətlə, onun hansı sahə ilə məşğul olduğunu bilən yoxdur. O, üzə çıxıb deməlidir ki, YAP-ın qurultayı martın 5-də olacaq, yaxud bu barədə yayılan məlumatlar səhvdir. Bu balaca partiya deyil. Məni YAP-a yaxın buraxmırlar. Bilirlər ki, gedən kimi sərt tənqid edəcəyəm. Talançıları partiyada saxladıqlarını deyəcəm, rüşvətxorları nə üçün müdafiə etdiklərinin hesabını soracağam. Partiya ilə yaxın olmadığım üçün də qurultay barədə məlumatsızam. Amma bir daha deyirəm ki, belə bir şey olarsa, bu barədə əvvəlcədən YAP-ın icra katibi, yaxud da partiya sədrinin müavinlərindən biri çıxıb deməlidir ki, belə qeyri-rəsmi xəbər yayılıb, qurultay olacaq, yaxud olmayacaq".
M.Musayev hakim partiyanın Siyasi Şurasını sərt tənqid etdi: “Həqiqətən də YAP-ın Siyasi Şurasında lazımsız, partiyada xidməti olmayan, partiya yolunda çalışmayan, Heydər Əliyev siyasətinə adekvat olmayan insanlar var. Onlar haradansa gəlib öz məqsədlərinə nail olmaq üçün partiyanın biletini bankomat kartı kimi istifadə etməyə çalışanlardır. Onsuz da qurultay olsa, mənim kimilər, yəni YAP-ı yaradanlar ora dəvət olunmayacaqlar. Çağırsalar da, bir az loyal adamlar çağıracaqlar. Hakim partiyanın qurucuları olaraq bizlər arasında çox yaxın əlaqələr mövcuddur. Tez-tez zəngləşirik, görüşürük, siyasi vəziyyəti təhlil edirik. Mövcud vəziyyətin hakimiyyətlə uyğunlaşdığını müqayisə edirik. Eyni zamanda çox narahat olduğumuzu bir-birimizlə bölüşür və təəssüflənirik ki, yaratdığımız partiya niyə bu günə düşüb”.
Sabiq deputat YAP-ın gəncləşəcəyi yönündə səslənən iddialara da toxundu: “YAP-dakı gənclərin siyasi səviyyəsinə, ondan sonra Vətənə vurğunluq səviyyələrinə, millətə xidmət etmək bacarıqları səviyyəsinə bələd deyiləm. Bilmirəm orada sadaladıqlarıma uyğun gənclər varmı. Əgər türmədə yatan sabiq məmurların yetişdirdikləri gənclərdirsə, bu barədə söz deməyə çətinlik çəkirəm. Amma gənclər alın təri, halal zəhmətləri ilə partiyaya giriblərsə, yəni soxulmayıblarsa, gəncləşmə mütləq olmalıdır. İlk növbədə, gəncləşmə Yeni Azərbaycan Partiyasında olmalıdır. Gənclərin ən yaxşılarını, yaxşıların ən elitini seçmək lazımdır. İndi belə gənclərin olub-olmadığını söyləyə bilmərəm”.
Müsahibimiz sonda YAP-dan kimlər getməli, kimlər qalmalıdır kimi suallara bu cür mövqe sərgilədi: “Mən bu barədə fikir söyləməyəcəm. Çünki bunu hər kəs, xüsusilə YAP-a rəhbərlik edənlər çox gözəl bilirlər. Lazım gəlsə, gələcəkdə deyə bilərik ki, bu seçim düzdür, yaxud səhvdir, bu seçimdə ədalətlilik varmı, bu seçim Azərbaycana xeyir verəcək ya yox? Amma onu deməyi vacib bilirəm ki, əvvəlki qurultaylarda çox böyük səhvlərə yol verilib. Bu səhvlər gərək heç olmasa, bu dəfə buraxılmasın”.
YAP Səbayel rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev də qurultaydan sonra partiyada struktur dəyişikliklərinin ola biləcəyini istisna etməyib: “Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır”.
Yeri gəlmişkən, növbədənkənar qurultayı labüd edən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.
“Hamısı partiyadan çıxarılacaq!” - Partiyanın mətbuat katibi Hüseyn Paşayev bu yaxınlarda Modern.az-a həmin şəxslər, o cümlədən korrupsiya ittihamı ilə həbs olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə danışarkən belə demişdi. Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
|