Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                 

“Əhalinin 90 faizi AXCP və Müsavatın mövcudluğunu unudub” - Partiya sədri
Tarix: 19-03-2021, 10:30 | Çap et
“Əhalinin 90 faizi AXCP və Müsavatın mövcudluğunu unudub”
İşğaldan azad edilmiş torpaqlara səfər edən siyasi partiyalar Müsavat və AXCP tərəfindən hədəfə götürülüb. Sosial şəbəkələrdə və hər iki partiyaya yaxın media orqanlarında səfərdə iştirak edənlər tənqid olunur, aşağılanırlar.

Dəvət almasına baxmayaraq, azad edilmiş torpaqlara getməkdən imtina edən Müsavat başqanı Arif Hacılının mövqeyi ciddi narazılıq doğurub. O, “Turan”a deyib: “Azərbaycan iqtidarının yaratdığı, 50 partiya və iqtidarın dialoqunda Müsavat Partiyası iştirakçı deyil, belə formatda təşkil olunan siyasi prosesdən qıraqdayıq. Bu, bizim öz qərarımızdır. Ağdam səfəri məhz bu siyasi oyunun tərkib hissəsidir, buna görə səfərdə iştirak etmirik. Biz Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina etdik. Müsavatçıların özlərinin Azərbaycan torpaqlarının istənilən bölgəsinə getmək hüququ var və gedəcəklər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə iddia edib ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir. Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var.

Maraqlıdır, işğaldan azad olunan torpaqlara getmək nə siyasi oyun ola bilər? Yada salaq ki, bundan əvvəl də A.Hacılı 50 partiyanı iqtidara işləməkdə ittiham etmişdi və onları YAP-a birləşməyə çağırmışdı.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında ittihamlara belə cavab verdi: “Əvvəla, onu deyim ki, biz digər partiyaların verdiyi qərarlara qarışmırıq. Eyni zamanda verdiyimiz qərarı hansısa bir partiyanın dəyərləndirməsinə ehtiyac duymuruq. Amma kimlərinsə doğru və ya yalanını bizlərə sırımaq istəyəndə susa bilmərik. Biz məcbur qalıb bu məsələlərə reaksiya verməli oluruq. AĞ Partiya üçün Qarabağ, Azərbaycanın müstəqilliyi, milli-mənəvi dəyərlər məsələsi qırmızı xətdir. Burada heç bir siyasi oyundan söhbət gedə bilməz. Gedib işğal altındakı torpaqları ziyarət etmək, ora beynəlxalq aləmin diqqətini çəkmək ki, baxın bütün siyasi partiyalar bu təcavüzə qarşı birgədirlər, nəyi səhvdir? Səfərdə olan hansı partiyanın başqa niyyəti ola bilər?

Biz vətəndaş olaraq, illərdir ki, həsrətini çəkdiyimiz torpaqlarımızı ziyarət etdik, erməni vandalizminin birbaşa şahidi olduq. Düşünürəm ki, bu prosesdən kənarda qalmağın özü siyasi divident axtarışıdır, siyasi divident qazanmağa cəhddir. Bunu yanlış hesab edirəm. Amma bu da onların siyasətidir. Əminəm ki, xalqımız hər bir addımı görür, müşahidə edir. Xalqımızın kifayət qədər siyasi dünyagörüşü var. Burada əslində bizim qiymətləndirməyimizə ehtiyac yoxdur. Əminəm ki, xalq, ictimai fikir lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də. Partiya olaraq, doğru addım atdığımıza əminik”.

ADP sədri Sərdar Cəlaloğlu isə kifayət qədər sərt danışdı: “Onun iqtidarın yaratdığı dediyi partiyalar vaxtilə ”Bizim Azərbaycan" blokunda təmsil olunublar. Azərbaycanın real siyasi qüvvələri bu 30 partiyanı real güc kimi qəbul edirdilər. Kim gəldi Qarabağa gedə bilməz. Orada hər yan minalanıb. Hərbçilərdən başqa kimsə yoxdur. Vəziyyət hələ tam nəzarət altına alınmayıb. Rus sülhməramlıları fəaliyyət göstərir. Müsavat Partiyasına getmək təklif olunmuşdu. İndi getməyiblərsə, biz getmişiksə, nəyə görə qıcıqlanırlar? Bunu anlamaq çətindir. Kimsə kimisə təhqir etməklə özü də yüksəlmir. Azərbaycanda hər kəs kimin yüksək, yaxud alçaq olduğunu çox yaxşı bilir. Mən bu səfəri həyatımın unudulmaz səfəri hesab edirəm. Ermənilərin oraları necə dağıtdıqlarını gözlərimizlə gördük. Bununla hakimiyyətə nə edirdik? Bundan sonra gördüklərimiz əsasında fikir deyəcəyik. Bunun niyə AXCP və Müsavatı narahat etdiyindən başım çıxmır. İndi onlar bir şeyə qol qoydularsa, yaxşıdır, amma bu səfərə getmədilərsə, digərləri düzgün addım atmayıb? 30 ilə yaxındır ki, AXCP və Müsavat özlərini Azərbaycanda müxalifətin avanqardı, real müxalifət kimi qələmə verirlər.

Amma 30 ilə yaxındır ki, ölkəmizdə siyasi hakimiyyət dəyişməyib, sosial durumdakı problemlər də durmadan artır. Çəkilin kənara, nə vaxta qədər xalqın başına bu oyunu açacaqsınız? Siz aparıcılığı bacarmırsınız, dünyada gedən siyasi proseslərdən başınız çıxmır, bilmirsiniz ki, iqtidar-müxalifət münasibətlərini necə qurmaq lazımdır ki, cəmiyyət bundan bəhrələnsin. Partiya olaraq məqsədimiz budur ki, iqtidar-müxalifət münasibətlərindən xalq udsun. Çox adam Qarabağa getməyə can atır, gedir, minaya düşür. Biz Ağdamda olanda dedilər ki, bir ailədən beş nəfər ora dədə-baba yurdunu ziyarət etmək üçün gəliblər. Minaya düşüblər, üçü ağır yaralanıb, ikisi də həlak olub. Camaat həyatını qurban verir. İndi hökumət bizi ora aparıbsa, sadəcə, minnətdar olmalıyıq. Bakıda oturub erməni vəhşiliyindən danışmaq başqa şeydir, öz gözlərində onu görmək tamam başqa şeydir. AXCP-dən Nurəddin Məmmədli yazıb ki, ermənilər müxalifətin ora gəldiyini eşidib qaçıb gediblər. Amma deyim ki, biz nə qədər ermənilərə dedik ki, qaçın gedin, dedilər ki, Nurəddin Məmmədli gəlməsə, biz qaçmayacağıq. Bu cür iqtidar-müxalifət münasibətlərini istəmirsən, bacardığın yolu get. Guya nə yaratmısan, tutduğun mövqe ilə xalqımıza nə vermisən?

Biz sizin kimi gedib mandat almamışıq. Demirik ki, 5 mandatı, ondan əvvəl də iki mandatı necə almısız, seçki komissiyasında necə təmsil olunurdunuz. Kiminlə alver etdiyinizi də yaxşı bilirik. Arif Hacılı özünü elə aparır ki, sanki hansısa bir ölkədə yaşayır, orada biz yoxuq. Parlament partiyası necə olmusunuz, nə cür seçilmisiniz, yaxşı bilirik. Ə, bəsdir də. Ayıbdır. İndi nə ehtiyac var ki, bir-birimizlə qarşıdurmaya gedək. Qarabağa getmişəm, əcəb etmişəm. Atdığım addım tam düzgündür. Mən sual verdim ki, Müsavat və AXCP dəvət olunub, dedilər ki, Müsavat deyib ki, sizə cavab verəcəyik. AXCP-yə deməyə ehtiyac olmadığını söylədilər. Fikirlərini bununla əsaslandırdılar ki, nə vaxt bu partiyaya dəvət göndəririk, yox cavabı alırıq. Sən getməmisənsə, getməməliyik, oturmursansa, oturmamalıyıq? Sən bizim üçün istiqamətverici insan deyilsən. Kimsən axı? Azərbaycanda əhalinin 90%-i AXCP və Müsavatın mövcudluğunu unudub. Müxalifət daxilində gərginliyi hər zaman bu iki qüvvə yaradır. Gedib Rusiyanın dəstəyi ilə Milli Şura yaradanda millətçi idin, bizim gedib torpaqlarımızı görməyimiz, ürəkağrısı ilə o yerləri seyr etməyimiz sənin üçün qəbahətdir? Get işinlə məşğul ol. Milli Şuranı yaradıb hansı oyunlar oynadığınızı bilməyən qalmayıb. Nəyin müqabilində bunu etdiyinizi də yaxşı bilirik".

ALDP rəhbəri Fuad Əliyev: “Ağdama səfərə dəvət aldım və təşkil olunan tədbirdə iştirak etdim. Digər təşkilatların bu dəvəti qəbul edib və yaxud imtina etməsi onların hüquqlarıdır. Amma bu formada şərh edilməsini düzgün hesab etmirəm. Birinci, bir güzgüyə baxsınlar, sonra başqaları haqqında nəsə desinlər. Bunlar hələ də 80-cı illərdə qalıblar. İllər boyu bunlar siyasi oyunda iştirak ediblər, hakimiyyətlə siyasi alver edərək, parlamentdə ”təmsil" olunublar. Xalqı yox, öz şəxsi maraqlarını fikirləşiblər. Vətən müharibəsində dövlətin yanında olmağımız bəyəm siyasi oyundur? Yaxud dəstək verdiyimizə görə niyə YAP birləşməliyik? Qarabağ bizi, iqtidar-müxalifəti birləşdirən məsələdir. Bunlar isə həmişə müxalifəti parçalayan partiyalar olub, sifarişlə işləyən partiyalardı. Sifariş gələndə bir yerdə olurlar, bir müddət keçəndən sonra ayrılırlar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru