"Tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir" - Partiya sədri
Tarix: 9-03-2021, 09:20 |
Çap et
“Yüz minlərlə avro məbləğində rüşvət aldıqları iddia olunduğuna görə “koronavirusa qarşı maska” satınalmalarında iştirak etmiş Almaniyanın 2 deputatı istefa verdi. Onlar - Nicholas Loebel və Georg Nuesslein - Angela Merkelin partiyadaşı idilər. İndi təsəvvür edin, rüşvəti ilə tanınan Azərbaycanda nələr baş verir”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
“Gəlin fikirləşək görək, niyə Operativ Qərargah “küçədə də maska” kimi ağıla sığmaz tələblər qoyur?.. Yoluxma rəqəmləri ilə bağlı onun hoqqaları haqqında isə il ərzində çox statistik sübutlar göstərmişəm. Koronavirusla əlaqədar tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir. Əgər Almaniyada varsa, gör Azərbaycanda nələr mümkündür.
Yarı ictimai, yarı dövlət komissiyası yaradılmalı və koronovirusa aid bütün tibbi, ticari və satınalma məsələlərində bu komissiyanın yoxlamaları əsasında qısa zamanda süşə kimi şəffaflıq təmin edilməlidir” – İ.Məmmədov qeyd edib.